Alexanderplatz

( Aleksanderplats )

Alexanderplatz (Azərbaycan dilində Aleksandr meydanı) Berlinin mərkəzində yerləşən meydan və nəqliyyat mərkəzidir. Meydan Mitte rayonunda və Spree çayının və Berlin Kafedralının yaxınlığındadır. Yerli xalq onu tez-tez qısaca Aleks adlandırır.

Əvvəllər mal-qara bazarı kimi düşünülmüş Aleksandrplatzın adı 25 oktyabr 1805-ci ildə Rusiya imperatoru I Aleksandrın Berlinə səfərinin şərəfinə Aleksandrplatz adlandırılmışdır. XIX əsrin sonlarında meydanın yaxınlığında tikilən və eyniadlı dəmir yolu vağzalı ilə böyük əhəmiyyət qazanmış, yaxınlıqdakı bazarlar da ticarəti canlandırmışdır. Alexanderplatzın əsl çiçəklənməsi 1920-ci illərdə Potsdamer Platzda gecə həyatı başlayanda olmuşdur.

Meydanın memarlığı keçmişdə müntəzəm olaraq dəyişdirilmiş, ən son olaraq 1960-cı illərdə Şərqi Almaniya tərəfindən dəyişdirilmişdir. Meydanın yanında o zamanlar Avropanın ikinci ən hündür binası olan Fernsehturm tikilmişdir. Alexanderplatz yaxınlığında həmçinin Park Inn Berlin binası və Weltzeituh...Read more

Alexanderplatz (Azərbaycan dilində Aleksandr meydanı) Berlinin mərkəzində yerləşən meydan və nəqliyyat mərkəzidir. Meydan Mitte rayonunda və Spree çayının və Berlin Kafedralının yaxınlığındadır. Yerli xalq onu tez-tez qısaca Aleks adlandırır.

Əvvəllər mal-qara bazarı kimi düşünülmüş Aleksandrplatzın adı 25 oktyabr 1805-ci ildə Rusiya imperatoru I Aleksandrın Berlinə səfərinin şərəfinə Aleksandrplatz adlandırılmışdır. XIX əsrin sonlarında meydanın yaxınlığında tikilən və eyniadlı dəmir yolu vağzalı ilə böyük əhəmiyyət qazanmış, yaxınlıqdakı bazarlar da ticarəti canlandırmışdır. Alexanderplatzın əsl çiçəklənməsi 1920-ci illərdə Potsdamer Platzda gecə həyatı başlayanda olmuşdur.

Meydanın memarlığı keçmişdə müntəzəm olaraq dəyişdirilmiş, ən son olaraq 1960-cı illərdə Şərqi Almaniya tərəfindən dəyişdirilmişdir. Meydanın yanında o zamanlar Avropanın ikinci ən hündür binası olan Fernsehturm tikilmişdir. Alexanderplatz yaxınlığında həmçinin Park Inn Berlin binası və Weltzeituhr yerləşir. Weltzeituhr (Dünya vaxtı) dünyanın müxtəlif şəhərlərindəki vaxtı göstərir. 4 noyabr 1989-cu ildə Şərqi Almaniya dövlətinə qarşı olmuş ən böyük rejim etirazı da bu meydanda keçirilmişdir.

Almaniyanın yenidən birləşməsi nəticəsində Alexanderplatzda memarlıq və nəqliyyat baxımından bir çox dəyişikliklər baş vermişdir. Bir çox binalar bərpa edilmiş və ya sökülmüşdür. Şərqi Almaniyanın hökumət binası olan Palast der Republik 2006-cı ildə tamamilə dağılan binalar arasındadır. Çox dəyişikliyə məruz qalan meydanda hələ də az da olsa sosializm dövrünün simvolları mövcuddur.

Photographies by:
Statistics: Position
6822
Statistics: Rank
49008

Add new comment

CAPTCHA
Security
281653974Click/tap this sequence: 2983
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Aleksanderplats ?

Booking.com
8.706.745 visits in total, 407.503 Points of interest, 405 Destinations, 4.243 visits today.