Pergamon — İzmir ilinə aid Pergama ilçəsinin mərkəzində qurulu antik şəhərin adıdır. UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına salınmışdır. Pergamon keçmişdə Misya bölgəsinin önəmli mərkəzlərindən biri idi. E.ə. 282–133 illər arasında Pergamon Krallığının paytaxtı olubdu. Pergamo adı bir söyləncə görə qəhrəman olan Pergamosdan gəlir. Pergamosun Teuthrania kralını öldürdükdən sonra şəhəri ələ keçirdiyi və öz adını verdiyi deyilir. Başqa bir mənbəyə görə də Teuthrania Kralı Grynos Savasta Pergamosdan yardım istəmiş, zəfərdən sonra iki şəhər tikdirərək birinə onun şərəfinə Pergamon, digərinə isə Gryneion adını vermişdir.

Yazılı mənbələrdə Pergamondan ilk dəfə E.ə. 4-cü yüzilliyin əvvəllərində qeyd edilir. Şəhər daha sonra Pergamon Krallığının paytaxtı oldu. Bu dönəmdə saray, məbəd, teatr kimi abidələrlə tikildi, şəhər qüllə divarlarla əhatə edilmişdir. Pergamon krallığın Romaya bağlanmasından sonra da Qərbi Anadolunun saylı şəhərlərindən biri olaraq qaldı. Qədim şə...Read more

Pergamon — İzmir ilinə aid Pergama ilçəsinin mərkəzində qurulu antik şəhərin adıdır. UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına salınmışdır. Pergamon keçmişdə Misya bölgəsinin önəmli mərkəzlərindən biri idi. E.ə. 282–133 illər arasında Pergamon Krallığının paytaxtı olubdu. Pergamo adı bir söyləncə görə qəhrəman olan Pergamosdan gəlir. Pergamosun Teuthrania kralını öldürdükdən sonra şəhəri ələ keçirdiyi və öz adını verdiyi deyilir. Başqa bir mənbəyə görə də Teuthrania Kralı Grynos Savasta Pergamosdan yardım istəmiş, zəfərdən sonra iki şəhər tikdirərək birinə onun şərəfinə Pergamon, digərinə isə Gryneion adını vermişdir.

Yazılı mənbələrdə Pergamondan ilk dəfə E.ə. 4-cü yüzilliyin əvvəllərində qeyd edilir. Şəhər daha sonra Pergamon Krallığının paytaxtı oldu. Bu dönəmdə saray, məbəd, teatr kimi abidələrlə tikildi, şəhər qüllə divarlarla əhatə edilmişdir. Pergamon krallığın Romaya bağlanmasından sonra da Qərbi Anadolunun saylı şəhərlərindən biri olaraq qaldı. Qədim şəhərin qalıqları 1870-ci illərdə Qərbi Anadoluda dəmiryolu tikintisində çalışan Alman mühəndis Carl Humann tapdı. Pergamonda ilk araşdırma və qazıntı işlərinə də 1878-ci ildə başlanıldı. Qazıntılar və bərpa çalışmaları hələ də davam etməkdədir. 2011-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilən Pergamo 2014-cü ildə isə Dünya Mirası olaraq təsdiq edildi.

Photographies by:
Mulazimoglu at Turkish Wikipedia - Public domain
Statistics: Position
3219
Statistics: Rank
36378

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
786254139Click/tap this sequence: 3133

Google street view

Where can you sleep near Perqam ?

Booking.com
490.018 visits in total, 9.198 Points of interest, 404 Destinations, 67 visits today.