Teotihuacán

( Teotiuakan )

Teotiuakan (astek Teōtīhuacānallahların doğum yeri) — Mexiko şəhərindən 48 km şimal-şərqdə, San-Xuan-Teotiuakan bələdiyyəsində yerləşən qədim şəhər. Hal-hazırda Kolumbaqədərki Amerikada inşa edilmiş ən böyük piramidaşəkilli tikililərin, geniş iqamətgahların, çox sayda rəngarəng freskaların yerləşdiyi arxeoloji muzey kimi fəaliyyət göstərir.

Teotiuakan qərb yarımkürəsindəki ən qədim şəhər kimi məlumdur. Şəhər indiki Mexiko ştatının ərazisində erkən sinfi cəmiyyətin ən böyük mərkəzlərindən olmuşdur. E.ə. II əsrdə şəhər regional mərkəzə çevrilir. Bunun səbəbi əvvəlki mərkəz Kuikuilko şəhərinin vulkan püskürməsi nəticəsində tərk edilməsi idi.

Eramızın 250-600-cü illəri şəhərin çiçəklənmə dövrü hesab edilir. Lakin VII əsrin ortalarında şəhər tərk edilir və uzun müddət sonra bu yerlərə gələn asteklər şəhərin əzəmətli dağıntıları ilə rastlaşırlar. Şəhərin tərk edilməsi barədə iki əsas versiya mövcuddur: xarici müdaxilə və hakimiyyətə q...Read more

Teotiuakan (astek Teōtīhuacānallahların doğum yeri) — Mexiko şəhərindən 48 km şimal-şərqdə, San-Xuan-Teotiuakan bələdiyyəsində yerləşən qədim şəhər. Hal-hazırda Kolumbaqədərki Amerikada inşa edilmiş ən böyük piramidaşəkilli tikililərin, geniş iqamətgahların, çox sayda rəngarəng freskaların yerləşdiyi arxeoloji muzey kimi fəaliyyət göstərir.

Teotiuakan qərb yarımkürəsindəki ən qədim şəhər kimi məlumdur. Şəhər indiki Mexiko ştatının ərazisində erkən sinfi cəmiyyətin ən böyük mərkəzlərindən olmuşdur. E.ə. II əsrdə şəhər regional mərkəzə çevrilir. Bunun səbəbi əvvəlki mərkəz Kuikuilko şəhərinin vulkan püskürməsi nəticəsində tərk edilməsi idi.

Eramızın 250-600-cü illəri şəhərin çiçəklənmə dövrü hesab edilir. Lakin VII əsrin ortalarında şəhər tərk edilir və uzun müddət sonra bu yerlərə gələn asteklər şəhərin əzəmətli dağıntıları ilə rastlaşırlar. Şəhərin tərk edilməsi barədə iki əsas versiya mövcuddur: xarici müdaxilə və hakimiyyətə qarşı xalq üsyanı. Şəhər demək olar ki, bünövrəsinə kimi məhv edilmiş, məbədlər və müqəddəs heykəllər dağıdılmışdı. Son arxeoloji araşdırmalar şəhərin yandırıldığını və bəzi heykəllərin məqsədyönlü şəkildə məhv edildiyini göstərir.

Photographies by:
Statistics: Position
1476
Statistics: Rank
82861

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
146589723Click/tap this sequence: 7194

Google street view

Where can you sleep near Teotiuakan ?

Booking.com
487.390 visits in total, 9.187 Points of interest, 404 Destinations, 16 visits today.