Le Penseur

( Düşünən adam )

Düşünən Adam — Ogüst Roden tərəfindən yaradılan bədii əsər, heykəl. Parisdə yerləşən Rodin Muzeyində sərgilənən “Düşünən Adam” heykəli bürünc və mərmər qarışığından hazırlanmış və fəlsəfi düşüncəni izah edən bir simvol olaraq istifadə edilməkdədir. Orijinal əsər 1,85 metr ölçüsündə çılpaq kişi modelidir, fəlsəfi yanaşmalara görə, oturan və dərin düşüncə halında görünən fiqurun eyni zamanda ruhi bir dinclik içində olduğu da qəbul edilir.

Kiçik ölçüdə ilk dəfə gips forması 1880-ci hazırlandı. Böyük ölçüdəki ilk halına bürünc tökmə olaraq, 1902-ci ildə başlayan Rodin bunu 1904-ci ildə tamamladı. İndiki halını 1906-cı ildə tapan “Düşünən Adam” heykəli 1922-ci ildə o dövrün Hoteli olan Rodin Muzeyinə köçürülüb.

Heykəlin yaradılma fikri isə bir komissiya tərəfindən Parisə yeni bir qapı təsvirinin hazırlanması istəyiylə doğulmuşdur. Rodin müasir Avropanın fikir atalarından sayılan Dantenin İlahi Komediya adlı əsərindəki Cəhənnəm və Cənnət hissələrindən xüsusilə, Cəhən...Read more

Düşünən Adam — Ogüst Roden tərəfindən yaradılan bədii əsər, heykəl. Parisdə yerləşən Rodin Muzeyində sərgilənən “Düşünən Adam” heykəli bürünc və mərmər qarışığından hazırlanmış və fəlsəfi düşüncəni izah edən bir simvol olaraq istifadə edilməkdədir. Orijinal əsər 1,85 metr ölçüsündə çılpaq kişi modelidir, fəlsəfi yanaşmalara görə, oturan və dərin düşüncə halında görünən fiqurun eyni zamanda ruhi bir dinclik içində olduğu da qəbul edilir.

Kiçik ölçüdə ilk dəfə gips forması 1880-ci hazırlandı. Böyük ölçüdəki ilk halına bürünc tökmə olaraq, 1902-ci ildə başlayan Rodin bunu 1904-ci ildə tamamladı. İndiki halını 1906-cı ildə tapan “Düşünən Adam” heykəli 1922-ci ildə o dövrün Hoteli olan Rodin Muzeyinə köçürülüb.

Heykəlin yaradılma fikri isə bir komissiya tərəfindən Parisə yeni bir qapı təsvirinin hazırlanması istəyiylə doğulmuşdur. Rodin müasir Avropanın fikir atalarından sayılan Dantenin İlahi Komediya adlı əsərindəki Cəhənnəm və Cənnət hissələrindən xüsusilə, Cəhənnəm təsvirinin təsirində qalaraq və onlardan ilham alaraq işlərə başlamışdır. İlk olaraq, Cəhənnəm qapıları təsvirini ön planda tutan Rodin bu mərhələdə əvvəllər daha kiçik və fərqli heykəl fiqurları yaratmağı planlamışdır. Rodinin yaratdığı heykəlin çılpaq olması ciddi mənada müstəqillik göstərməsi, bəzi reaksiyalara səbəb olsa belə, heykəltəraşa olduqca məşhurluq qazandırmışdır.

Photographies by:
Juanedc from Zaragoza, España - CC BY 2.0
Statistics: Position
768
Statistics: Rank
136814

Add new comment

CAPTCHA
Security
268479351Click/tap this sequence: 2282
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Düşünən adam ?

Booking.com
491.397 visits in total, 9.211 Points of interest, 405 Destinations, 22 visits today.