Kasbah (ərəb. قصبة‎, Qasba; qala deməkdir) — Əlcəzairdə, Əlcəzair şəhəri və ətrafındakı ərazilərdə yerləşən qala divarları. 1992-ci ildəUNESCO Əlcəzair Kasbahını "türbə, köhnə məscidlər və Osmanlı üslublu sarayların qalıqları və ənənəvi qalıqları olan, cəmiyyətin dərin köklü bir hissi ilə əlaqəli şəhər quruluşu " kimi Ümumdünya irsi siyahısına daxil etdi.

Əlcəzair Kasbahı köhnə qədim Roma koloniyası olan İkosium şəhərinin dağıntıları üzərində qurulmuşdur. Bura təpədə qurulan, dənizə doğru enən, yuxarı və aşağı şəhər olmaqla iki yerə bölünən orta-ölçülü bir şəhər idi.

Fransız işğalı başlayan kimi, 1839-cu ildə Fransa qubernatoru Dar Hassan Paça buraya köçür. 1860-cı ildə III Napoleon şəhəri ziyarət edir.[1] Fransız işğalından əvvəl, kazbahda 13 Cümə məscidi, 109 məscid, 32 məqbərə və 12 zəviyyə, ümumilikdə 166 dini bina var idi. Lakin bu dini tikililərin əksəriyyəti işğal zamanı dağıdıldı. 1862-ci ildə yalnız 9 Cümə məscidi, 19 məscid, 15 məqbərə və 5 zəviyyə qalmışdı. Bir çox məscid hərbi kazarma və kilsələr kimi qeyri-islami məqsədli binalara çevrildi.[2]

Kasbah Əlcəzairin müstəqillik uğrunda mübarizəsi (1954-1962) zamanı mərkəzi rol oynamışdır. Bura Milli Qurtuluş Cəbhəsinin (FLN) üsyan planlamasının mərkəzi idi və o dövrdə Əlcəzairdə Fransa vətəndaşlarına və hüquq-mühafizə orqanlarına qarşı hücumları planlaşdırmaq və icra etmək üçün onlara təhlükəsiz bir sığınacaq vermişdi. Onların səylərinə qarşı çıxmaq üçün fransızlar xüsusi olaraq Kasbaha diqqət etməli idilər.

"Interior of Governors Palace, Algiers, Algeria". World Digital Library. 1899. 2018-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25. دويرات القصبة تحتضّر ومساجدها العتيقة مهدّدة بالاندثار.. فهل من مغيث؟ Arxivləşdirilib 2020-03-30 at the Wayback Machine. El Mihwar. Retrieved January 9, 2018.
Photographies by:
toufik Lerari from Nice, France - CC BY-SA 2.0
toufik Lerari from Nice, France - CC BY-SA 2.0
Statistics: Position
423
Statistics: Rank
375906

Add new comment

CAPTCHA
Security
435986271Click/tap this sequence: 1536
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Əlcəzair Kasbahı ?

Booking.com
8.817.075 visits in total, 407.503 Points of interest, 405 Destinations, 8.633 visits today.