Stephansdom

( Müqəddəs Ştefan kafedralı )

Vyanadakı Müqəddəs Ştefan kafedralı (alm. Domkirche St. Stephan zu Wien‎), xalq arasında Steffl adı ilə də tanınır) — məşhur Ştefansplatz meydanının tam mərkəzində yerləşən (hazırda bura "Qədim Şəhər" (alm. Innere Stadt‎) rayonunun ərazisi sayılır) və 1365-ci ildən etibarən kafedral (yəni Baş kilsə kapitulunun olduğu yer), 1469-cu ildən 1479-cu ilə kimi yepiskop iqamətgahı və nəhayət 1723-cü ildən başlayaraq günümüzə kimi, Vyana arxiyepiskopunun mitropoliya mərkəzi olaraq fəaliyyət göstərən kilsədir. Bəzən Avstriya paytaxtının yerli sakinləri tərəfindən kiçildici və nəvazişləndirici şəkildə "Şteffl" adlandırılan Roma-Katolik kilsəsi, qədim Vyana şəhərinin təkrarolunmaz simvolu və başlıca dini ziyarətgahı hesab olunur. Kilsə xristianlığın birinci məzlumlarından olmuş Müqəddəs Stefanın şərəfinə adlandırılmışdır. Onun ikinci himayədarı isə, övliyalar sırasına keçmiş bütün digər müqəddəslər hesab olunurlar.

...Read more

Vyanadakı Müqəddəs Ştefan kafedralı (alm. Domkirche St. Stephan zu Wien‎), xalq arasında Steffl adı ilə də tanınır) — məşhur Ştefansplatz meydanının tam mərkəzində yerləşən (hazırda bura "Qədim Şəhər" (alm. Innere Stadt‎) rayonunun ərazisi sayılır) və 1365-ci ildən etibarən kafedral (yəni Baş kilsə kapitulunun olduğu yer), 1469-cu ildən 1479-cu ilə kimi yepiskop iqamətgahı və nəhayət 1723-cü ildən başlayaraq günümüzə kimi, Vyana arxiyepiskopunun mitropoliya mərkəzi olaraq fəaliyyət göstərən kilsədir. Bəzən Avstriya paytaxtının yerli sakinləri tərəfindən kiçildici və nəvazişləndirici şəkildə "Şteffl" adlandırılan Roma-Katolik kilsəsi, qədim Vyana şəhərinin təkrarolunmaz simvolu və başlıca dini ziyarətgahı hesab olunur. Kilsə xristianlığın birinci məzlumlarından olmuş Müqəddəs Stefanın şərəfinə adlandırılmışdır. Onun ikinci himayədarı isə, övliyalar sırasına keçmiş bütün digər müqəddəslər hesab olunurlar.

Planda latın xaçını xatırladan binanın ümumi uzunluğu 107 metr, eni isə 34 metrdir. Kafedral kilsə Avstriyada ən əhəmiyyətli qotika binalarından biridir. Tikintisi müvafiq olaraq 1230/1240 və 1263-cü illərdə icra edilən və kafedralın qərb fasadını formalaşdıran gecikmiş roman üslublu öncəki binanın qalıqları günümüzə kimi konservasiya şəklində mühafizə olunmuşdur; qərb fasadı həmçinin hündürlüyü təxminən 65 metr olan iki qədim bütpərəst qüllələrinin əhatəsində yerləşir. Toplam olaraq, Müqəddəs Ştefan kafedralı dörd müxtəlif ölçülü və qüllələrə malikdir: ən hündür Cənub qülləsinin hündürlüyü 136,4 metrdir, ondan bir qədər aralıda yerləşən Şimal qülləsinin inşası isə tamamlanmadığı üçün hündürlüyü cəmi 68 metrə bərabərdir. Gücün və hegemonluğun bərqərar olunması üçün, imperatorun fərmanı üzrə, keçmiş Avstriya-Macarıstan imperiyasının hakimiyyəti altında olan torpaqlarda heç bir kilsə Müqəddəs Ştefan kafedralının Cənub qülləsindən hündür tikilmiş ola bilməzdi. Misal olaraq Linz şəhərində yerləşən Məryəm Ananın günahsız hamiləliyi kilsəsini gətirmək olar; başlanğıcda daha hündür şpilin ucaldılması planlaşdırılsa da, memara Vyanadakı cənub qülləsindən daha hündür bir tikilinin layihələndirməsinə qadağan edilmişdir. Buna görə də, Linzdəki yeni kilsənin hündürlüyü iki metrəyədək kiçildilmişdir.

Cənub qülləsi öz dövrünün memarlıq incisi və əsrarəngiz şah əsəri sayılır; çox gözəl hündürlüyə və nəhəng həcmlərə baxmayaraq, tikilinin bünövrəsi dörd metrdən belə az dərinlikdə qazılmışdır. Cənub qülləsində toplam olaraq 13 zəng quraşdırılmışdır ki, bunlardan da on biri Müqəddəs Ştefan kafedralının əsas qüllə zəngləri hesab olunurlar. Öz ölçülərinə görə Avropada ikinci sayılan Pummerin adlı azad yellənən kilsə zəngi, şimal qülləsinin İntibah dövründə tikilmiş günbəzin daxilində quraşdırılmışdır.

Erkən Roman dövrü
Kafedralın XII-XV yüzilliklər arasında genişlənməsi
 
     - Roman üslublu Böyük portal və qüllələr (1230-1245)      - İkinci kilsə (1263)      - Albert xorları (1304-1340)      - IV Rudolfun hakimiyyət illərində həyata keçirilən yenidənqurma işləri (1359-cu ildən sonrakı dövr)
CT - İsanın diş ağrısı yeri FR3 - İmperator III Fridrixin sərdabəsi G - Böyük portal HA - Əsas altar MP - Mariya Pöç ikonası NT - Şimal qülləsi P - Kafedra PES - Prins Savoyalı Yevgeninin məzar kapellası RT - Roman üslublu qüllələr S - Günəş saatı SJC - Müqəddəs İohann Kapistran kafedrası ST - Cənub qülləsi WNA - Viner-Noyştadt altarı SB - Müqəddəs Barbara kapellası SK - Müqəddəs Yekaterina kapellası

Müqəddəs Ştefan kafedralının daha sonralar inşa olunduğu rayonun yayılma sahəsi bir zamanlar Vindobona kimi tanınan Qədim Roma hərbi düşərgəsinin şərqini və Canabae legionis adlı yaşayış məntəqəsini əhatə edirdi.[~ 1] B.e. I və III yüzillikləri arasında düşərgə müxtəlif təyinatlı binalarla və küçələrlə əhatə olunmuşdur; üçüncü və dördüncü əsrlərdə isə bütün bu tikililər yüksək vəzifəli kübarlara məxsus sərdabələr və məqbərələr ilə sıxışdırılıb çıxardılmışdır. Hələ 1690-cı ildən başlayaraq Ştok-im-Ayzen-Platz meydanının ərazi sahəsində sərdabə və qəbir sənduqələrinin qalıqları aşkar edilməyə başlamışdır.[1] Yeni prixod kilsəsinin şəhər divarları xaricində yerləşən açıq sahədə inşa olunduğu haqda tarixçilər tərəfindən yayılmış xurafatlara və yanlış öncəfərziyyələrə rəğmən, binanın əslində Roma imperiyasının qədim dövrlərinə aid edilən qəbiristanlığın üzərində tikildiyi sübut edilmişdir; şəhər istilik sisteminin mükəmməlləşdirilməsi istiqamətində mərkəzi rayonlarda həyata keçirilən qazıntı işləri zamanı torpaq qatının 2,5 metr dərinliyində çoxsaylı məzar daşları aşkar edilmişdir.[2]

XII əsrin ortalarında Vyana alman sivilizasiyanın şəksiz mühüm mərkəzinə çevrilir və artıq mövcud dörd kilsə, o cümlədən yeganə prixod kilsəsi şəhərin dini tələbatlarını ödəmək qabiliyyətində deyildi. Təxminən həmin dövrdə, daha doğrusu 1137-ci ildə Passau şəhərinin baş keşişi Reginmar və Avstriya markqrafı IV Leopold arasında imzalanmış Mautern müqaviləsinə əsasən, Vyanaya civitas (yəni icma şəhəri) statusu verilmiş və yalnız bundan sonra roman üslublu yeni kafedralın təməli qoyulmuşdur. Bununla belə, şəhər xaricində yeni kilsənin ucaldılmasına imkan yaradılması və inşaat işlərinin icrası üçün lazımi məbləğdə pulun əldə edilməsi məqsədilə, baş keşinin sahib olduğu bütün maddi dəyərlər müsadirə edilmiş, həmçinin Vyana pastorluğunun hüquqları dəyişdirilmişdir (yeni kilsə Passauda yerləşən yepiskop kilsəsinin baş himayədarı olmuş Müqəddəs Stefana ithaf olunmalı idi). Gələcək kafedralın təməlqoyma mərasimi zamanı, tikinti ərazisinə Almaniyanın birinci kralı III Konrad Hohenştaufen, yazıçı və tarixçi Otto fon Frayzinq, eləcə də İkinci səlib yürüşlərinə getməyə hazır olan digər əsilzadə alman zadəganları təşrif buyurmuşdular.[3] O dövrün Vyana şəhərində inşa edilən kilsələrin əksəriyyəti, məsələn Ruprextskirxa və ya Peterskirxa məhz Zalsburqun müqəddəsləri şərəfinə təqdis olunurdular; dini "patrozinium" (yəni himayənin xüsusi forması) siyasi siqnal olaraq qiymətləndirilirdi. Birinci kilsənin inşası 1147-ci ildə tamamlanmış və elə həmin ildə də Passau yepiskopu Reginbert fon Hagenau (de) tərəfindən müqəddəsləşdirilmişdir (yepiskop həmçinin Passau şəhərində yerləşən Tanrı Anası kilsəsinin himayəçisi sayılırdı). Kilsə o dövrün şəhəri üçün kifayət qədər balaca idi və onun təvazökar ölçüləri bütün prixoda mənsub dindarların burada birgə dini ibadətlə məşğul olmalarına çətinlik yaradırdı — çox güman ki, elə məhz bu səbəbdən də artıq o dövrdən başlayaraq müxtəlif qanunverici şəxslər tərəfindən dini tikilinin geniş yepiskopal mərkəzə çevirmək cəhdləri və təşəbbüsləri aktivləşdirilmişdir. Həmçinin XII əsrin kilsəsinin oriyentasiyası şərqə, daha doğrusu günbatan istiqamətə yönəldilməli idi. Müqəddəs həvarilərin əməlləri kitabında deyildiyi kimi, Müqəddəs Stefan ölümündən bir qədər öncə səmanın necə açıldığını görmüşdür. Şəfəq zamanı günəşin ilk şüaları əsas altarın üzərinə düşərək, kafedralı işıqlandırır və bununla da sanki "açılmış səmaları" simvollaşdırır. Həmin kitabında Müqəddəs Stefanın ölümqabağı əzabları və Tanrının ona qarşı lütfü bu cür təsvir edilir:

"  ...Müqəddəs Ruhla dolu olan Stefan isə gözlərini göyə dikib Tanrının görkəmini və Tanrının sağında dayanan İsanı gördü. O, "baxın, göylərin açıldığını və İnsan oğlunun Tanrının sağında dayanmaqda olduğunu görürəm" - dedi. Bunun üzərinə qulaqlarını tıxayıb səs-küy salaraq hamı birlikdə Stefana hücum etdilər.[4]
Həvarilərin əməlləri 55:57
" 

Kafedralın ilk strukturları 1160-cı ildə tamamlanmasına baxmayaraq, əsaslı yenidənqurma və sonrakı genişlənmə işləri 1511-ci ilə qədər yerinə yetirilirdi, təmir və bərpa layihələri isə bu günə qədər davam edir. 1230-cu ildən — 1245-ci ilə qədər, ilkin roman strukturu qərb istiqaməti boyunca genişləndirilmişdir; müasir qərb divarı və roman üslublu iki qüllə həmin dövrə aid edilirlər. O dövrün kilsəsi başlıca olaraq iki nəhəng Bütpərəst qüllələri (alm. Heidentürmen‎) və onların arasında yerləşdirilmiş geniş giriş darvazası ilə diqqəti özünə cəlb edirdi. Hər iki qüllənin adının mənşəyi indiyə qədər tamamilə aydınlaşdırılmamışdır. "Bütpərəst" ifadəsi ehtimal ki, Qədim Roma dövrünün xarabalıqlarından aşkarlanmış və daha sonralar inşaat işlərində istifadə olunan daş detalların ümumiləşdirilmiş adından götürülmüşdür; belə ki, elmi araşdırmalar nəticəsində, sol qüllədəki kurantların aşağısında yerləşdirilmiş yarım pilyastrı taclayan ornamental kişi penisinin, sağ qüllənin zodiakal saatının aşağısındakı sahədə isə qadın vaginasının stilizə edilmiş fiqurlarının quraşdırıldığı müəyyən edilmişdir. Cinsiyyət orqanlarının qeyri-xristian rəmzi olmalarına baxmayaraq, bərəkət və məhsuldarlıq nişanəsi kimi binanın fasadında saxlanılmışdılar. Ümumiyyətlə kafedralın fasadına yaxından nəzər yetirdikdə, onun detalları içərisində bütpərəst idollarının ənənəvi Bibliya motivləri ilə müvəffəqiyyətlə uyğunlaşdırıldıqlarını görmək olar.[~ 2]

Bununla belə, bu ilkin kilsədən çox əsrlərdən sonra demək olar ki, heç nə qalmamışdır. Onun mövcudluğuna yalnız qazıntılar zamanı aşkar edilmiş azsaylı arxitektura fraqmentləri şahidlik edir. Orta nef 12 metr enə malik idi, ümumilikdə isə hər üç nefin eni təxminən 26 metrə bərabər idi. O dövrdən günümüzə kimi mühafizə edilmiş yeganə detal (1945-ci ildə aparılan qazıntı işlərindən sonra yenidən torpağın altına basdırılan bünövrə istisna olunarsa), cənub bütpərəst qülləsinin alt yarusunda yerləşən tövbə hücrələri kimi istifadə olunan "qara oda" və qərb fasadının birinci yarusunun orta hissəsi hesab edilir.

Gecikmiş roman dövrü

Kafedralın iki bütpərəst qülləsindən əlavə, daha bir özünəməxsus detalı sırasında, cənub fasadında yerləşən Rizentor (alm. Riesentor‎) darvazasını da qeyd etmək olar. Rizen ifadəsi alman dilinin Hoxdoyç (yəni yüksək alman dili) şivəsində istifadə olunan "risen" feilindən yaranmışdır və "düşmək", "düşüş" kimi tərcümə olunur. Bu cür ifadənin yaranmasına başlıca səbəb kimi, portalın huni şəklində olması idi. XV əsrdə həmin portalın aşağısındakı torpaq qatında aparılan qazıntı işləri zamanı həlak olmuş mamontun böyük sümüyü aşkar edilmiş və bu artefakt tezliklə Rizentor darvazasının ən maraqlı və sirli detallarından birinə çevrilmişdir. Darvazadan bir yarus yuxarıda Hersoq qalereyası yerləşir və o, Aaxen şəhərindəki Böyük Karlın taxtı, eləcə də Kayzer kafedralında yerləşən emporalar kimi[~ 3] böyük dini-sakral mənaya malikdir.

1258-ci ildə baş vermiş dəhşətli yanğın hadisəsi nəticəsində orijinal binanın böyük hissəsi yanaraq məhv olur, roman üslublu iki qüllə isə ciddi dağıntılara məruz qalırlar. Prjemısloviç sülaləsindən olmuş II Ottakarın hakimiyyəti dövründə köhnə kilsənin xarabalıqları üzərində yeni kilsənin tikintisinə başlanılır və 23 aprel 1263-cü ildə bina pastor Gerhardın rəhbərliyi altında təntənəli şəkildə təkrarən təqdis olunur.[5] Bütpərəst qüllərinin yuxarı mərtəbələri ancaq təqdisetmə mərasimindən sonra tamamlanmışdır. Gecikmiş roman üslubunda yenidən ucaldılmış tikilinin uzunluğu 70 metr təşkil olunurdu, onun əzəmətli eni isə hündürlüyü 65 metrə bərabər olan və səmanı öz ucubiz şpilləri ilə sanki dəlib keçən iki qərb qüllələri ilə daha da vurğulanırdı. 1267-ci ildə isə Transilvaniyanın Baş keşişi magistr Gerhard bu günə kimi Ştefan kafedralının nəzdində fəaliyyətini uğurla davam etdirən xüsusi keşişlər cəmiyyətinin əsasını qoyur və cəmiyyətə "Cura animarum" adlı müstəsna hüququ təqdim edir (prixoda mənsub adamların ruhlarının qurtuluşu və qayğısı, cəmiyyətin üzvləri olmuş privilegiya sahibləri üçün başlıca və prioritet məqsəd sayılırdı).[6]

Qotika və İntibah dövrləri
 
 
 
Vyana şəhərinin Birinci türk mühasirəsi dövrünə aid edilən dairəvi əsərin aşağı hissəsindən olan böyüdülmüş fraqment. Taxta üzərinə çəkilmiş rəngli ksiloqrafiya. Əsərin ölçüləri 81,2 x 85,6 sm-dir (Vyana Muzeyi, İnv. Nr. 48.068)

Qotika dövrünə keçid bir qədər gecikmə ilə təxminən XIII əsrdə baş tutmuşdur. Qotika memarlığı və qotika stilistikasının gözə çarpan inkişafı 200 ildən az bir müddətə formalaşmış və yerli mədəniyyətin demək olar ki, bütün sahələrində aparıcı rol oynamışdır. Bu üslubun Vyanada çiçəklənməsi başlanğıcda Babenberq, 1282-ci ildən başlayaraq isə Habsburq sülaləsi tərəfindən hərtərəfli şəkildə dəstəklənirdi[7]. 1304–1340-cı illər ərzində kral I Albrextin (1255–1308) və onun oğulu hersoq II Albrextin (1298–1358) hökmranlıqları dövründə Vyana burjuaziyasının güclü təsiri altında üç apsida ilə qotika klirosunun tikintisinin başlanılmasına dair qərar qəbul edilmişdir. Vyana şəhərindən təxminən 25 km cənub-qərb istiqamətində yerləşən Vinervald meşəsi ərazisində yerləşən sistersian Müqəddəs Xaç abbatlığının qotik üslublu klirosunun analogiyası üzrə inşa edilmiş Albertin klirosu 23 aprel 1430-cu ildə Passau şəhərinin baş keşişi Albert tərəfindən müqəddəsləşdirilmişdir.

Bundan bir müddət sonra hersoq IV Rudolfun dövründə kilsə fligellərinin üzərində ikiyaruslu qərb və ya hersoq kapellaları inşa edilmişdir. Onun təşəbbüsü üzrə 1359-cu ildə qotika üslubunda kilsənin yenidən qurulmasına başlanılmışdır. Kafedralın tikintisi təxminən yüz il davam edirdi. 23 mart 1361-ci ildə isə, Kur şəhərinin baş yepiskopu Pyotrun göstərişinə əsasən, Müqəddəs Kolomanın əfsanəyə görə işgəncə verildiyi "Koloman daşı" (alm. Kolomanistein‎) kafedralın yepiskop portalına gətirilərək, onun divarına hördürülmüşdür. Koloman daşının üzərində bürünc hərflərlə tərif cümlələri yerləşdirilmişdir.[~ 4] Elə həmin ildən də cənub qülləsinin təməl daşı qoyularaq, kafedral neflərinin tikintisinə başlanılmışdır.[8] Həmçinin Vyana Universitetinin həmtəsisçisi olmuş IV Rudolf 1365-ci ildə Passaudan müstəqil şəkildə fəaliyyət göstərməsi nəzərdə tutulan Bütün Müqəddəslər kapitulunun əsasını qoyur; həmin dövrdən etibarən, onun iqamətgahı şərtsiz olaraq Vyana şəhəri olmalı idi. Bu cür cəsarətli addım, 1469-cu ildə qüdrətli Vyana yepiskopluğun təsis edilməsinə əhəmiyyətli rol oynamışdır.[9] Bundan başqa, kafedralın daxilində əhəmiyyətli relikviya kolleksiyasının və Müqəddəs Ştefana ithaf olunmuş sərdabənin yaradılması da Rudolfun quruculuq fəaliyyətinə aid edilir.[8]

Qotik kafedralın planlaşdırılmasının və layihələndirilməsinin kim tərəfindən icra edildiyi ilə bağlı məsələlər indiyə kimi dəqiq müəyyən edilməmişdir. Cənub qülləsinin ilkin inşaat ideyası çox güman ki, Vyananın ən məşhur memarlarından biri — Venzel Parler tərəfindən işlənilmiş və daha sonralar Peter fon Praxatitz tərəfindən modifikasiya olunmuşdur (ərsəyə gəlmiş və hündürlüyü 136 metrə bərabər olan yeni qüllə hələ bir neçə il Avropanın ən hündür tikilisi hesab edilirdi).[10]

 
Vyana şəhərinin ümumi mənzərəsi
Mərkəzdə qürurla Ştefan kafedralının şpili ucalır
Şedelin Dünya salnaməsindən olan fraqment
Səhifə 98v/99r

 
Georq Braun və Frans Hogenberq tərəfindən
tərtib edilmiş Civitates Orbis Terrarum miniatürü (1572)
Miniatür rəsm əsəri Veymar şəhərinin
Hersoginya Anna-Amaliya kitabxanasında saxlanılır.

Kafedralın müfəssəl planlaşdırmasına əhəmiyyətli təsiri, ehtimal ki, həmçinin usta Mixael də göstərmişdir; "hersoq memarlı" ləqəbi ilə tanınan Mixael 1395-ci ilə kimi Müqəddəs Ştefan kafedralına rəhbərlik edirdi. Onu bəzən avstriyalı memar Mixael Knab ilə eyniləşdirirlər (bu məlumat ilkin məlumatlarla təsdiqlənməmişdir). Bunlardan əlavə olaraq qeyd etməyə dəyər ki, məhz bu memara Vyanadakı Maria am Geştade (Sahildəki Müqəddəs Məryəm) kilsə nefinin planlaşdırılması tapşırılmış və yüksək çinlilər tərəfindən etibar edilmişdir.[11] 1433-cü ildə cənub qülləsinin inşaat işləri demək olar ki, başa çatmış və onun üst hissəsinə olduqca hündür şpil quraşdırılmışdır (memarlar Mixael Knab və Peter fon Praxatitz). Qüllənin baxış meydançasına 343 pillə aparır. İkinci yarusda, kafedralın ən qədim və diqqətə layiq həykəltəraşlıq nümunələrindən sayılan Müqəddəs Stefan heykəli quraşdırılmışdır. Bir vaxtlar o roman kilsəsinin fasadını bəzəyirdi. Uzununa doğru yerləşən neflərin divarlarını taclayan karnizlərin tikintisi 1440-cı ildə, kafedralın bütün kirəmitli damı isə ancaq 1474-cü ildə bitirilmişdir. O dövrlərdə Vyana və Praqa şəhərlərində fəaliyyət göstərmiş inşaatçı və bənna sexləri arasında qarşılıqlı və sərfəli əməkdaşlıq münasibətləri qurulurdu. Vyana o zamanlar dörd ən əhəmiyyətli sexdən birinin mərkəzi idi. 1417-ci ildən 1430-cu ilə qədər cənubi nefə yanaşıq sahədə alt sakristiya inşa edilmişdir. Uzanan nefin divarları erkən roman hörgüsünün üzərindən ucaldılmışdır və bu səbəbdən də kafedralın daxilində bütün dini tədbirlər maneəsiz şəkildə aparıla bilirdi. Qotik divarların tikintisi tam başa çatdırıldıqdan sonra kafedralın roman üslublu əsas nefi sökülmüşdür. Mismarların tətbiqi olmadan qara şam ağacı materialından istifadə olunmaqla 1440-cı ildə ucaldılmış çatı konstruksiyası qotika dülgər sənətinin təkraredilməz nümunəsinə çevrilmişdir. 1446-cı ildə ustad Hans Puxsbaumun (1390–1454) rəhbərliyi altında kafedral tağ-tavanının inşasına başlanılmışdır.

Müqəddəs Ştefan kafedralı hələ üç əsr müddəti içərisində adi xristian məbədi olaraq fəaliyyətini davam etdirirdi. 1469-cu ildə Vyanada yepiskopluq mərkəzinin təsis olunmasına nail olan imperator III Fridrix kafedralın əks tərəfində şimal qülləsinin inşa edilməsinə dair xüsusi fərman imzaladı (tikinti işləri memar Hans Puxsbaumun rəhbərliyi altında yerinə yetirilirdi).[12] Onun bilavasitə tikintisi 1467-ci ildə başlanmışdır. O vaxtın texnologiyası üzrə məhlulun hazırlanması üçün istifadə edilən əhəng yenicə hazırlanmış şərabla qarışdırılırdı və beləliklə alınan yeni məhlul quruduqdan sonra daha da möhkəmləşirdi. Şimal qülləsinin təməli qoyulduğu il hava şəraiti olduqca əlverişsiz olur və şərab oksidləşməyə məruz qalır və tikinti məhlulu korlanır. Bünövrənin çökməyə başladığını görən ustalar dərhal tikinti işlərini dayandırır və 17 il müddətində qülləyə toxunmurlar; onlar bünövrənin tam çökməsindən sonra təkrar inşaat işlərinə başlamağa öz razılığını verirlər. Məhz bu müdrik qərara görə 1459-cu ildə Regensburq şəhərində inşaatçılar və bənnalar arasında keçirilmiş sex məclisi zamanı, Vyana sexlər ittifaqı Avropanın cənub-şərq ərazisində hakim mövqe tutan başlıca mərkəz olaraq qəbul edilmişdir. XVI əsrin başlanğıcında qüllənin qurulması üzrə inşaat işləri tamamilə dayandırılmışdır; sonuncu hörgü işləri 1511-ci il tarixinə aid edilir. Əlverişsiz iqtisadi və sosial şərait, türklərlə baş vermiş müharibənin birinci fazası, eləcə də dinlərarası toqquşmalar və onun ardınca baş verən Reformasiya hərəkatları cənub qülləsinə identik olan böyük Orta əsr tikilisinin ucaldılması ideyalarına son qoydu.

1578-ci ildə Hans Safo (1578-ci ildə vəfat edib) renessans tərzində qüllənin təpəsini taclayan şpilin tikintisini tamamlayır.[13] Məsələn, 1480-ci ildə yaradılmış və orgelfus adı ilə tanınan kilsə kafedrası, Anton Pilqramanın müəllifi olduğu orqan dayağı (1513-cü ildə hazırlanmışdır), həmçinin bələdiyyə üzvləri üçün nəzərdə tutulmuş və nəfis ornamentlərlə bəzədilmiş skamya 1945-ci il bombardımanından sonra yanaraq məhv olmuşdular. Müharibə illərində möcüzəvi şəkildə qorunub saxlanılmış Vyananın məşhur sakinlərinin və Universitet alimlərinin çoxsaylı epitafiyaları günümüzə qədər böyük bədii dəyərə malikdirlər. İmperator II Ferdinand (1578–1637) kilsənin ən qüdrətli din mərkəzlərindən birinə çverilməsi istiqamətində Vyana baş keşişinin "arxiyepiskop-kurfürst" dərəcəsinə yüksəldilməsinə nail olmuşdur.

Barokko dövrü
Müqəddəs Ştefan kafedralı barokko dövründə: Vyana şəhərinin Osmanlı ordusu tərəfindən mühasirəsi və ondan sonrakı illər.
 
Donat Hübşmann. Osmanlı ordusunun məğlub olması şərəfinə kafedralın şpilindən aypara və ulduzun çıxardılaraq, nəhəng ikibaşlı qartal və xaç fiqurları ilə əvəz olunması mərasimi. Əsər Zalsburq şəhərinin Universitet kitabxanasında mühafizə olunur
 
Quş uçuşundan Ştefansplatz meydanına açılan mənzərə. Miniatür rəsm əsərinin müəllifi flamand rəssamı Yakob Höfnageldir (1609). Kafedraldan başqa meydanın sağ tərəfində daha bir dini tikilini, daha doğrusu; Maqdalena kapellasını və arxiyeparxiya xəzinəsinin saxlanılması üçün nəzərdə tutulan Hayltumştul binasını görmək olar. Miniatür əsər Vyana şəhərinin Tarix Muzeyində saxlanılır (İnv. Nr. 31043)

Yeni barokko dövrünün Avstriyada populyarlaşmasından dərhal sonra, kafedral kilsə iki mərhələdən ibarət olan yenidənqurma işlərinə məruz qalmışdır. Baş keşiş Broynerin dövründə, İohann Yakob Pok (1604–1651) və Tobias Pok (1609–1683) qardaşları 1647-ci ildə əsas altarın barokko üslubunda tikintisini bitirirlər.[14] Broynerin məhsuldar yaradıcılıq dövrünə bundan əlavə olaraq həmçinin Müqəddəs Stefan bayramının keçirilməsi üçün ibadət mərasimlərində istifadə olunan kafedralın qədim cübbəxanası da aid etmək olar.

Kilsənin əsas altarının tikintisi baş keşişin, uzununa doğru yerləşən nefin tikintisi isə Vyana vətəndaşlarının birgə maddi vəsaitləri hesabına həyata keçirilmişdir. 1677-ci ildən başlayaraq kafedralın barokko üslubunda yenidən qurma işləri başlanılmış və həmin dövr ərzində müxtəlif detallar hazırlanmışdır (məsələn, orqanlar, imperator ibadətgahları, altar və s.). Osmanlı İmperiyasının qoşunları tərəfindən 1683-cü ildə Vyana ikinci dəfə mühasirə olunarkən, kafedral kilsə güclü dağıntıya məruz qalmışdır, o, şəhərin ən hündür tikilisi olduğuna görə türklərin top nüvələri üçün əsas hədəf obyektinə çevrilmişdir: 1000-ə yaxın top nüvəsi hədəfə çataraq, binaya ciddi zərər vurmuşdur. Mühasirə zamanı düşmən gözündə şəhərdə kifayət qədər maddi ehtiyatın olması təəssüratını yaratmaq üçün, kafedralın damı rəngli parçalarla maskalanmışdır. 1683 tarixində baş verən bu mühasirə 2 ay davam etmiş, Dunay çayının şimalından gələn birgə xristian qüvvətləri səbəbi ilə Osmanlı ordusu iki od arasında qalaraq ağır itkilər vermiş və Belqrad istiqamətində geri çəkilmişdir.[15] Məğlubiyyətin günahkarı olaraq Belqradda edam edilən Mərzifonlu Qara Mustafa Paşanın yerinə isə sultan IV Mehmed tərəfindən verilmiş fərmana əsasən Qara İbrahim Paşa sədrəzəm vəzifəsinə təyin olunmuşdur.[~ 5][16] Müsəlmanlar üzərində qalibiyyətin əbədiləşdirilməsi üçün məğlub türk ordusundan müsadirə edilmiş bütün silahlar əridilərək, tökmə üsulu ilə "Pummerin" adlı kafedralın ən böyük zəngi hazırlanmışdır. Yeni zəng kafedralın cənub qülləsində quraşdırılmışdır.

Ştefan kafedralının kolleksiyası bu günə kimi 1683-cü ildə baş vermiş İkinci Vyana türk mühasirəsini xatırladan obyektlər ilə zəngindir. Cənub qülləsinin xarici divarında təhqiramiz yazı ilə diqqəti cəlb edən daş türk başı da uzun müddət həmin kolleksiyanın tərkib hissəsi hesab edilirdi. Yalnız XX əsrin ikinci yarısında kin və nifrətlə dolu olan məşhur "Bax, Mehmed, sən itsən, 1683" (alm. Schau, Mahumed, du Hund, 1683‎) yazısı şəhər bələdiyyəsinin göstərişinə uyğun olaraq divardan silinmişdir. Şəhərin osmanlı qoşunları tərəfindən işğal olunmağa cəhdlər ilə Ştefan kilsəsinin mübarizəsi arasında çoxlu sayda maraqlı əfsanə və səhih tarixi hadisələr bağlıdır. O, düşmən topları tərəfindən sınaqdan keçirilmişdi; o, müşahidə məntəqəsi kimi istifadə edilmiş (Ştarhemberqin oturacağı), onun zınqırovlarının zəngi şəhər sakinlərini yaxınlaşan təhlükələr haqqında xəbərdar etmiş, içəridə saxlanan ikonalar isə Tanrı anasının müdafiəsini xatırlatmışdır. Bundan başqa, kafedralın müxtəlif hissələrinə səpələnmiş top nüvələri hələ də o ağır mühasirə dövrünü insanlara xatırladır. Üzərində "1683" rəqəmli işarənin həkk olunduğu həmin nüvələrdən biri cənub qüllənin xarici divarında yerləşir və ziyarətçilərin xüsusi marağına səbəb olur.

XVII əsrin sonunda kafedral binasına təntənəli şəkildə Tanrı Anasının möcüzəli ikonaları daşınılmışdır: 1693-cü ildə "Mariya günəşin şüaları altında" və 1697-ci ildə xüsusilə hörmət edilən "Mariya Pöç" (yəni Pöç ikonası). Paytaxt Vyananın arxiyepiskopluq dərəcəsinə yüksəlməsi ilə əlaqədar olaraq, Müqəddəs Ştefan kafedralı arxiyepiskopluğun əsas katolik kilsəsinə çevrilmişdir.[17] Panomar İohann Vaxterin 1732-ci ildə etdiyi ifadəyə əsasən, söhbət burada kilsənin barokko dövründə olan liturgik həyatı haqqında gedirdi. Onun məlumatlarına görə, kilsədə bir il ərzində 150 ibadət və ən azı, bir təntənəli messa keçirilmiş, təsbehləri boyundan asan və ya bilərzik kimi qola taxan ruhanilərin təxminən 1 095 duası kafedral xorlarında səslənmiş və 129 000-dən çox dindar tövbəetmə mərasimində iştirak etmişdirlər. Həmin il kilsənin bilavasitə yaxınlığında olan qəbiristanlıq bağlanmışdır. 1755-ci ildə imperatriçə Mariya-Tereziya (1717–1780) əsas altarın aşağısında yerləşən və hersoq IV Rudolfun və Habsburq sülaləsinin başqa üzvlərinin dəfn olunduğu hersoq sərdabasinin genişləndirilməsini tapşırır. 1782-ci ildə isə, imperator II İosif kafedralın katakombalarında dəfn mərasimlərini keçirməyi qadağan edir. Elə həmin il Roma Papası VI Piy, imperator II İosifin dinlə əlaqədar keçirdiyi konservativ siyasətə təsir göstərmək məqsədilə Vyanaya işgüzar səfər təşkil etmiş və Pasxa bayramı münasibətilə Müqəddəs Ştefan kafedralında təntənəli messa keçirir. Roma Papası 46 il boyunca Vyana arxiyepiskopluğa başçılıq etmiş kardinal Miqazziyə özünün ən müqəddəs kilsə və ibadət geyimlərini vəsiyyət etmişdir (onlar hal-hazırda keşiş cübbəxanasında saxlanılırlar).

Kafedralın yaxınlığında yerləşən tikililər şəhər hakimiyyətinin göstərişi ilə tədricən demontaj edilirdi. 1699-cu ilin Reformasiya dövründə bir çox kilsə relikviyaları lazımi qədər qiymətləndirmədikləri üçün öz dəyərlərini itirmiş və buna görə də yaxınlıqdakı relikvarium xəzidarlığının binası sökülmüşdür. Vyanaya təntənəli şəkildə daxil olan imperator II Frans kafedralın qərb mənzərəsi maneəsiz şəkildə müşahidə etməyi arzulayırdı, bu səbəbdən də kafedralın şimal divarının qarşısında yerləşən xoristlərin, dyaçokların və mafə icarədarların binaları onun əmrinə əsasən yerlə yeksan edilmişdir.

XIX əsr

 
 
Müqəddəs Ştefan kafedralının ümumi görünüşü.
Litoqrafiya üzərindən akvarel işləməsi.
Rəsm əsərinin müəllifi Eduard Qurk (1830)

Napoleon Bonapart və Avstriya imperiyası arasında baş vermiş Beşinci Koalisiya müharibəsi zamanı Vyana şəhəri ciddi zərər çəkmiş, xüsusən də Ştefan kafedralı güclü dağıntıya məruz qalmışdır. 1809-cu ildə Vyanada yerləşən Şönbrunn sarayında Fransa ilə Avstriya arasında sülh müqaviləsi imzalanmışdır. Sülh müqaviləsinə görə, Habsburq monarxiyası Tirol və Forarlberq vilayətlərini itiriərək, bu ərazilərin Bavariyaya, onun İtaliya əraziləri isə İtaliya krallığına daxil olunmasına öz razılığını verməli idi. Vyana həmin illər tənəzüllə uğramış, şəhərin baş kafedral kilsəsi isə baxımsızlıqdan tədricən dağılmağa başlamışdır. Lakin XIX əsrdə qədim qotika üslubuna yaranmış poetik maraq səbəbindən kafedralın xarici divar işləmələrinə xüsusi diqqət ayrılmışdır. Memar Fridrix fon Şmidt (1825–1891) memarlıq üslubunun vahidliyinə tərəfdar çıxmaqla yanaşı, eyni zamanda kilsənin mövcud binasının maksimal şəkildə qorunub saxlanılmasına çalışırdı.[18] Bu zaman kafedralın interyeri neoqotik tərzdə yerinə yetirilmiş çoxsaylı detallar ilə zənginləşdirilmişdir.

1853-cü ildə kafedralın interyerində aparılan yenidənqurma işlərinin gedişatı zamanı uzununa doğru yerləşən nefin frontonu bitkin görkəm almış, 1838–1860-cı illər arasında həyata keçirilən təmir-bərpa işləri nəticəsində isə, cənub qülləsini taclayan köhnə şpil tamamilə sökülərək, daha yenisi ilə əvəz olunmuşdur. Kafedralın ilkin tutqun dam örtüyü, üzərində Avstriyanın imperiya qartalı və ziqzaqvari ornamentlər bəzədilmiş rəngarəng və əlvan kirəmitlər ilə döşənmişdir. Qartalın sinə qalxanında kayzer I Fransın adının birinci hərfini simvollaşdıran inisiallar həkk olunmuşdur. 1950-ci ildə damın əks tərəfində bəzək elementi qismində kaşılı kirəmit plitələrlə Avstriyanın federal qartalı və Vyananın rəsmi rəmzi vurulmuşdur (heraldika nöqteyi-nəzərindən federal qartalın başı səhv istiqamətə çevrilib).[19]

Aparılmış tətqiqat işləri zamanı, kafedralın ilkin şpilinin hələ Osmanlı savaşı dövründə top atəşinə tutulması səbəbindən ciddi şəkildə deformasiyaya uğradığı müəyyənləşdirilmişdir. Yaranmış problemin aradan qaldırılması məqsədilə, şpil sındırılmış və yaranmış boşluğa dəmir dirək yerləşdirilmişdir. Şpilin yeni dəmir əsası korroziyaya qarşı dözümsüz idi, buna görə paslı dəmir dirəyin partladılması zamanı bir neçə daş-bəzək elementi kiçik parçalara bölünmüşdür. 1850-ci ildə kafedralın baş memarı Leopold Ernst ondan öncəki ustaların səhvlərindən nəticə çıxardaraq, şpilin qurulması üçün tökmə daş lövbərlərdən və sement qarşığından istifadə etmişdir və beləliklə də, yeni qurulmuş şpil Orta əsr versiyasına tam şəkildə bənzədilmişdir.[20] Yenidənqurma işlərinin əvvəldən axıra kimi davam edən prosesi rəssam Rudolf fon Altın akvarel rəsmlərində detallı şəkildə təsvir olunmuşdur.

1859–1887-ci ilər arasında kafedralın pəncərələrini dini motivləri özündə ehtiva edən gözəl vitrajlarla bəzədilmişdir. 1945-ci ildə onlar tamamilə dağıdılmışdılar. 1900-cü ildə Orta əsr relikviyaları kapitul zalından qərb tikilisində yerləşdirilmiş ikiyaruslu Müqəddəs Valentin kapellasına daşınılmışdılar. Yeni əsrin başlanğıcında roman üslublu qərb fasadının və böyük portalın üzərində bərpa işlərinə start verilmişdir.

XX əsr və müasir dövr  
Şəhərin bombalanması zamanı
baş vermiş güclü yanğın,
kafedral damının tamamilə
məhv olmasına səbəb olmuşdur

Başlanğıcda türk ordusunun şəhəri mühasirəyə alması, daha sonra isə Napoleonun başçılığı altında olan qoşun dəstələrinin şəhəri işğal etməsi nəticəsində kafedrala dəymiş maddi və mənəvi zərərin miqyası, İkinci dünya müharibəsi illərində baş vermiş dağıntılar ilə müqayisə olunmaz dərəcədə idi — belə ki, şəhərin bombalanması zamanı kafedralın az qala tam yarısı məhv olmuşdur. Müharibənin son illərində kafedralın geri çəkilməkdə olan alman qüvvələri tərəfindən dağıdılmasının qarşısı alınmışdır. Belə ki, kapitan Gerhard Klinkixt şəhər komendantı Yozef Ditrix tərəfindən verilmiş "yüzlərcə mərmi atəşi ilə onu xarabalığa və kül yığıntısına çevirin" əmrinə əhəmiyyət verməyərək, kafedralın məhv olunmasının qarşısını almışdır.[21][22] 12 aprel 1945-ci ildə Sovet ordusunun şəhərə daxil olmasından sonra mülki qarətçilər kafedralın yaxınlığındakı mağazaları yandırırlar. İkinci dünya müharibəsinin başlanğıcında bütün qiymətli mədəni xəzinələr (böyük portal, kilsə kafedrası, imperator Fridrixin sərdabası) təcili surətdə təxliyə edilmiş və bununla da onlar 11-12 aprel 1945-ci ildə baş verən dəhşətli yanğından xilas olmuşdular.[23] Küçələrin darısqal olması, qonşu evlərdəki yanğının kafedralın damına keçməsinə və bir çox qiymətli əşyaların izsiz itirilməsinə səbəb olmuşdur — qotik çatı konstruksiyası, bələdiyyə üzvləri üçün nəzərdə tutulmuş qədim qotik nef skamyaları, türklərdən azad olmanın şərəfinə quraşdırılmış abidə, vitrajlar, Böyük Vimpassinq xaçı, Lettner xaçı (çarmıxa çəkilmiş İsanın başı və qolları salamat qalmışdır), imperator ibadətxanaları, xor və Böyük orqan, Pummerin də daxil olmaqla zənglərin əksəriyyəti həmin yanğın hadisəsinin qurbanı olmuşdular.

Kafedral binası təqribən 45% dağılmışdır. Kadinal-arxiyepiskop Dr. Teodor İnnitserin və memar Karl Qoleyin birgə səyləri, həmçinin Vyana sakinlərinin, Avstriya federativ torpaqlarının və çoxsaylı xarici sponsorların maddi köməyi sayəsində kafedral yenidən bərpa olmuşdur. 19 dekabr 1948-ci ildə yenidən bərpa edilmiş kafedralda birinci liturgiya mərasimi həyata keçirilmişdir. Binanın təntənəli açılış mərasimi 26 aprel 1952-ci ildə kardinal İnnisterin başçılığı altında baş tutmuşdur. Köhnə zəngin qırıntılarından tökmə üsulu ilə hazırlanmış yeni "Pummerin" isə həmin gün Vyanaya təntənəli surətdə çatdırılmışdır. Yeni "Pummerin" kilsənin şimal qülləsində quraşdırılmışdır. Kilsənin yeraltı qalereyalarında Vyana baş keşişlərinin basdırılması üçün 1953-cü ildə özəl yepiskop sərdabası inşa edilmişdir. 1956-cı ildə kanoniklərin Hersoq sərdabəsının bərpa işləri həyata keçirilmişdir. Kafedrala hissə ilə gətirilmiş və artıq binanın daxilində yığılmış orqan 1960-cı ildə kardinal Kölnlü Frinqz tərəfindən müqəddəsləşdirilmişdir. 1972-ci ildə Tirolda istehsal edilmiş yeni vitrajlar qərb fasadındakı pəncərələrə vurulmuşdur. 1983 və 1988-ci ildə düzənlənən təntənəli səfər çərçivəsində kafedralı Roma Papası II İoann Pavel ziyarət etmişdir. İkinci Vatikan kilsə məclisinin üzvləri tərəfindən 1989-cu ildə imzalanmış yeni kilsə tələblərinə uyğun olaraq, kafedralın altarı yenidən qurulmuşdur və tikinti işlərinin tamamlanmasından sonra yeni "xalq altarının" həsretmə mərasimi keçirildi. 1991-ci ildə Albertin xorlarının təqdis olunma günündən 650 illik yubiley münasibətilə kafedrala yeni və daha möhtəşəm orqan hədiyyə olunmuşdur (orqan Apostol xorlarında quraşdırılmışdır).

1997-ci ildə uzun müddətli bərpa işlərindən sonra erkən roman üslublu Müqəddəs Ştefan kilsəsinin həsr edilməsi günündən 850-ci ildönümünə uyğunlaşdırılmış Böyük portalın açılışı baş tutdu. Bu zaman qərb emporiyaları sərgilərin keçirilməsi üçün başqa şəklə salınmışdılar.

2015-ci ildə Almaniyanın məşhur Phoenix Contact şirkəti cənub qülləsinə düşən ildırımların analizini və qeydiyyatını aparmaq məqsədilə LM-S ildırım cərəyanlarının nəzarət sistemini quraşdırmağa qərar verir.[24][25] LM-S sisteminin analizatoru 70 m hündürlükdə olan otaqda, ən müasir texnologiyalar ilə təchiz edilmiş tənzimçi isə daha yuxarıdakı xüsusi ildırım sipərlərində quraşdırılmışdır.[24]


Sitat səhvi: <ref> tags exist for a group named "~", but no corresponding <references group="~"/> tag was found

Michaela Kronberger 2005, Siedlungschronologische Forschungen zu den canabae legionis von Vindobona, Die Gräberfelder, Monografien der Stadtarchäologie Wien, I. Gerhard Hertenberger. Funde in Wiens Untergrund. In den vergangenen Jahren wurden spektakuläre Reste des mittelalterlichen Wien entdeckt, etwa Teile des Palasts der Babenberger, ein Turm der mittelalterlichen Stadtmauer und Mauern von Vorgängerbauten des Stephansdoms. Wiener Zeitung (Samstag, 9. Oktober 2010). 2014-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-16. Johann Josef Böker. Der Wiener Stephansdom. Architektur als Sinnbild für das Haus Österreich. Salzburg; Wien; München, Pustet. 2007. ISBN ISBN 978-3-7025-0566-0. "of Saints", John J. Crawley & Co., Inc". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-16. Alfred Missong: "Heiliges Wien" S. 22; Wiener Dom-Verlag 3. Auflage 1970 Maria Craciun (Author), Elaine, Dr Fulton (Editor), Maria, Dr Craciun (Editor). Communities of Devotion: Religious Orders and Society in East Central Europe, 1450-1800 (Catholic Christendom, 1300-1700. July 28, 2013. səh. 100/303. ISBN 0754663124. August 1, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 17, 2016. ([[:Category:|link]])[[Category:]] Hielscher K., Gube R. Österreich. Landschaft und Baukunst. Berlin, 1928. ↑ 1 2 Alfred Missong, op. cit. S. 22 Alfred Wendehorst / Stefan Benz (Hrsg.): Verzeichnis der Säkularkanonikerstifte der Reichskirche. 1997, ISBN 3-7686-9146-2, S. 192. "Der Dombau von St. Stephan". 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-19. Dehio Wien I, S. 174 Низовский А.Ю. Величайшие храмы мира: Энциклопедический справочник. М.: Вече. 2006. 576.[ölü keçid] (rus.) Franz Loidl, Martin Krexner. 'Wiens Bischöfe und Erzbischöfe. Wien 1983. ISBN ISBN 3-85268-080-8. Die Geschichte des Stephansdoms Arxivləşdirilib 2014-12-25 at the Wayback Machine. Офіційний сайт (alm.) Zygmunt Abrahamowicz: Kara Mustafa Pascha. in: Historisches Museum der Stadt Wien, Robert Waissenberger (Herausgeber): Die Türken vor Wien. Europa und die Entscheidung an der Donau 1683. Residenz Verlag, Salzburg-Wien 1982, ISBN 3-7017-0312-4, S. 241–250. Silihdar Fındıklılı Mehmed Ağa: Geschichte des Silihdars. in Silihdar Tarihi. Istanbul 1928, 2 Bände, in: Richard Franz Kreutel: Kara Mustafa vor Wien. Das türkische Tagebuch der Belagerung Wiens 1683, verfasst vom Zeremonienmeister der Hohen Pforte. aus der Reihe Osmanische Schriftsteller. Verlag Styria, Graz-Wien-Köln 1955, Erste Auflage, S. 135–169. "Stephansdom". 'Österreich-Lexikon. 21 January 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 November 2007. (...) History of Construction: First (?) construction 1137, consecrated 1147, completed as parish church (in possession of the bishopric of Passau) in 1160 (lower floors of the eastern "Heidentürme" and lower parts of the wall divisions are still extant). The various princes subsequently tried to found an independent diocese at St. Stephen's. Vienna was finally granted the status of a diocese in 1469 and St. Stephen's became a cathedral; metropolitan church of the archdiocese since 1723. (...) (#apostrophe_markup) ORF-Dokumentation Die Dombauhütte zu St. Stephan. Ottfried Neubecker: Wappen. Ihr Ursprung, Sinn und Wert. ISBN 3-8105-1306-7. Alois Kieslinger: Die Steine von St. Stephan. Herold, Wien 1949, S. 372–374. Diem, Peter. "Der Stephansdom und seine politische Symbolik" (German). Austria Forum. 9 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2014. Unser Stephansdom — Förderer des Stephansdomes Arxivləşdirilib 2020-01-20 at the Wayback Machine (abgerufen 5. September 2014). Собор святого Стефана і Друга світова війна Arxivləşdirilib 2015-02-04 at the Wayback Machine. Офіційний сайт (alm.) ↑ 1 2 "Охота на молнию: система мониторинга молний от Phoenix Contact на соборе Св.Стефана в Вене". Компания СЭА. 26 січня 2015. 2015-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-22. (rus.) "Система измерения тока молний в соборе Святого Стефана в Вене от Phoenix Contact". Журнал "Украина Электро". 30 січня 2015. 2015-02-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-22. (rus.)
Photographies by:
投稿者本人 - CC BY 3.0
Statistics: Position
1084
Statistics: Rank
108226

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
489763125Click/tap this sequence: 9116

Google street view

Where can you sleep near Müqəddəs Ştefan kafedralı ?

Booking.com
489.950 visits in total, 9.198 Points of interest, 404 Destinations, 9 visits today.