កោះរ៉ុង
( Ronq adası )Ronq adası (khm. កោះរ៉ុង) — Siam körfəzində yerləşən Kambocaya məxsus olan ada. Ada turizm şəhəri olan Sianuvildən 25 km aralıda qərarlaşır. Adanın mənası kambocadan tərcümədə mağara və ya tunel məbasını verir. Bununla belə bəzi yerli əhalinin nümayəndələri Ronq isminin tarixi qəhrəmanın adı olmasını deyirlər. Qədim kxmer dilində isə Ronq sözü saxlanc yeri mənasınl verir. Ronq adası inzibati cəhətdən Preasianuk vilayəti ərazisinə daxildir. Adanın sahəsi 78 km² təşkil edir. 61 km sahil xəttinin 43 kilometri çimərlikdir. Son zamanlar adanı xaricilər daha tez-tez ziyarət edir. Kox Тut kəndi adanın cənub-şərqində yerləşir və ən çox turistlər bura gəlir. Hökumətin planlsrına görə ada turistik mərkəzə çevrilməlidir. Ancaq adada infrastruktur zəyifdir. Adaya gediş ancaq dənizlə təmin olunur.
Ronq adasının inkişafını təmin etmək məqsədi ilə hökumət adanı 99 illiyinə The Royal Group şirkətinə konseriyuma vermişdir. 2008-ci ilə ...Read more
Ronq adası (khm. កោះរ៉ុង) — Siam körfəzində yerləşən Kambocaya məxsus olan ada. Ada turizm şəhəri olan Sianuvildən 25 km aralıda qərarlaşır. Adanın mənası kambocadan tərcümədə mağara və ya tunel məbasını verir. Bununla belə bəzi yerli əhalinin nümayəndələri Ronq isminin tarixi qəhrəmanın adı olmasını deyirlər. Qədim kxmer dilində isə Ronq sözü saxlanc yeri mənasınl verir. Ronq adası inzibati cəhətdən Preasianuk vilayəti ərazisinə daxildir. Adanın sahəsi 78 km² təşkil edir. 61 km sahil xəttinin 43 kilometri çimərlikdir. Son zamanlar adanı xaricilər daha tez-tez ziyarət edir. Kox Тut kəndi adanın cənub-şərqində yerləşir və ən çox turistlər bura gəlir. Hökumətin planlsrına görə ada turistik mərkəzə çevrilməlidir. Ancaq adada infrastruktur zəyifdir. Adaya gediş ancaq dənizlə təmin olunur.
Ronq adasının inkişafını təmin etmək məqsədi ilə hökumət adanı 99 illiyinə The Royal Group şirkətinə konseriyuma vermişdir. 2008-ci ilə isə Asiyada ilk ekoloji kurortun yaradılmasına başlanılmışdır.
«Sok San» çimərliyi yaxınlığında «Sonuncu qəhrəman» realiti-şousunun fransız versiyasınln çəkilişləri həyata keçirilmişdir.
Kox Ronq bu yaxınlatda məskunlaşdırılmışdır. 1975-ci ildən 1979-cu ilə qədər adada yaşayış olmamışdır. 1979-2000-ci illər ərzində isə ada Kamboca Kral Hərbi-Dəniz donanmasənın balansında olmuşdur. Ancaq 2000-ci illərdə adada ilk kənd meydana gəlir.
2000-ci illərdən Kamboca Balıqçılıq departamenti yeli sakinlər və icmalarla əməkdaşlıq edir[1][2].
↑ "Assessing Legislation and Management Koh Rong" (PDF). 2015-09-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09. ↑ "Marine Conservation Of Cambodia". 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
Add new comment