Monqol yazısı

Monqol yazısı — XIII əsrin əvvələrində monqolların uyğurlardan əxz etdikləri yazı. Soğdi yazısı vasitəsilə Suriya arami əlifbalarının birindən götürülmüşdür. Monqolustanda "köhnə yazı" adlanır. Yuxarıdan aşağıya, sağdan sola yazılır. Hərflərin çoxu polifonik olub, 2 və ya 3 fonemi ifadə edir. 1945-ci ildə iki sait (ö, ü) əlavə edilməklə kiril əlifbası əsasında yeni əlifbaya keçilmişdir. Geniş yayılmamış "kvadrat yazı" (XVIII–XIV əsrlər, Tibet əlifbası əsasında) və "aydın yazı" (XVII əsrdən, təkmilləşdirilmiş köhnə monqol yazısı) adlanan yazılar da məlumdur.

Destinations