Ленские столбы

( Lena dirəkləri )

Lena dirəkləri (rus. Ле́нские столбы́, Lenskiye Stolby; saxa Өлүөнэ туруук хайалара, Ölüöne Turuuk Xayalara) — Rusiyadakı Saxa Respublikası (Yakutiya)nın Xanqalas ulusu ərazisində, Lena (yakutca Ölüöne) çayı sahilində yerləşən əsrarəngiz təbiət abidəsi. Pokrovsk şəhərindən 104 km aralıda qərarlaşır. Hündür qayalıqdan ibarət olan Lena çayı boyunca kilometrlərlə uzanır. Dərə boyunca Prilenski platosu yerləşir. Ən hündür qayalı dirəklər əsasən Petrovski və Tit-Arı kəndləri arasında yerləşir.

Qayalı dirəklər çayın səthindən hündürlüyü 220 metr təşkil edir. Qayalar Kebri dövrünün əhəng daşı suxurlarından ibarətdir. Tektonik xüsusiyyətlər baxımından Lena dirəklər Sibir platforması daxilində yerləşir. Dirəklər əhəng tərkibli dağ suxurları kimi erkən Kembri dövründa 560–540 milyon il öncə meydana gəlməyə başlayır. Dirəklərin tam formalaşması isə 400milyon il öncəyə aid edilir. Sibir ərazisi daim qalxır. Bunun ...Read more

Lena dirəkləri (rus. Ле́нские столбы́, Lenskiye Stolby; saxa Өлүөнэ туруук хайалара, Ölüöne Turuuk Xayalara) — Rusiyadakı Saxa Respublikası (Yakutiya)nın Xanqalas ulusu ərazisində, Lena (yakutca Ölüöne) çayı sahilində yerləşən əsrarəngiz təbiət abidəsi. Pokrovsk şəhərindən 104 km aralıda qərarlaşır. Hündür qayalıqdan ibarət olan Lena çayı boyunca kilometrlərlə uzanır. Dərə boyunca Prilenski platosu yerləşir. Ən hündür qayalı dirəklər əsasən Petrovski və Tit-Arı kəndləri arasında yerləşir.

Qayalı dirəklər çayın səthindən hündürlüyü 220 metr təşkil edir. Qayalar Kebri dövrünün əhəng daşı suxurlarından ibarətdir. Tektonik xüsusiyyətlər baxımından Lena dirəklər Sibir platforması daxilində yerləşir. Dirəklər əhəng tərkibli dağ suxurları kimi erkən Kembri dövründa 560–540 milyon il öncə meydana gəlməyə başlayır. Dirəklərin tam formalaşması isə 400milyon il öncəyə aid edilir. Sibir ərazisi daim qalxır. Bunun nəticəsi olaraq isə çayın axdığı ərazi ilə qayalıqlar arasında uçurum əmələ gəlmişdir. Bu isə öz növbəsində karst məşəlli suxurların aktivləşməsinə səbəb olmuşdur.

Dekabrist Aleksandr Aleksandroviç Besttujev-Marlinski dirəkləri gördükdən sonra isə bu sözləri demişdir:

"Bu əsrarəngiz yaradılış qarşısında necədə müqəddəs sakitlik, ürək axır".

Photographies by:
VasilyevaED - CC BY-SA 4.0
Dima myreev - CC BY-SA 4.0
Statistics: Position
66
Statistics: Rank
685119

Add new comment

CAPTCHA
Security
975413628Click/tap this sequence: 6817
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Lena dirəkləri ?

Booking.com
491.587 visits in total, 9.211 Points of interest, 405 Destinations, 59 visits today.