Van Kalesi

( Van qalası )

Van qalası — Urartu dövləti tərəfindən kütlə halında daşdan tikilən və Urartunun paytaxtı Tuşpa şəhərini yaxşı görə bilən istehkam tikilisidir. Van gölü sahilində olub, Van şəhərinə 5 km uzaqlıqda yerləşən bu qala sıldırım bir qaya üzərində inşa edilmişdir. Qala 1800 metr uzunluğunda, 120 metr genişliyində və 80 metr yüksəkliyindədir. Qala e.ə əvvəl IX əsrdə Lutiprinin oğlu Sarduri tərəfindən 840–825-ci illər arasında tikilmişdir. Çox sayda bu cür istehkamlara indiki Ermənistan, Türkiyə və İranda rast gəlmək olur. Adətən bu cür tikililər yer səthindən yuxarı çıxmış qayalarda və yamaclarda tikilirdi. Bu cür qalalar əsasən xarici ordulara qarşı durmaq üçün deyil, region nəzarəti üçün istifadə edilirdi. Van şəhəri ətəklərindəki bu binanın xarabaları onun divarlarının Orta əsrlərdə tikildiyini təsdiqləyir.

Qalada Urartu dövründən qalan Madır (Sardur) bürcü, Analı-qız açıq hava məbədi, I Argişti, Menua və II Sardurinin qaya məzarları, Min pilləkənlər, Baş qayada hörülmüş qa...Read more

Van qalası — Urartu dövləti tərəfindən kütlə halında daşdan tikilən və Urartunun paytaxtı Tuşpa şəhərini yaxşı görə bilən istehkam tikilisidir. Van gölü sahilində olub, Van şəhərinə 5 km uzaqlıqda yerləşən bu qala sıldırım bir qaya üzərində inşa edilmişdir. Qala 1800 metr uzunluğunda, 120 metr genişliyində və 80 metr yüksəkliyindədir. Qala e.ə əvvəl IX əsrdə Lutiprinin oğlu Sarduri tərəfindən 840–825-ci illər arasında tikilmişdir. Çox sayda bu cür istehkamlara indiki Ermənistan, Türkiyə və İranda rast gəlmək olur. Adətən bu cür tikililər yer səthindən yuxarı çıxmış qayalarda və yamaclarda tikilirdi. Bu cür qalalar əsasən xarici ordulara qarşı durmaq üçün deyil, region nəzarəti üçün istifadə edilirdi. Van şəhəri ətəklərindəki bu binanın xarabaları onun divarlarının Orta əsrlərdə tikildiyini təsdiqləyir.

Qalada Urartu dövründən qalan Madır (Sardur) bürcü, Analı-qız açıq hava məbədi, I Argişti, Menua və II Sardurinin qaya məzarları, Min pilləkənlər, Baş qayada hörülmüş qala divarlarının bünövrələri və onların üzərində yüksələn qala divarları dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatıb. Urartu dövründən sonra Osmanlı dövrünə qədər uzanan zaman içərisində Fars yazıları xaricində hər hansı bir dövrə aid tarixi bir bir yazı tapılmamışdır. Osmanlı dövrünə aid qala divarları, qala giriş qapısı, Yuxarı qala, Süleyman Xan məscidi ilə minarəsi və müxtəlif tikililər də dövrümüzə yaxşı vəziyyətdə gəlib.

Qalanın şimal-qərb hissəsindən yuxarı çıxanda Urartu çarı I Argistinin məzar abidəsi və giriş hissəsindəki divarlarda tarixi yazılar var. Qalanın cənub hissəsində Urartu çarlarına aid məzar otaqları yer alır.

Cənubda qədim Van şəhərinə aid qalıqlar vardır. Bunlardan Səlcuqlu dövrünə aid Ulu məscidi ilə Osmanlı dövrünə aid Qaya Çələbi və Xosrov Paşa məscidləri cəlbedici əsərlərdir.

Rus arxeoloqların 1916-cı illərdə Van qalasında həyata keçirdikləri arxeoloji qazıntılar nəticəsində Urartu çarı Sarduriyə aid olan əşyalar tapılmış və qalanın tam olaraq planı aşikar edilmişdir.

Photographies by:
Statistics: Position
2751
Statistics: Rank
44924

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
796431258Click/tap this sequence: 7161

Google street view

Where can you sleep near Van qalası ?

Booking.com
489.022 visits in total, 9.195 Points of interest, 404 Destinations, 68 visits today.