Rəşid daşı və ya Rozetta daşı (ər. [Həcərur-Raşid ]- حجر رشيد, fr. la pierre de Rosette, ing. Rosetta Stone) – 1799-cu ildə Napoleon Bonapartın Misir ekspedisiyası zamanı İsgəndəriyyədən bir qədər aralı yerləşən Rəşid (Rozetta) şəhəri yaxınlığında tapılmış üç dildə (qədim yunan, demotik Misir və heroqlifik Misir) yazıya malik daş yazı abidəsidir. Qədim yunan dili dilçilərə məlum olduğundan demotik və heroqlifik Misir yazısını onunla uzlaşdırmaqla bir çox Misir yazılarının açılmasında ondan açar kimi istifadə olunmuşdur. 1802-ci ildən Rəşid daşı Britaniya muzeyində saxlanılmaqdadır.
Photographies by:
Statistics: Position
148
Statistics: Rank
640167
Add new comment