Schloss Neuschwanstein

( Noyşvanştayn qəsri )

Noyşvanştayn qəsri (alm. Schloss Neuschwanstein‎, Almanca tələffüz: [nɔʏˈʃvaːnʃtaɪn], azərb. Yeni Qu quşu daşı qəsri‎) — Almaniyada, Bavariya vilayətinin cənub-Qərbində, Füssen şəhərinin Hohenşvanqau kəndi ərazisində, hündür, sıldırımlı təpənin zirvəsində yerləşən XIX əsrdə inşa olunmuş neoroman üslublu qəsr-saraydır. Qəsr Bavariya kralı II Lüdviqin sifarişi ilə kral iqamətgahı olaraq və Rixard Vaqnerin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmişdir. Qəsrin inşası üçün lazım olan məbləğ Bavariya büdcəsindən deyil, II Lüdviqin şəxsi büdcəsindən ödənmişdir.

Həyata küskün kralın sığınacağı kimi inşa edilmiş qəsr, onun ölümündən sonra, 1886-cı ildə ictimai ziyarətə açılmışdır. Həmin dövrdən 60 milyondan artıq insan Noyşvanştayn qəsrini ziyarət edib. İl ərzində ortalama 1.3 milyondan çox ziyarətçisi olan abidə, yay günlərində ...Read more

Noyşvanştayn qəsri (alm. Schloss Neuschwanstein‎, Almanca tələffüz: [nɔʏˈʃvaːnʃtaɪn], azərb. Yeni Qu quşu daşı qəsri‎) — Almaniyada, Bavariya vilayətinin cənub-Qərbində, Füssen şəhərinin Hohenşvanqau kəndi ərazisində, hündür, sıldırımlı təpənin zirvəsində yerləşən XIX əsrdə inşa olunmuş neoroman üslublu qəsr-saraydır. Qəsr Bavariya kralı II Lüdviqin sifarişi ilə kral iqamətgahı olaraq və Rixard Vaqnerin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmişdir. Qəsrin inşası üçün lazım olan məbləğ Bavariya büdcəsindən deyil, II Lüdviqin şəxsi büdcəsindən ödənmişdir.

Həyata küskün kralın sığınacağı kimi inşa edilmiş qəsr, onun ölümündən sonra, 1886-cı ildə ictimai ziyarətə açılmışdır. Həmin dövrdən 60 milyondan artıq insan Noyşvanştayn qəsrini ziyarət edib. İl ərzində ortalama 1.3 milyondan çox ziyarətçisi olan abidə, yay günlərində bəzən gün ərzində 6000 ziyarətçi qəbul edir. Bir neçə filmin çəkiliş meydanı da olmuş qəsr Disneylandin Yatmış gözəl qəsrinin və sonrakı oxşar tikililərin də ilham mənbəyi olmuşdur.

Photographies by:
Statistics: Position
902
Statistics: Rank
226928

Add new comment

CAPTCHA
Security
948632715Click/tap this sequence: 7141
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Noyşvanştayn qəsri ?

Booking.com

What can you do near Noyşvanştayn qəsri ?

8.834.815 visits in total, 407.503 Points of interest, 405 Destinations, 2.269 visits today.