慈照寺

( Qinkaku məbədi )

Qinkaku məbədi (銀閣寺, Qinkaku-ci, azərb. "Gümüş pavilyon məbədi"‎) və ya rəsmi adı ilə Cişo məbədi (慈照寺, Cişo-ci, azərb. "Parlayan mərhəmət məbədi"‎) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən buddist məbədi. Zen buddizminin Rinzay sektasının Şokokuci qoluna aiddir. Tərk edilmiş Tenday monastırı olan Codo məbədinin ərazisində yerləşir. Məbəd Hiqaşiyama mədəniyyətinə aid edilir.

 Toqudo zalı.

Səkkizinci Muromaçi şoqunu olan Aşikaqa Yoşimasa 1465-ci ildə özü üçün iqamətgah tikdirməyə qərar vermiş və ən keyfiyyətli materialları tapmaq üçün bütün əyalətlərdə axtarış əmri vermişdir.[1] İqamətgahın tikintisi 1483-cü ildə tamamlanandan sonra Yoşimasa buraya köçmüşdür.[1] 1485-ci ildə Şokoku məbədinin keşişi olmuş və 1490-cı ildə öldükdən sonra vəsiyyəti əsasında iqamətgah məbədə çevrilmişdir.[1] Yoşimasanın ölümündən sonrakı dini titulu Cişoin olduğu üçün məbədə Çişo adı verilmişdir.[1]

Şokoku məbədinin ilk abbatı olan Zen keşişi Muso Soseki məbədin ilk fəxri abbatı seçilmişdir.[1] Yoşimasa tərəfindən oğulluğa götürülən Hoşo Şuzay isə məbədin ikinci abbatı təyin edilmişdir.[1] Qinkaku məbədinin bir çox abbatı Konoe kimi zadəgan ailələrindən seçilirdi.[1]

Məbəd qeydlərinə görə Qinkaku məbədi əslində 12 tikilidən ibarət olmuşdur.[1] 1397-ci ildə tikilmiş Kinkaku məbədindən təsirlənən Yoşimasa məbədin Kannon zalına gümüş üzlük çəkdirmək istəmiş, lakin öldüyü üçün bunu edə bilməmişdir.[1] Gümüş üzlüyün heç vaxt çəkilməməsinə baxmayaraq Kannon zalı "Gümüş pavilyon" (Qinkaku) adı ilə tanınmış və bu ad məbədin adına çevrilmişdir.[1] Tenbun erasında baş vermiş böyük yanğın məbədi məhv etmiş, orijinal tikililərdən ancaq Qinkaku zalı və Toqudo zalı salamat qalmışdır.[1] Meyci dövründə məbəd yararsız hala düşmüş, lakin ianələr və hökumət dəstəyi sayəsində bərpa olunmuşdur.[1]

↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Kodansha Encyclopedia of Japan
Photographies by:
Oilstreet - CC BY 2.5
Statistics: Position
6146
Statistics: Rank
55134

Add new comment

CAPTCHA
Security
615823479Click/tap this sequence: 5212
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Qinkaku məbədi ?

Booking.com

What can you do near Qinkaku məbədi ?

8.817.892 visits in total, 407.503 Points of interest, 405 Destinations, 7 visits today.