कोणार्क सूर्य मंदिर

( Konarakda Günəş Məbədi )

Konarakda Günəş Məbədi "Qara Paqoda" kimi tanınan Konarkdakı günəş tanrısı Suryanın məbədi (ing. Konark Sun Temple, hind कोणार्क सूर्य मंदिर, oriya ସୂର୍ଯ୍ୟ ମନ୍ଦିର, କୋଣାର୍କ) Benqal körfəzi sahilindən çox da uzaq olmayan Hindistanın Orissa əyalətinin Konarak şəhərində XIII əsrə aid abidədir. Məbəd eramızın 1250-ci illərində Şərqi Qanqa sülaləsindən olan kral I Narasimhadevaya aid edilir. Yeddi əsr ərzində dəniz çəkilmiş və məbəd sahildən təxminən üç kilometr uzaqlıqda qalmışdır. 1984-cü ildə məbəd YUNESKO-nun Ümumdünya irs siyahısına 246 nömrə altında daxil edilmişdir.

Bina 75 m hündürlükdə idi və 2000 tondan artıq çəkisi olan dəqiqliklə işlənmiş daş plitə ilə örtülmüşdür. Məbədin ansamblı üç hissədən - vaxtilə məbəd rəqqaslarının ritual rəqsləri ifa etdiyi rəqs pavilyonundan, ibadət zalı - caqamohana və hazırda dağılmış ziyarətgahdan - deuladan ibarətdir. Məbədin qarşısında daş fiqurlar - yeddi ...Read more

Konarakda Günəş Məbədi "Qara Paqoda" kimi tanınan Konarkdakı günəş tanrısı Suryanın məbədi (ing. Konark Sun Temple, hind कोणार्क सूर्य मंदिर, oriya ସୂର୍ଯ୍ୟ ମନ୍ଦିର, କୋଣାର୍କ) Benqal körfəzi sahilindən çox da uzaq olmayan Hindistanın Orissa əyalətinin Konarak şəhərində XIII əsrə aid abidədir. Məbəd eramızın 1250-ci illərində Şərqi Qanqa sülaləsindən olan kral I Narasimhadevaya aid edilir. Yeddi əsr ərzində dəniz çəkilmiş və məbəd sahildən təxminən üç kilometr uzaqlıqda qalmışdır. 1984-cü ildə məbəd YUNESKO-nun Ümumdünya irs siyahısına 246 nömrə altında daxil edilmişdir.

Bina 75 m hündürlükdə idi və 2000 tondan artıq çəkisi olan dəqiqliklə işlənmiş daş plitə ilə örtülmüşdür. Məbədin ansamblı üç hissədən - vaxtilə məbəd rəqqaslarının ritual rəqsləri ifa etdiyi rəqs pavilyonundan, ibadət zalı - caqamohana və hazırda dağılmış ziyarətgahdan - deuladan ibarətdir. Məbədin qarşısında daş fiqurlar - yeddi at və on iki təkərli bir araba var. Məbəddə əsasən sevgi və erotik mövzularda çoxlu təsvirlər və heykəllər var. Məbədin bir çox strukturları qismən dağıdılmışdır.

Surya məbədinin bir müddət tərk edilməsinə baxmayaraq, ora ziyarətlər davam edib və etməkdədir. Maqh ayının parlaq yarısının yeddinci gününün (yanvarın sonu - fevralın əvvəlinə uyğundur) açılmasını qarşılamaq üçün insanlar buraya axın edirlər. Bu gün, qədim ənənəyə görə, Paramasura bayramı - Ali Surya bayramı qeyd edildi.

Photographies by:
http://en.wikipedia.org/wiki/User_talk:Vinayreddym - Public domain
Subhrajyoti07 - CC BY-SA 4.0
Statistics: Position
260
Statistics: Rank
266772

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
295743861Click/tap this sequence: 4581

Google street view

Where can you sleep near Konarakda Günəş Məbədi ?

Booking.com
489.881 visits in total, 9.197 Points of interest, 404 Destinations, 46 visits today.