Tokio məscidi (東京ジャーミイ, Tōkyō-jāmii) – Yaponiyanın paytaxtı Tokio şəhərinin Şibuya rayonunda, Oyama məhəlləsində yerləşən türk məscidi. Yaponiyadakı ən böyük məsciddir. Məscidin əsası Oktyabr inqilabı nəticəsində Rusiyadan gəlmiş başqırd və tatar immiqrantlar tərəfindən 12 may 1938-ci ildə qoyulmuşdur. Əbdürrəşif İbrahimov (həm də məscidin ilk imamı) və Məhəmməd Qabdulxay Qurbanqaliyevin başçılığı altında tikilmişdir.
Add new comment