Thanksgiving ( Şükran günü )

Şükran günü (Thanksgiving Day), ABŞ-də və Kanadada müxtəlif günlərdə qeyd olunan milli bayramdır. Kanadada oktyabr ayının ikinci bazar günü, ABŞda isə noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunur. Bayramın mənşəyi qırmızıdərililər və ilk koloniyaçıların ortaq təşkil etdikləri bir məhsul yeməyi olsa da, bayram bu ölkələrdə qırmızıdərili ünsürlərdən ayrılarak yalnız ailə və tanrıya adanan bir məna kəsb etmişdir. Hind toyuğu bu günün ənənəvi yeməyidir.