Yeraltı hamam (Bakı)
Yeraltı hamam — İçərişəhərdə yerləşən XVII əsrin əvvəllərinə aid tarix-memarlıq abidəsi. İnşasında guşə daşlarından istifadə edilən hamam kompleksi İçərişəhər ərazisinin cənub-şərqində yerləşir. Dam səthində gil-əhəng qarışıqlı məhluldan izolyasiya material kimi istifadə edilmiş, daxili divarlarda isə əhəng materialından suvaq növü kimi işlədilmişdir. Daxili divar və döşəmə materialları kimi "gülbax" növlü aqlay daşlardan istifadə edilmişdir.Təxminən 340 m² sahəni əhatə edən hamam kompleksinin giriş hissəsi çənub-şərq tərəfdən olmaqla (sahəsi 2.33 m2) giriş pilləkənləri şərq divarlarına tərəf istiqamətlənmişdir.
2015-ci ildə həyata keçirilmiş qazıntı işləri nəticəsində hamam kompleksinin əsas hissəsi torpaqdan təmizlənmiş, memarlıq quruluşu təyin olunmuşdur. Həmin il bəzi otaqlarda təhlükəsizlik baxımından yalnız təmizlənmə işləri aparılmamış, yalnız bərkidilmə işləri görüldükdən sonra bu il onun tam torpaqdan açılması mümkün olmuşdur. 2016-cı ildə abidənin ...Read more
Yeraltı hamam — İçərişəhərdə yerləşən XVII əsrin əvvəllərinə aid tarix-memarlıq abidəsi. İnşasında guşə daşlarından istifadə edilən hamam kompleksi İçərişəhər ərazisinin cənub-şərqində yerləşir. Dam səthində gil-əhəng qarışıqlı məhluldan izolyasiya material kimi istifadə edilmiş, daxili divarlarda isə əhəng materialından suvaq növü kimi işlədilmişdir. Daxili divar və döşəmə materialları kimi "gülbax" növlü aqlay daşlardan istifadə edilmişdir.Təxminən 340 m² sahəni əhatə edən hamam kompleksinin giriş hissəsi çənub-şərq tərəfdən olmaqla (sahəsi 2.33 m2) giriş pilləkənləri şərq divarlarına tərəf istiqamətlənmişdir.
2015-ci ildə həyata keçirilmiş qazıntı işləri nəticəsində hamam kompleksinin əsas hissəsi torpaqdan təmizlənmiş, memarlıq quruluşu təyin olunmuşdur. Həmin il bəzi otaqlarda təhlükəsizlik baxımından yalnız təmizlənmə işləri aparılmamış, yalnız bərkidilmə işləri görüldükdən sonra bu il onun tam torpaqdan açılması mümkün olmuşdur. 2016-cı ildə abidənin şərq hissəsində təhlükəli olan otaqların bərkildilməsindən sonra, arxeoloji qazıntı işlərinə başlanılmışdır. Kompleksin qərb hissəsindəki sahədə qazıntıların genişlənməsi nəticəsində 3 metr dərinliyində tikinti və divar aşkar olunmuşdu.
Add new comment