Müqəddəs Mark bazilikasındakı at heykəlləri — Roma dövrünə aid dörd tunc at heykəlini təsvir edir. Heykəllər əslində Quadriga kimi tanınan və qələbə mərasimlərində istifadə edilən dörd atın çəkdiyi arabanın bir hissəsidir. Həmin heykəllər 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı Konstantinopoldan talan edilərək Venesiyaya gətirilib və San Marko Bazilikasının girişinin üstündə quraşdırılıb. 1797-ci ildə Fransa İnqilabı Müharibələri zamanı Napoleon Bonapart tərəfindən Venesiyadan götürülüb Parisə aparılsa da, 1815-ci ildə Napoleon müharibələri bitdikdən sonra Venesiyaya qaytarılıb. Bu gün heykəllər havanın çirklənməsindən təsirlənməməsi üçün bazilika içərisində qorunur. Bazilikadakı heykəllər orijinal heykəllərin replikalarıdır.
Add new comment