Parque nacional del Manu
( Manu Milli Parkı )Manu Milli Parkı (isp. Parque nacional del Manu) — Perunun Madre de Dios və Paukartambo departamentlərində yerləşən milli park və biosfer qoruğu. 1973-cü ildə bu ərazilər milli park elan edilmişdir. 1977-ci ildə bu milli park biosfer qoruğu, 1987-ci ildə Ümumdünya irsi statusu almışdır. Perunun ən böyük milli parkıdır, sahəsi 15.328 km2-dir. Biosfer qoruğu statusu almış 2.570 km2 sahəni və Mədəni Zona statusu almış 914 km2 sahə də nəzərə aldıqda sahəsi 18.811 km2-dir.
Milli park 150–4200 metr hündürlüyündə olan ərazilərdə yerləşən Amazon meşələrini və Peru yunqalarını əhatə edir. Biomüxtəliflilik həddən artıq zəngindir. Manu Milli Parkında ümumilikdə 20.000 bitki növü qeydə alınmışdır, sadə 1 hektar ərazidə 250 növ ağac tapılmışdır. Buraya bütün dünyadan quş müşahidəçiləri gəlməkdədir. İndiyə qədər burada 1000-dən çox quş növü müşahidə olunmuşdur. Bu isə bütün ABŞ və Kanada ərazisində tapılan quş...Read more
Manu Milli Parkı (isp. Parque nacional del Manu) — Perunun Madre de Dios və Paukartambo departamentlərində yerləşən milli park və biosfer qoruğu. 1973-cü ildə bu ərazilər milli park elan edilmişdir. 1977-ci ildə bu milli park biosfer qoruğu, 1987-ci ildə Ümumdünya irsi statusu almışdır. Perunun ən böyük milli parkıdır, sahəsi 15.328 km2-dir. Biosfer qoruğu statusu almış 2.570 km2 sahəni və Mədəni Zona statusu almış 914 km2 sahə də nəzərə aldıqda sahəsi 18.811 km2-dir.
Milli park 150–4200 metr hündürlüyündə olan ərazilərdə yerləşən Amazon meşələrini və Peru yunqalarını əhatə edir. Biomüxtəliflilik həddən artıq zəngindir. Manu Milli Parkında ümumilikdə 20.000 bitki növü qeydə alınmışdır, sadə 1 hektar ərazidə 250 növ ağac tapılmışdır. Buraya bütün dünyadan quş müşahidəçiləri gəlməkdədir. İndiyə qədər burada 1000-dən çox quş növü müşahidə olunmuşdur. Bu isə bütün ABŞ və Kanada ərazisində tapılan quş növlərinin sayından çoxdur.
Add new comment