Basilica di San Marco

( Müqəddəs Mark kafedralı )

Müqəddəs Mark kafedralı (it. Basilica di San Marco — San Marko bazilikası) — Qərbi Avropada bizans memarlığının nadir nümunəsi və Venesiya şəhərinin dini mərkəzlərindən biri. 1807-ci ilədək bu kafedral kilsə şəhərin ali rəhbərləri olmuş dojların kapellası kimi fəaliyyət göstərib. 1808-ci ildə I Napoleonun xahişi ilə Venesiya patriarxının iqamətgahı San Pyetro di Kastello kilsəsindən buraya köçürülür və bina nəhayət "kafedral" statusunu əldə etmiş olur. Bina Müqəddəs Mark meydanında, Dojlar sarayının yaxınlığında yerləşir.

Bizans üslubunda hazırlanan çoxsaylı mozaikalarla bəzədilmiş bu kafedral, səlib yürüşləri zamanı Konstantinopol şəhərindən qənimət kimi Venesiyaya gətirilmiş Həvari Markın nəşinin və çoxlu qiymətli incəsənət əşyalarının saxlandığı yerdir. 1987-ci ildə Müqəddəs Mark kafedralı Venesiyanın bir çox digər abidələri ilə birlikdə UNESCO-nun Ümumdünya irs obyektləri siyahısında daxil edilmişdir.

Özünün nəfis qızılı mozaik ...Read more

Özünün nəfis qızılı mozaik işləmələrinə görə və eləcə də zəngin Venesiya hakimlərinin simvolu kimi, bu bina XI əsrdən başlayaraq Qızıl kilsə (it. Chiesa d'Oro) adı ilə məşhur idi.

Photographies by:
Statistics: Position
727
Statistics: Rank
292804

Add new comment

CAPTCHA
Security
179536482Click/tap this sequence: 2194
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Müqəddəs Mark kafedralı ?

Booking.com
9.001.850 visits in total, 407.503 Points of interest, 405 Destinations, 1.914 visits today.