Daşkənd metropoliteni (özb. Toshkent metropoliteni) — Özbəkistanın paytaxtı Daşkənddə metropoliten xətlərini birləşdirən nəqliyyat sistemidir. SSRİ dövründə açılan 7-ci metrodur, 1977-ci ildən istifadəyə verilmişdir. Almatı metropoliteni ilə birlikdə Mərkəzi Asiyadakı iki metro sistemindən biridir. Köhnə Sovet metrolarının kimi çox dərindir və stansiyaları dəbdəbəli şəkildə dekorasiya edilmişdir.
Daşkənd metrosu 4 xətdən ibarət olmaqla, 66,5 kilometrdir və 48 stansiyadan ibarətdir. 2019-cü ilə qədər metro 71.2 milyon sərnişin daşımış və hər gün 189.200 sərnişini qəbul etməkdədir. Hər stansiyada 1 silahlı polis durur və metro ilə stansiyanın şəkillərinin qanunsuz çəkilməsinin qarşısını alır.
Add new comment