Balaton gölü— Macarıstanın Transdanubian regionunda yerləşən şirin sulu göldür. Mərkəzi Avropanın ən böyük gölü olmaqla yanaşı, regionun əsas turizm mərkəzlərindən hesab edilir. Gölü su axını ilə əsasən Zala çayı təmin edir və göldən yalnız Şio çayı başlanğıc götürür. Düzənlik cənub sahilləri kurort şəhərləri kimi tanındığı halda, şimal sahillərinin dağlıq regionları tarixi və əsas şərabçılıq regionları kimi tanınır.
Balıqçılıq yaxşı inkişaf edib. Göl gəmiçiliyə yararlıdır.
Add new comment