Terrakota ordusu, Yeraltı heykəllər ordusu və ya Torpaq əsgərlər (Sadələşdirilmiş Çin dilində: 兵马俑; Ənənəvi Çin dilində: 兵马俑; pinyin: bīngmǎ yǒng; düz olaraq "əsgər və at cənazə heykəlləri") — 1974-cü ildə Çində kəşf olunmuş Yeraltı Heykəllər Ordusu. İlk Çin imperatoru Sin Şi Xuandinın məzarında olan heykəllər. Ordunun "ilklərin imperatoru" olaraq bilinən Sin Şi Xuandinin məzarını qoruduğuna inanılar.

Yeraltı Heykəllər Ordusu 1974-cü ildə Çin Xalq Respublikasının Shaanxi əyalətinə bağlı Xi'an yaxınlarında bir əkinçi tərəfindən tapılmışdır. Kəşf edildikdən sonra Sit sahəsində 1977-1985-ci illərdə 2 dəfə qazıntı işləri aparılıb. Boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlərin hər birinin üz ifadəsi fərqlidir. Qazıntı sahəsindən çıxarılanlarla birlikdə 520 atıyla 8000 min əsgərin, 130 döyüş arabası, 150 suvari atı olduğu təxmin edilir. Çinlilər tərəfindən dünyanın 8-ci möcüzəsi olaraq qəbul edilən, Terro Cotta əsgərləri olaraq bilinən yera...Read more

Terrakota ordusu, Yeraltı heykəllər ordusu və ya Torpaq əsgərlər (Sadələşdirilmiş Çin dilində: 兵马俑; Ənənəvi Çin dilində: 兵马俑; pinyin: bīngmǎ yǒng; düz olaraq "əsgər və at cənazə heykəlləri") — 1974-cü ildə Çində kəşf olunmuş Yeraltı Heykəllər Ordusu. İlk Çin imperatoru Sin Şi Xuandinın məzarında olan heykəllər. Ordunun "ilklərin imperatoru" olaraq bilinən Sin Şi Xuandinin məzarını qoruduğuna inanılar.

Yeraltı Heykəllər Ordusu 1974-cü ildə Çin Xalq Respublikasının Shaanxi əyalətinə bağlı Xi'an yaxınlarında bir əkinçi tərəfindən tapılmışdır. Kəşf edildikdən sonra Sit sahəsində 1977-1985-ci illərdə 2 dəfə qazıntı işləri aparılıb. Boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlərin hər birinin üz ifadəsi fərqlidir. Qazıntı sahəsindən çıxarılanlarla birlikdə 520 atıyla 8000 min əsgərin, 130 döyüş arabası, 150 suvari atı olduğu təxmin edilir. Çinlilər tərəfindən dünyanın 8-ci möcüzəsi olaraq qəbul edilən, Terro Cotta əsgərləri olaraq bilinən yeraltı heykəllər ordusunun tapıldığı Sit sahəsində 2009-cu il iyul ayının 13-də üçüncü qazıntı işlərinə başlanıldı. Şansı əyaləti mədəni əsərlər müdirliyinə bağlı Mədəni əsərlər və arxeologiya dairəsi basçısı Co Kuiying heykəllərin üzərindəki rəngli boyaları qoruma, heykəlləri sağlamlaşdırma və təmiri texnikaların artıq inkişaf etdiyini və bunların 3-cü qazıntı işləri üçün lazımlı zəmanəti təmin etdiyini ifadə edib. O, 3-cü qazıntı işlərinin Sit sahəsinin, heykəllərin çıxarıldığı qazıntı bölgəsinin xaricində qalan hissələrində icra ediləcəyini, lakin bu anda qazıntı işləri haqda hər hansı bir təxmin verməyin mümkün olmadığını söyləyib.

Qeyd edək ki, Terro Cotta Ordusu 1987-ci ildə UNESCO tərəfindən Ümumdünya irsinə daxil edilib.

Photographies by:
palindrome6996 - CC BY 2.0
thierrytutin - CC BY 2.0
kevinmcgill from Den Bosch, Netherlands - CC BY-SA 2.0
Statistics: Position
11
Statistics: Rank
4096898

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
935678142Click/tap this sequence: 8515

Google street view

Where can you sleep near Terrakota ordusu ?

Booking.com
487.364 visits in total, 9.187 Points of interest, 404 Destinations, 49 visits today.