Kuršių nerija

( Kurş dili )

Kurş dili (lit. Kuršių nerija, alm. Kurische Nehrung‎) — uzun və ensiz quru parçası, dil Kurş körfəzini Baltik dənizindən ayırır. Dik Kalininqrad vilayəti Zelenoqrand şəhərindən Litvanın Klaypeda şəhərinə qədər uzanır.

Dilin adı vaxtı ilə Prussiyadan bura gəlmiş almanlardan öncə burada yaşayan Kurşi xalqının şərəfinə adlandırılmışdır.

Dilin uzunluğu 98 km, eni isə 300 metrdən 3,8 km arasında dəyişir.

2000-ci ildə Kurş dili YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Kurş unikal təbiət-antropogen lanşaft formasıdır. Ümumilikdə Baltik dənizində yerləşən Xel və Baltik dili ilə birlikdə bu dillərin dünyada analoqu yoxdur.

Bioloji rəngarəngliyi açıq şəkildə müşahidə etmək olur. Burada səhralara xas olan dyunlardan tutmuş, tundra zonasına xas olan bataqlıqlara belə rast gəlmək olur. Burada olan dyunların eni 0,3–1 km km arasında dəyişir. Üstəlik dünyada sahilə yaxın ərazidə ən hündür dyu...Read more

Kurş dili (lit. Kuršių nerija, alm. Kurische Nehrung‎) — uzun və ensiz quru parçası, dil Kurş körfəzini Baltik dənizindən ayırır. Dik Kalininqrad vilayəti Zelenoqrand şəhərindən Litvanın Klaypeda şəhərinə qədər uzanır.

Dilin adı vaxtı ilə Prussiyadan bura gəlmiş almanlardan öncə burada yaşayan Kurşi xalqının şərəfinə adlandırılmışdır.

Dilin uzunluğu 98 km, eni isə 300 metrdən 3,8 km arasında dəyişir.

2000-ci ildə Kurş dili YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Kurş unikal təbiət-antropogen lanşaft formasıdır. Ümumilikdə Baltik dənizində yerləşən Xel və Baltik dili ilə birlikdə bu dillərin dünyada analoqu yoxdur.

Bioloji rəngarəngliyi açıq şəkildə müşahidə etmək olur. Burada səhralara xas olan dyunlardan tutmuş, tundra zonasına xas olan bataqlıqlara belə rast gəlmək olur. Burada olan dyunların eni 0,3–1 km km arasında dəyişir. Üstəlik dünyada sahilə yaxın ərazidə ən hündür dyun məhs burada yerləşir. Onun hündürlüyü 67,2 metrdir (Vetsekuqs). İl ərzində yaz və payız ayları bura 10–20 min quş pənah gətirir.

Dil əsasən qumdan təşkil olunmuşdur. Üzəri bir necə sm olan ot bitkisi ilə örtülüdür.

İqlimi mülayimdir. Bu səbəbdən burada insanlar maydan noyabra qədər istirahət edirlər.

Dilin Klaypeda şəhəri yaxınlığında boğaz yerləşir. Bu boğa vastəsi ilə Kurş körfəzi ilə Baltik dənizi birləşir. Burada bərələr fəaliyyət göstərir. Rusiyaya məxsus ərazidə Kurş dili Milli Parkı yerləşir

X—XI əsrlər Kurş dilində vikinqlərə məxsus yaşayış məntəqəsi olmuşdur. Bu yaşayış məntəqəsi indiki Rıbaçiy qəsəbəsi yaxınlığında yerləşirdi. İlk dəfə vikinqlərin izləri alman arxeoloqu tərəfindən 1893-cü ildə aşkarlanmışdır. Ancaq 2008-ci ildə Kalininqrad arxeoloqlarının sayəsində bu fakt təstiqlənmişdir[1]. Burada çoxlu sayda əşyalar aşkarlanmışdır.

XIII əsrdə Kurş dili Tevton ordeninin tərkibinə keçmişdir. Bu ərazi şimal və cənub torpaqları arasında ən qısa yol olmuşdur. Güçlü küləklərin sayəsində hündür dyunlar əmələgəlmə prosesi daim davam etmişdir. Prussiyalılar dili küləklərdən qorumaq məqsədi Ağcaqayın ağacları əkilmişdir.

"# Albert Adılov. Korallenberq dyunu sirr gizlədir // «Kalininqradskaya pravda», 12 avqust 2008". 2012-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-02.
Photographies by:
A.Savin - FAL
Zones
Statistics: Position
645
Statistics: Rank
155617

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
367589124Click/tap this sequence: 2291

Google street view

Where can you sleep near Kurş dili ?

Booking.com
487.343 visits in total, 9.186 Points of interest, 404 Destinations, 28 visits today.