Muzeylər adası (alm. Museumsinsel) — Almaniyanın paytaxtı Berlinin Mitte inzibati dairəsindən keçən Şpree çayının üzərindəki kiçik bir adanın şimal hissəsində sahəsi 1 kvadrat kilometr olan muzeylər kompleksi. 1990-cı ildə Almaniyanın birləşməsi ilə 1945-ci ildən bəri şərq və qərbə bölünən kolleksiyanı yenidən birləşdirmək imkanı yarandı. Muzeylər adası 1999-cu ildən YUNESKO-nun Ümumdünya irsi siyahısındadır.
Adanın şimalında yerləşən beynəlxalq səviyyədə tanınan 5 muzeydən ibarət kompleksin muzeyləri:
- Köhnə muzey (Altes): 1830-cu ildə Karl Fridrix Schinkelin sifarişi ilə tamamlandı.
- Yeni muzey (Neues): Friedrich Avqust Stülerin planlarına görə 1859-cu ildə tamamlandı. İkinci Dünya Müharibəsində dağıdılmış muzey Devid Çipperfild tərəfindən yenidən qurulmuş və 2009-cu ildə yenidən açılmışdır.
- Köhnə Milli Qalereya (Alte Nationalgalerie): 1876-cı ildə tamamlanan muzey, Fridrix Avqust Stüler tərəfindən qurul...Read more
Muzeylər adası (alm. Museumsinsel) — Almaniyanın paytaxtı Berlinin Mitte inzibati dairəsindən keçən Şpree çayının üzərindəki kiçik bir adanın şimal hissəsində sahəsi 1 kvadrat kilometr olan muzeylər kompleksi. 1990-cı ildə Almaniyanın birləşməsi ilə 1945-ci ildən bəri şərq və qərbə bölünən kolleksiyanı yenidən birləşdirmək imkanı yarandı. Muzeylər adası 1999-cu ildən YUNESKO-nun Ümumdünya irsi siyahısındadır.
Adanın şimalında yerləşən beynəlxalq səviyyədə tanınan 5 muzeydən ibarət kompleksin muzeyləri:
- Köhnə muzey (Altes): 1830-cu ildə Karl Fridrix Schinkelin sifarişi ilə tamamlandı.
- Yeni muzey (Neues): Friedrich Avqust Stülerin planlarına görə 1859-cu ildə tamamlandı. İkinci Dünya Müharibəsində dağıdılmış muzey Devid Çipperfild tərəfindən yenidən qurulmuş və 2009-cu ildə yenidən açılmışdır.
- Köhnə Milli Qalereya (Alte Nationalgalerie): 1876-cı ildə tamamlanan muzey, Fridrix Avqust Stüler tərəfindən qurulmuşdur.
- Bode muzeyi: Adanın şimalında yerləşən muzey 1904-cü ildə açılmış və sonradan Kaiser Friedrich muzeyi adlandırılmışdır. Heykəltaraşlıq kolleksiyalarını, qədim antik dövrləri və Bizans sənət əsərləri nümayiş olunur.
- Perqam muzeyi: kompleksin son muzeyi 1930-cu ildə inşa edilmişdir. Yenidən qurulmuş çoxsaylı və tarixi əhəmiyyətli əsərlərdən ibarətdir.
Muzeylər kompleksi hər il təxminən 3 milyon ziyarətçi qəbul edir.
Add new comment