Mustafa Kemal Atatürk ( Mustafa Kamal Atatürk )
Mustafa Kamal Atatürk (türk. Mustafa Kemal Atatürk) (və ya sadəcə Kemal Atatürk, digər adı Kamâl Atatürk) (ən tezi 1880 və ən geci 1881, Saloniki, Saloniki vilayəti, Osmanlı imperiyası – 10 noyabr 1938[…], Dolmabağça sarayı, Beşiktaş, Türkiyə) — Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri.
Birinci Dünya müharibəsində Osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, Suriya-Fələstin cəbhəsində isə İldırım Ordular qrupunun komandiri vəzifəsinə təyin edildi. Müharibənin sonunda Osmanlı imperiyasının məğlub olmasının ardınca İstiqlaliyyət müharibəsi — Türk Milli Hərəkatına liderlik və öndərlik etdi. Türkiyə İstiqlaliyyət müharibəsi ərəfəsində Ankara Hökumətini qurdu, Türkiyə Ordusunun baş komandanı olaraq Sakarya döyüşündəki qələbəsinə görə 19 sentyabr 1921-ci ildə "Qazi" ləqəbini aldı və marşal rütbəsinə yüksəldi. Hərbi və siyasi fəaliyyəti ilə Antanta Dövlətləri və onların dəstəkçiləri üzərində qələbə qazandı. Müharibədən sonra Cümhuriyyət Xalq Partiyasını qurdu və partiyanın ilk sədri oldu. 29 oktyabr 1923-cü ildə prezident seçildi. 1938-ci ildə ölənə qədər dörd hakimiyyət dövründə bu vəzifədə xidmət edərək Türkiyədə ən uzun müddət prezident olmuş şəxs oldu.
Read moreMustafa Kamal Atatürk (türk. Mustafa Kemal Atatürk) (və ya sadəcə Kemal Atatürk, digər adı Kamâl Atatürk) (ən tezi 1880 və ən geci 1881, Saloniki, Saloniki vilayəti, Osmanlı imperiyası – 10 noyabr 1938[…], Dolmabağça sarayı, Beşiktaş, Türkiyə) — Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri.
Birinci Dünya müharibəsində Osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, Suriya-Fələstin cəbhəsində isə İldırım Ordular qrupunun komandiri vəzifəsinə təyin edildi. Müharibənin sonunda Osmanlı imperiyasının məğlub olmasının ardınca İstiqlaliyyət müharibəsi — Türk Milli Hərəkatına liderlik və öndərlik etdi. Türkiyə İstiqlaliyyət müharibəsi ərəfəsində Ankara Hökumətini qurdu, Türkiyə Ordusunun baş komandanı olaraq Sakarya döyüşündəki qələbəsinə görə 19 sentyabr 1921-ci ildə "Qazi" ləqəbini aldı və marşal rütbəsinə yüksəldi. Hərbi və siyasi fəaliyyəti ilə Antanta Dövlətləri və onların dəstəkçiləri üzərində qələbə qazandı. Müharibədən sonra Cümhuriyyət Xalq Partiyasını qurdu və partiyanın ilk sədri oldu. 29 oktyabr 1923-cü ildə prezident seçildi. 1938-ci ildə ölənə qədər dörd hakimiyyət dövründə bu vəzifədə xidmət edərək Türkiyədə ən uzun müddət prezident olmuş şəxs oldu.
Atatürk müasir, proqressiv və dünyəvi olan milli dövlət yaratmaq üçün siyasi, iqtisadi və mədəni sahələrdə dünyəvi və millətçi şəkildə islahatlar həyata keçirmişdir. Belə ki, xarici ölkələrə verilmiş iqtisadi imtiyazlar ləğv edildi və onlara məxsus müəssisələr və dəmir yolları milliləşdirildi. Təhsil sahəsində qəbul etdiyi qanunla təhsil Türkiyə hökumətinin nəzarətinə keçdi. Təhsil sistemi dünyəvi və elmi təhsilə əsaslandırıldı. Minlərlə yeni məktəb tikildi. İbtidai təhsil pulsuz və məcburi edildi. Xarici məktəblər dövlətin nəzarətinə keçdi. Kəndlilərdən alınan ağır vergilər (aşar vergisi) azaldıldı. Kişilərin papaq və geyimlərində bəzi dəyişikliklər edildi. Təqvim, saat və ölçülərdə dəyişikliklər edildi. Məcəllə ləğv edilib əvəzində dünyəvi qanun qəbul edildi. Qadınların mülki və siyasi hüquqları bir çox Qərb ölkəsindən əvvəl tanındı. Poliqamiya ləğv edildi. Qadınların şahidliyi və miras haqqı kişilərinkiylə bərabər edildi. Eynilə, Türkiyədə qadınlara dünyanın əksər ölkələrindən əvvəl yerli seçkilərdə (1930), daha sonra ümumi seçkilərdə (1934) seçmək və seçilmək hüququ verildi. Cinayət və borc haqqında dünyəvi qanunlar qəbul edildi. Sənayenin dirçəldilməsi məqsədilə qanun qəbul edildi. Torpaq islahatı edilməsinə cəhd edildi. Ərəb hərflərinə əsaslanan Osmanlı əlifbasının yerinə latın qrafikasına əsaslanan yeni türk əlifbası təsis edildi. Xalqın maariflənməsi üçün təhsil kompaniyası başladıldı. Universitet islahatı keçirildi. Birinci Beşillik Sənaye Planı qəbul edildi. Sinif və statusa görə ayrı-seçkilik yaradan ləqəb və adlar ləğv edildi və soyadları qüvvəyə mindi. Yekcins və vahid xalq yaratmaq üçün türkləşdirmə siyasəti həyata keçirilirdi.
Türkiyə Dövlət Dəmir Yolları, Türk Hava Yolları, Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi, Türk Tarix Qurumu, Türk Dil Qurumu, Dəyanət işləri üzrə rəhbərlik və bir çox başqa dövlət qurumları Atatürk tərəfindən və ya Atatürkün dəstəyi ilə təsis edildi. Kənd təsərrüfatının, toxuculuğun, maşınqayırmanın, təyyarə və avtomobil sənayesinin inkişafına dəstək verildi. Bütün bunlara baxmayaraq, Atatürkün hədəfləri ilə ölkənin siyasi-sosioloji quruluşu arasındakı uçurum aradan qalxmadı.
Atatürk tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilmişdir.