Biq Ben (ing. Big Ben) — Londonda yerləşən zəngli saat qülləsi. Vestminster saray kompleksinin bir hissəsi. 13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında "Britaniyanın səsi" adlandırırlar. Biq Ben Britaniyanın fəxri və rəmzi sayılır.

Biq Beni bəzən Müqəddəs Stefan qülləsi də adlandırırlar. Qüllə 1858-ci ildə tikilmişdir. Qüllədəki saat isə 11 iyul 1859-cu ildə işə salınmışdır. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir. Siferblatının diametri 7 m, əqrəblərinin uzunluğu 2,7 və 4,2 m-dir.

  • Qüllənin dörd tərəfindəki hər siferblatın üzərində latın dilində "Domine Salvam fac Reginam nostram Victoriam primam", yəni "Tanrı kraliçamız I Viktoriyanı qorusun" sözləri yazılmışdır.
  • Saatın sağ və sol tərəflərində, qüllənin üzərində latın dilində "Laus Deo", yəni "Tanrıya şükür" sözləri həkk olunmuşdur.
Photographies by:
Joseph Plotz - CC BY 3.0
Colin - CC BY-SA 4.0
Statistics: Position
2354
Statistics: Rank
129906

Add new comment

CAPTCHA
Security
748315296Click/tap this sequence: 4648
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Biq Ben ?

Booking.com
8.715.656 visits in total, 407.503 Points of interest, 405 Destinations, 1.794 visits today.