طريق الموت

( Highway of Death )

Ölüm Yolu (ərəb: طريق الموت ṭarīq al-mawt) Küveyt və İraq arasında rəsmi olaraq Magistral 80 kimi tanınan altı zolaqlı avtomobil yolu. Küveyt şəhərindən İraqın sərhədyanı Safvan şəhərinə, oradan isə İraqın Bəsrə şəhərinə qədər uzanır. Bu yoldan İraq zirehli diviziyaları 1990-cı ildə Küveyti işğal etmək üçün istifadə ediblər. O, Körfəz Müharibəsindən sonra təmir edilib və 2003-cü ildə İraqa müdaxilənin ilkin mərhələlərində ABŞ və Britaniya qüvvələri tərəfindən istifadə edilib.

Fars körfəzi müharibəsində Amerikanın rəhbərlik etdiyi koalisiyanın hücumu zamanı Amerika, Kanada, Britaniya və Fransa aviasiyası və quru qüvvələri 1991-ci il fevralın 26-dan 27-nə keçən gecə Küveyti tərk etməyə cəhd edən geri çəkilən İraq hərbi qulluqçularına hücum etdi, nəticədə yüzlərlə avtomobil məhv edildi və onların içərisində olanların çoxu həlak oldu. Əl-Cəhranın şimalındakı 80 nömrəli magistral yolda 1400-dən 200...Read more

Ölüm Yolu (ərəb: طريق الموت ṭarīq al-mawt) Küveyt və İraq arasında rəsmi olaraq Magistral 80 kimi tanınan altı zolaqlı avtomobil yolu. Küveyt şəhərindən İraqın sərhədyanı Safvan şəhərinə, oradan isə İraqın Bəsrə şəhərinə qədər uzanır. Bu yoldan İraq zirehli diviziyaları 1990-cı ildə Küveyti işğal etmək üçün istifadə ediblər. O, Körfəz Müharibəsindən sonra təmir edilib və 2003-cü ildə İraqa müdaxilənin ilkin mərhələlərində ABŞ və Britaniya qüvvələri tərəfindən istifadə edilib.

Fars körfəzi müharibəsində Amerikanın rəhbərlik etdiyi koalisiyanın hücumu zamanı Amerika, Kanada, Britaniya və Fransa aviasiyası və quru qüvvələri 1991-ci il fevralın 26-dan 27-nə keçən gecə Küveyti tərk etməyə cəhd edən geri çəkilən İraq hərbi qulluqçularına hücum etdi, nəticədə yüzlərlə avtomobil məhv edildi və onların içərisində olanların çoxu həlak oldu. Əl-Cəhranın şimalındakı 80 nömrəli magistral yolda 1400-dən 2000-dək avtomobil vurulub və ya tərk edilib.

Yoldakı dağıntı səhnələri müharibənin ən tanınan görüntülərindən biridir və onların prezident Corc H.V.Buşun ertəsi gün hərbi əməliyyatların dayandırıldığını elan etmək qərarında amil olduğu irəli sürülür. . Bir çox İraq qüvvələri Fərat çayını uğurla keçərək qaçdı və ABŞ Müdafiə Kəşfiyyat Agentliyi Küveytdə məğlub olmuş diviziyalardan 70-80 min əsgərin ələ keçməkdən yayınaraq Bəsrəyə qaçmış ola biləcəyini təxmin etdi.

Photographies by:
Statistics: Position
1185
Statistics: Rank
99037

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
416259378Click/tap this sequence: 6612

Google street view

Where can you sleep near Highway of Death ?

Booking.com
491.167 visits in total, 9.210 Points of interest, 405 Destinations, 5 visits today.