Спас на Крови

( Xilaskar qan kilsəsi )

İsa Peyğəmbərin Xilaskar Qanı Kilsəsi və ya sadəcə Xilaskar qan kilsəsi (rus. Собор Воскресения Христова на Крови, Спас-на-Крови) – Peterburqun mərkəzində memorial kilsə abidəsi. Kilsə 1 mart 1881-ci ildə təşkil olunan sui-qəsd nəticəsində ölümcül yaralanan imperator II Aleksandrın xatirəsinə ucaldılmışdır (Xilaskar qan ifadəsi imperatorun qanına işarə olunur). Kilsə bütün Rusiya ərazisindən toplanan vəsaitlə şəhid-çara ehtiram abidəsi kimi inşa olunmuşdur.

Kilsə Peterburqun tarixi mərkəzi sayılan Qriboyedov kanalının sahilində, Mixaylov bağının və Mars sahəsi meydanının yaxınlığında yerləşir. Doqquz günbəzli kilsənin hündürlüyü 81 m, tutumu isə 1600 nəfərdir. Kilsə-muzey rus memarlığının ən görkəmli abidələrindən biridir.

Məbəd 1883-1907-ci illərdə imperator III Aleksandrın sifarişi ilə memar Alfred Parland və arximandrit İqnatiusun (Malışev) birgə layihəsi üzrə inşa edilmişdir. Rusiya üslubunda inşa olu...Read more

İsa Peyğəmbərin Xilaskar Qanı Kilsəsi və ya sadəcə Xilaskar qan kilsəsi (rus. Собор Воскресения Христова на Крови, Спас-на-Крови) – Peterburqun mərkəzində memorial kilsə abidəsi. Kilsə 1 mart 1881-ci ildə təşkil olunan sui-qəsd nəticəsində ölümcül yaralanan imperator II Aleksandrın xatirəsinə ucaldılmışdır (Xilaskar qan ifadəsi imperatorun qanına işarə olunur). Kilsə bütün Rusiya ərazisindən toplanan vəsaitlə şəhid-çara ehtiram abidəsi kimi inşa olunmuşdur.

Kilsə Peterburqun tarixi mərkəzi sayılan Qriboyedov kanalının sahilində, Mixaylov bağının və Mars sahəsi meydanının yaxınlığında yerləşir. Doqquz günbəzli kilsənin hündürlüyü 81 m, tutumu isə 1600 nəfərdir. Kilsə-muzey rus memarlığının ən görkəmli abidələrindən biridir.

Məbəd 1883-1907-ci illərdə imperator III Aleksandrın sifarişi ilə memar Alfred Parland və arximandrit İqnatiusun (Malışev) birgə layihəsi üzrə inşa edilmişdir. Rusiya üslubunda inşa olunmuş bu layihə bir qədər Moskvadakı Vasili Blajennı kilsəsinə bənzəyir. Kilsənin tikintisi 24 il davam etmişdir. 19 avqust 1907-ci ildə kilsə təqdis edilmişdir.

Müvəqqəti kapella

1 mart 1881-ci ildə Yekaterina kanalının sahilində terrorçu İqnati Qrinevitskinin hücumu nəticəsində imperator II Aleksandr ölümcül yaralanmışdır.

Artıq mart ayının 2-də Şəhər Duması iclas zamanı taxta yenicə çıxmış imperator III Aleksandrdan "şəhər ictimai rəhbərliyinin vəsaiti hesabına abidə və ya kapellanın inşası" barədə xüsusi tələb etmişdir. İmperator isə cavabında "Kapellanın yerinə gözəl bir kilsənin inşa olunması daha məqsədəuyğun olduğunu" bildirmişdir. Lakin Duma sonda müvəqqəti kapellanın tikilməsi barədə qərar qəbul etmişdir.

Layihənin hazırlanması memar Leonti Benuaya həvalə olunmuşdur. Tikinti işləri sürətlə aparılırdı, belə ki, 17 aprel 1881-ci ildə kapella təntənəli şəkildə təqdis olunur və burada yaddaqalan bütün anma mərasimləri keçirilməyə başlanılmışdır. Duma tikinti işlərinə heç bir vəsait ayırmamışdır: kapellanı gildiya taciri Qromov inşa etmiş, tikinti işlərinin xərclərini isə gözətçi qismində inşaatda çalışan tacir Militin öz üzərinə götürmüşdür. Bu kapella kanalın sahilində əsl kilsənin tikintisinə kimi - yəni 1883-cü ilin yaz aylarına qədər qorunub saxlanılmışdır. Daha sonra isə kapella Axır meydanına köçürülmüş və orada sökülənə qədər düz 9 il qalmışdır.

Memarlıq müsabiqəsi  Məbədin İqnati Arximandrit tərəfindən çəkilmiş layihə təsviri, bu layihə 1883-cü ildə memar Alfred Parlandın etirazına səbəb olmuş və onun tərəfindən yenidən işlənmişdir.

Qətl hadisəsindən dərhal sonra, II Aleksandrın xatirəsini əbədiləşdirmək üçün komissiya yaradılmış və ən yaxşı kilsə layihəsi üçün müsabiqə elan edilmişdir. Müvafiq olaraq günorta, 31 dekabr 1881-ci ildə 26 anonim layihə artıq təşkil edilmişdir. Onlar arasında İ.S. Kitner, İ.S. Boqomolov, V.İ. Şreter, A.L. Hun, L.N. Benua kimi zamanın bir çox məşhur memarları da müsabiqəyə cəlb olunmuşdur. Komissiya yalnız 8 layihəni seçmiş və onlar içərisində A.L. Tomişkonun "Vətən Ata" adlı Rusiya-Bizans üslublu kilsə proyektini qalib iş olaraq qəbul etmişdir. İkinci mükafata alimlər İ.S. Kitner və A.L. Hunun "1 Mart, 1881", üçüncü mükafata isə L.N. Benuanın layihəsi layiq görülmüşdür. 23 mart 1882-ci ildə layihələr Qatçinada imperator III Aleksandra nümayiş etdirilmiş, lakin onların heç biri təsdiq olunmamışdır. İmperator tikiləcək kilsənin özündə rus memarlığını, xüsusilə də Yaroslavl memarlıq məktəbinin xüsusiyyətlərini özündə mütləq şəkildə əks edilməsi barədə qərar almışdır. Bundan başqa, imperatorun ölüm yeri kilsə kompleksinin tərkibində kapella ilə bitkin şəklə salınmalı idi.

Tezliklə ikinci müsabiqə başladı. 28 aprel 1882-ci ildə Komissiya üzvləri 31 ən yaxşı layihənin seçilməsinə başlamışdır. Bu dəfə namizədlərin siyahısına Robert Gedike, Albert Benua, Andrey Pavlinov, Roman Kuzmin, Aleksandr Ober, Nikolay Sultanov, leksandr Rezanov kimi yeni böyük adlar qatılmışdır. Bütün bu layihələr də III Aleksandr tərəfindən rədd edilmişdir. Layihə inkişaf etdirildikdən sonra, müsabiqədə memar Alfred Parland və Sergiyev lavrının rahibi İqnatius (Malışev) qalib gəlmişdirlər[1]. Bu layihə Professor D. Qrimmin şəxsi nəzarəti altında başa çatacağı şərti ilə 29 iyul 1883-cü ildə imperator tərəfindən təsdiq edilmişdir. Layihənin yekun variantı yalnız 1 may 1887-ci ildə təsdiq edilmişdir. Kilsənin yaradılmasında professor A.A. Parland memar V.İ. Fidelli və D.A. Orexov; rəssam N.K. Bodarevski; mozaika ustası V.A. Frolov və Fyodorov iştirak etmişdir.

Kilsənin tikintisi

Kilsənin təntənəli əsası 1883-cü ilin oktyabr ayında qoyulmuşdur. Böyük knyaz Vladimir Aleksandroviçin rəhbərlik etdiyi məbədin inşa komissiyasına, tikinti zamanı məsləhətlər verən və layihəyə düzəlişlər edən memarlar D. İ. Qrimm, R. A Qedike, E. İ. Jiber, R. B. Bernqard daxil idi; layihənin yenidən işlənməsində İ. V. Ştrom yaxından iştirak etmişdir və hazırda mövcud olan məbədin layihəsinə onun böyük təsirinin olmuşdur[1].

Mozaika işlərinin təqdis edilməsi, on il yubanmadan sonra 6 (19) avqust 1907-ci ildə (İkinci Xilas olma kimi tanınan Hakimin dəyişilməsi günündə) mitropolit Antoni (Vadkovski) tərəfindən imperator II Nikolay və ailə üzvlərinin iştirakı olmadan həyata keçirilmişdi. Bütün tikinti işləri 4,6 milyon rubla başa gəlmişdir. 27 aprel 1908-ci ildə mitropolit Antoni kilsənin yaxınlığında yerləşən və II Aleksandrın ölüm xatirəsinə ikonların toplandığı İveriya kapellasını təqdis etmişdir[2]. Məbədin tikintisi zamanı yeni texnologiyalar aktiv tətbiq edilmişdir, bina tamamilə elektrikləşdirilmişdir. Kilsəni 1689 elektrik lampası işıqlandırırdı. XX əsrin əvvəlində Xilaskar qan kilsəsi ətrafındaki ərazi yenidən qurulmuşdur.

Kilsə XX əsrdə  İveriya Tanrı Anası ikonası sovməsinin qərb fasadı.

Sankt-Peterburq şəhərində yerləşən Xilaskar qan kilsəsi, İsaak kafedralı ilə yanaşı dövlət dəstəyində olan yeganə kilsə idi[3]. Kilsə Daxili İşlər Nazirliyinin nəzdində idi və kütləvi ziyarət üçün nəzərdə tutulmamışdır. Onun daxilində II Aleksandrın xatirəsinə həsr olunmuş fərdi liturgiyalar,gündəlik vaizlər və müxtəlif mərasimlər keçirilirdi.

6 sentyabr 1907-ci ildə Sankt-Peterburq və Ladoga mitropoliti Antoni (Vadkovski) öz qətnaməsində Professor P.İ. Leporskini kafedral başçısı təyin etmişdir. Leporski tezliklə presviterliyə, 14 oktyabr 1907-ci ildən isə protoiyerey vəzifəsində təyin edilmişdir[4].

1909-cu ildən kilsənin klirik və daha sonralar kilsə rahibi vəzifəsinə, 1927-ci illərdə Leninqradda İosiflyan hərəkatının fəal tərəfdaşlardan birinə çevriləcək Prof. Vasili Veryujski təyin olunmuşdur[4].

1917-ci ildə kilsənin saxlanılması üçün dövlət vəsaitlərin çatdırılması dayandırılmışdır. 1922-ci ilin iyul ayından 1923-cü ilin 5 iyul tarixindək kilsə Peterhof yepiskopu Nikolayın (Yaruşeviç) tabeliyində olan "Petroqrad avtokefaliyasının" tərkibində idi[5].

1927-ci ildən başlayaraq, tamamilə bağlanmasına kimi, kilsə müxalif yönümlü İosiflyan hərəkatının mərkəzi kafedralı sayılırdı.

Nəhayət 30 oktyabr 1930-cu ildə Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti kilsənin bağlamaq qərarına gəlir.

↑ 1 2 Печенкин И. Е. Русская церковная архитектура начала ХХ века в контексте символизма: Отв. ред. Н.А. Хренов, И.Е. Светлов. Символизм как художественное направление: Взгляд из XXI века: Сб. статей: 2013 год Антонов В. В., Кобак А. В. Святыни Санкт-Петербурга: Историко-церковная энциклопедия в трёх томах. СПб.: Изд-во Чернышёва, 1994, с. 99-104. Шульц С. С. Храмы С.-Петербурга (История и современность): Справочное издание. СПб.: Глагол, 1994, С. 58. ↑ 1 2 Бохонский Д. Жизнь и труды профессора протоиерея П. И. Лепорского // Христианское чтение. 2003. № 22. С. 57-68. [1] Arxivləşdirilib 2009-05-02 at the Wayback Machine "Собор Воскресения Христова (Храм Воскресения на Крови) Екатерининский канал". 2008-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-15.
Photographies by:
A.Savin - FAL
Statistics: Position
640
Statistics: Rank
158255

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
541897236Click/tap this sequence: 8718

Google street view

Where can you sleep near Xilaskar qan kilsəsi ?

Booking.com
489.154 visits in total, 9.196 Points of interest, 404 Destinations, 60 visits today.