Маньпупунёр

( Manpupunyor )

Manpupunyor və ya Küləklə sovrulmuş dirəklər — Rusiya Federasiyası, Komi Respublikası Troysko-Peçorski rayonu ərazisində yerləşən geoloji abidə. Təbiət abidəsi Peçoro-İliçski qoruğunda Man-Pupu-nyor dağının zirvəsində (Mansi dilində — "Bütlərin kiçik dağı"), İlıç və Peçora çayları arasında yerləşir. İkinci adı olan "Bolvano-iz" Komi dilində "Bütlər dağı" mənasını verir. Manpupunyor 7 qayadan ibarət olan bir bir kompleksdir. Hansı ki, hündürlükləri 30 – 42 m arasında dəyişir. Bir çox əfsanələr Manpupunyor ilə əlaqələndirilir. O, mansilərin bir dini mədəniyyət obyektidir.

Küləklə sovrulmuş dirəklər Rusiyanın yeddi möcüzəsi siyahısına daxil edilmişdir.

200 milyon il öncə daş dirəklərin yerində hündür dağlar vardı. Yağış, qar, külək, şaxta və isti tədricən dağları aşındırmışdır. İlk aşınan materiallar ilk növbədə zəif materiallar olmuşdur. Bərk serikit-kvartzit şistlər günümüzə qədər gəlmiş, az aşınmış və mövcudluğunu qoruyub saxlaya bilmişdir. Yumşaq süxurla...Read more

Manpupunyor və ya Küləklə sovrulmuş dirəklər — Rusiya Federasiyası, Komi Respublikası Troysko-Peçorski rayonu ərazisində yerləşən geoloji abidə. Təbiət abidəsi Peçoro-İliçski qoruğunda Man-Pupu-nyor dağının zirvəsində (Mansi dilində — "Bütlərin kiçik dağı"), İlıç və Peçora çayları arasında yerləşir. İkinci adı olan "Bolvano-iz" Komi dilində "Bütlər dağı" mənasını verir. Manpupunyor 7 qayadan ibarət olan bir bir kompleksdir. Hansı ki, hündürlükləri 30 – 42 m arasında dəyişir. Bir çox əfsanələr Manpupunyor ilə əlaqələndirilir. O, mansilərin bir dini mədəniyyət obyektidir.

Küləklə sovrulmuş dirəklər Rusiyanın yeddi möcüzəsi siyahısına daxil edilmişdir.

200 milyon il öncə daş dirəklərin yerində hündür dağlar vardı. Yağış, qar, külək, şaxta və isti tədricən dağları aşındırmışdır. İlk aşınan materiallar ilk növbədə zəif materiallar olmuşdur. Bərk serikit-kvartzit şistlər günümüzə qədər gəlmiş, az aşınmış və mövcudluğunu qoruyub saxlaya bilmişdir. Yumşaq süxurlar su və küləklə aşınaraq məhv olmuşdur.

Sütunlardan biri 34 metr yüksəklikdədir. Bu dirək digərlərindən uzaqda yerləşir və kənardan baxdıqda tərs qoyulmuş su şüşəsini xatırladır. Yerdə qalan altı daş sütun isə sıldırımın sonucunda yerləşir. Sütunların qəribə təsvirləri vardır və baxış yerindən asılı olaraq bir şəxsin və ya at, qoyun başına bənzəyir. Keçmişdə mansilər möhtəşəm daş heykəllərə ibadət etdirdilər. Ancaq Manpupunyora qalxmaq ən böyük günah hesab edilirdi..

Sütunlar Peçora-İlıçski qoruğu ərazisində yerləşən məskunlaşma yerlərindən çox uzaqdır. Dirəklərə gedib çıxmaq yalnız hazırlıq görmüş turistlərə nəsib olur. Sütunlara getmək üçün qoruq administrasiyasından icazə almaq lazımdır. Belə ki, qoruğa icazəsiz giriş qanunla qadağandır. Sverdlovsk vilayəti və Perm diyarı istiqamətdən piyada, Komi Respublikası istiqamətdən isə qarışıq maşrut üzrə hərəkət etmək mümkündür.

Photographies by:
Statistics: Position
3583
Statistics: Rank
32672

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
274619853Click/tap this sequence: 1631

Google street view

Where can you sleep near Manpupunyor ?

Booking.com
489.190 visits in total, 9.196 Points of interest, 404 Destinations, 16 visits today.