Vestminster abbatlığı (ing. Westminster Abbey), rəsmi olaraq Vestministerdə Müqəddəs Pyotr Kollegial kilsəsi (ing. Collegiate Church of St Peter at Westminster) — Londonun Vestminster şəhəri ərazisində, Vestminster sarayının qərbində yerləşən böyük qotik kilsə. Böyük Britaniyanın ən mühüm və tanınmış dini məbədlərindən biri olan Vestminister abbatlığı İngiltərə, daha sonra isə Böyük Britaniya monarxlarının ənənəvi tacqoyma və dəfn yeridir. 1540–1556-cı illər arasında abbatlıq kafedral statusuna malik olmuşdur. 1560-cı ildən kilsə həm abbatlıq, həm də kafedral statusundan məhrum edilərək Anqlikan kilsəsinin "Kral xası" statusu daşımağa başlamışdır. Kilsə binası özü isə abbatlıq formasına malikdir.

İlk dəfə Silkard tərəfindən 1080-ci ildə qeyd edilən tarixi ənənəyə görə, kilsənin əsası indiki ərazidə (o zaman Torni adası adlandırılırdı) VII əsrdə, Mellitin London yepiskopu olduğu dövrdə qoyulmuşdur. Hazır...Read more

Vestminster abbatlığı (ing. Westminster Abbey), rəsmi olaraq Vestministerdə Müqəddəs Pyotr Kollegial kilsəsi (ing. Collegiate Church of St Peter at Westminster) — Londonun Vestminster şəhəri ərazisində, Vestminster sarayının qərbində yerləşən böyük qotik kilsə. Böyük Britaniyanın ən mühüm və tanınmış dini məbədlərindən biri olan Vestminister abbatlığı İngiltərə, daha sonra isə Böyük Britaniya monarxlarının ənənəvi tacqoyma və dəfn yeridir. 1540–1556-cı illər arasında abbatlıq kafedral statusuna malik olmuşdur. 1560-cı ildən kilsə həm abbatlıq, həm də kafedral statusundan məhrum edilərək Anqlikan kilsəsinin "Kral xası" statusu daşımağa başlamışdır. Kilsə binası özü isə abbatlıq formasına malikdir.

İlk dəfə Silkard tərəfindən 1080-ci ildə qeyd edilən tarixi ənənəyə görə, kilsənin əsası indiki ərazidə (o zaman Torni adası adlandırılırdı) VII əsrdə, Mellitin London yepiskopu olduğu dövrdə qoyulmuşdur. Hazırkı kilsənin inşasına 1245-ci ildə kral III Henrinin tapşırığı ilə başlanılmışdır.

1066-cı ildə Harold Qodvinson və I Fateh Uilyamın tacqoymasından sonra İngiltərə və Britaniya monarxlarının tacqoyması daima bu kilsədə keçirilmişdir. 1100-cü ildən bu vaxta kimi kilsədə 16 kral toyu keçirilmişdir. Onlardan ikisi hakimiyyətdə olan monarxların (I Henri və III Riçard) toyu olsa da, 1919-cu ilə kimi 500 il ərzində kilsədə toy olmamışdır.

Photographies by:
Niels Elgaard Larsen - (WT-en) Elgaard at English Wikivoyage - CC BY-SA 4.0
Statistics: Position
1112
Statistics: Rank
203179

Add new comment

CAPTCHA
Security
164735982Click/tap this sequence: 4214
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Vestminster abbatlığı ?

Booking.com

What can you do near Vestminster abbatlığı ?

8.743.869 visits in total, 407.503 Points of interest, 405 Destinations, 2.527 visits today.