تيمقاد

( Timqad )

Timqad (ərəb. تيمقاد‎ ) — Əlcəzairdə, Aures dağlarında yerləşən qədim Roma şəhəri idi. Şəhər təxminən 100-cü illərdə imperator Trayan tərəfindən qurulmuşdur. Şəhərin tam adı Colonia Marciana Ulpia Traiana Thamugadi idi. Trayan şəhərə bu adı anası Marcia, böyük bacısı Ulpia Marciana və atası Marcus Ulpius Traianusun xatirəsinə vermişdi.

Müasir Əlcəzairdə, Batna şəhərindən təxminən 35 km şərqdə yerləşən xarabalıqlar Roma şəhər planlaşdırmasında istifadə edilən ən yaxşı mövcud nümunələrdən birini təmsil etməsi ilə diqqət çəkir. Timqad 1982-ci ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Şəhər imperator Trayan tərəfindən, təxminən 100-cü illər ətrafında hərbi koloniya kimi qurulmuşdur. Əvvəlcə yaxınlıqdakı Aures dağlarında məskunlaşan bərbərlərə qarşı bir baza kimi xidmət etmək üçün nəzərdə tutulmuşdu. Şəhərdə ilk əvvəllər əsasən Roma veteranları məskunlaşdı və daha sonra 10000-dən çox roma, Afrika və bərbər mənşəli sakinlər ilə genişləndi. Onların əksəriyyəti əvvəllər Romanı görməmiş və İtaliyadan minlərlə kilometr məsafədə olsa da, Trayanın Roma mədəniyyətinə və şəxsiyyətinə sıx bir sərmayə qoymuşdular.[1]

Şəhərdə ilk bir neçə yüz il ərzində dinc vəziyyət mövcud idi və III əsrdən başlayaraq xristian fəaliyyətinin mərkəzinə, 4 əsrdə isə Donatist bir mərkəzə çevrilmişdi.

V əsrdə, şəhər tənəzzülə uğramadan əvvəl Vandallar tərəfindən ələ keçirildi. 535-ci ildə Bizans generalı Süleyman Vandal müharibəsi zamanı şəhəri işğal etmək üçün gəldiyi zaman buranı boş tapdı. Şəhər VII əsrdə bərbərlər tərəfindən zəbt edilməzdən əvvəlki qısa müddətdə ilk növbədə xristian bir şəhər olaraq mövcud idi. Xristianlıq dönəmində Timqad yepiskop Optatın Donatizm hərəkatının bir hissəsi olduqda, 4 əsrin sonlarında bir yeparxiyaya çevrildi. Optatdan sonra şəhərin iki yepiskopu Qaudent (Donatist) və Faustin (Katolik) olmuşdur.[2]

Timqad V əsrin sonlarında Aures dağlıları tərəfindən məhv edildi. Bizans dövründə aparılan bərpa işləri ilə 539-cu ildə Roma abidələrindən çıxarılan bloklardan yenidən istifadə edilərək cənubda bir qala yikildi və qala tərəfindən müdafiə olunan şəhərdəki bəzi fəaliyyətlər canlandı. Ərəb işğalı Tamqidin eramızın 8-ci əsrindən sonra yaşayışını dayandırdığı son dağıntılara səbəb oldu.[3]

Eramızdan əvvəl VII əsrdən sonra saytda yeni yaşayış yerləri qurulmadığı üçün şəhər qismən təxminən bir metr dərinliyə qədər qum altında qalmışdır. Böyük Səhranın xarabalıqlar üzərindəki təcavüzü, şəhərin bu qədər yaxşı qorunmasının başlıca səbəbi idi.

Şimali Afrikanı gəzən Şotlandiya tədqiqatçısı Ceyms Brus 1265-ci il dekabrın 12-də şəhər xarabalığına çatdı. O ehtimal ki, əsrlər boyu bu ərazini ziyarət edən ilk avropalı idi və şəhəri "kiçik, amma eleqant binalarla dolu bir şəhər" kimi təsvir etdi. 1790-cı ildə o Timqadda tapdıqlarını təsvir etdiyi Nil mənbəyini kəşf etmək üçün səyahətlər kitabını nəşr etdi. Kitab Böyük Britaniyada etiqadsızlıqla qarşılandı. 1875-ci ildə İngiltərənin Əlcəzairdəki konsulu Robert Lambert Pleyfeyr Brusun hesabından ilham alaraq ərazini ziyarət etdi. 1877-ci ildə Pleyfeyr Timqadı Əlcəzairdə və Tunisdə Brsusun izi ilə səyahətlər kitabında daha ətraflı təsvir etdi. Pleyfeyrin sözlərinə görə, "Bu təpələr saysız-hesabsız ən maraqlı meqalit qalıqları ilə örtülmüşdür".[4] Fransız kolonistləri 1881-ci ildə əraziyə nəzarəti ələ keçirdilər, araşdırmalara başladılar və ərazi 1960-cı ilə qədər qorundu. Bu dövrdə sahə sistemli şəkildə qazılmışdır.[5]

"Buried in Sand for a Millennium: Africa's Roman Ghost City". Messy Nessy Chic (ingilis). 2020-01-15. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07. Maureen A. Tilley, The Bible in Christian North Africa: The Donatist World (Fortress Press,1997)p135 Arxivləşdirilib 2017-09-02 at the Wayback Machine. UNESCO World Heritage Centre. "Timgad". unesco.org. 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01. Playfair, R. Lambert (Robert Lambert). Travels in the footsteps of Bruce in Algeria and Tunis : illustrated by facsimiles of his original drawings. Getty Research Institute. London : C. Kegan Paul. 1877. Montoya, Rubén: The Sahara buried this ancient Roman city—preserving it for centuries Arxivləşdirilib 2019-08-21 at the Wayback Machine at National Geographic, 30 July 2019.
Photographies by:
Statistics: Position
2680
Statistics: Rank
44924

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
197234685Click/tap this sequence: 3811

Google street view

Where can you sleep near Timqad ?

Booking.com
487.376 visits in total, 9.187 Points of interest, 404 Destinations, 2 visits today.