Mazar-e-Kayd

Mazar-e-Kayd (ing. Jinnah Mausoleum; urdu مزار قائد) — Cinnay mavzoleyi və ya Milli mavzoley kimi tanınan Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın , eləcə də bacısı Fatimə Cinnahın və Pakistanın birinci baş naziri Ləyaqət Əli Xanın dəfn olunduğu yer. Mavzoley Kəraçinin ətrafındakı Camşed məhəlləsində yerləşir. Mavzoleyin tikintisi 1960-cı illərdə tamamlanıb və bütün dünyada Kəraçinin simvolu kimi tanınır. Mazar-e-Kaydın ictimaiyyətə rəsmi açılış mərasimi isə 1971-ci il yanvarın 15-də keçirilib. Bu yer Kəraçiyə gələn xarici turistlər arasında ən populyar turizm istiqamətlərindən biridir.

Mavzoleyin yeri ən böyük qlobal meqapolislərdən birinin ürəyində nəzərdə tutulmuş əhəmiyyətli dərəcədə sakit və rahat yerlərdən biridir. İşıqlarla bəzədilmiş türbə gecə vaxtı bir neçə mil uzaqdan görünür. 23 mart Pakistan günü, 14 avqust Müstəqillik günü , 11 sentyabr Cinnahın vəfatının ildönümü günü və 2...Read more

Mazar-e-Kayd (ing. Jinnah Mausoleum; urdu مزار قائد) — Cinnay mavzoleyi və ya Milli mavzoley kimi tanınan Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın , eləcə də bacısı Fatimə Cinnahın və Pakistanın birinci baş naziri Ləyaqət Əli Xanın dəfn olunduğu yer. Mavzoley Kəraçinin ətrafındakı Camşed məhəlləsində yerləşir. Mavzoleyin tikintisi 1960-cı illərdə tamamlanıb və bütün dünyada Kəraçinin simvolu kimi tanınır. Mazar-e-Kaydın ictimaiyyətə rəsmi açılış mərasimi isə 1971-ci il yanvarın 15-də keçirilib. Bu yer Kəraçiyə gələn xarici turistlər arasında ən populyar turizm istiqamətlərindən biridir.

Mavzoleyin yeri ən böyük qlobal meqapolislərdən birinin ürəyində nəzərdə tutulmuş əhəmiyyətli dərəcədə sakit və rahat yerlərdən biridir. İşıqlarla bəzədilmiş türbə gecə vaxtı bir neçə mil uzaqdan görünür. 23 mart Pakistan günü, 14 avqust Müstəqillik günü , 11 sentyabr Cinnahın vəfatının ildönümü günü və 25 dekabr Cinnahın doğum günü kimi rəsmi və hərbi mərasimlər burada xüsusi hallarda həyata keçirilir. Xarici ölkələrdən olan yüksək vəzifəli şəxslər və məmurlar da rəsmi səfərləri zamanı məqbərəni ziyarət edirlər.

Photographies by:
Statistics: Position
5129
Statistics: Rank
70449

Add new comment

CAPTCHA
Security
734958216Click/tap this sequence: 5757
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Videos

Where can you sleep near Mazar-e-Kayd ?

Booking.com

What can you do near Mazar-e-Kayd ?

8.716.869 visits in total, 407.503 Points of interest, 405 Destinations, 3.007 visits today.