دشت لوت

( Dəşti-Lüt )

Dəşti-Lüt və ya Dəşt-i Lüt (fars. lüt çöl, çılpaq çöl) — İranda ölçülərinə görə Dəşti-Kəvirdən sonra ikinci böyük səhra.

Dəşti-Lüt səhrası İranın cənub-şərq hissəsində yerləşir və şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir. Orta hündürlüyü 600 metrdir.

Dəşti-Lüt səhrası təbiət baxımından çox rəngarəngdir. Onun landşaftları nəinki ancaq qumluqlardan, həm də şoranlıqlardan, xırda daşlıq və dağlıq qayalıqlardan ibarətdir. Günəşin və küləyin fəaliyyəti nəticəsində burada müxtəlif aşınma formalarını və eol qumlarının toplanmasını sezmək olar.

Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar. Bu dördüncü dövrdə səhranın böyük sellərə məruz qaldığına dəlalət edir. Bununla belə tamamilə susuz daşlı səhralara rast gəlmək olar. Onları karvanla keçmək çətin olsa da, avtomobillərlə keçmək mümkündür. Axar suların fəaliyyəti indi çox zəif hiss olunur, bu səhr...Read more

Dəşti-Lüt və ya Dəşt-i Lüt (fars. lüt çöl, çılpaq çöl) — İranda ölçülərinə görə Dəşti-Kəvirdən sonra ikinci böyük səhra.

Dəşti-Lüt səhrası İranın cənub-şərq hissəsində yerləşir və şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir. Orta hündürlüyü 600 metrdir.

Dəşti-Lüt səhrası təbiət baxımından çox rəngarəngdir. Onun landşaftları nəinki ancaq qumluqlardan, həm də şoranlıqlardan, xırda daşlıq və dağlıq qayalıqlardan ibarətdir. Günəşin və küləyin fəaliyyəti nəticəsində burada müxtəlif aşınma formalarını və eol qumlarının toplanmasını sezmək olar.

Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar. Bu dördüncü dövrdə səhranın böyük sellərə məruz qaldığına dəlalət edir. Bununla belə tamamilə susuz daşlı səhralara rast gəlmək olar. Onları karvanla keçmək çətin olsa da, avtomobillərlə keçmək mümkündür. Axar suların fəaliyyəti indi çox zəif hiss olunur, bu səhranı əhatə edən alçaq dağlardan axan çayların suyunun azlığındandır. Çayların az sulu olması yağıntıların azlığı (100 mm qədər) və yüksək buxarlanması ilə izah olunur. Yayda çayların çoxu quruyur və öz aşağı axarlarında kor deltalara keçirlər.

Dəşti-Lüt səhrasında küləyin və duzlaşmanın fəallığı çox yüksəkdir. Səhranın ortasında və kənarlarındakı dağlar küləyin və suyun təsiri ilə sürətlə öz formalarını dəyişirlər. Əsas relyefyaradan küləklər şimal və şimal-qərb küləkləridir. Cənub küləkləri o qədər fəal deyil. Bununla əlaqədar olaraq qumluqların əsas kütləsi səhranın cənub hissəsində cəmləşir. Dəşti-Lüt səhrasında qumluqlar çox hərəkətlidir. Bəzən yaşayış məntəqələri qumluqların altında qalır, əhali isə köçməli olur. Quyular, kəhrizlər qumla dolur və istifadəyə yararsız olur.

Photographies by:
- Public domain
Zones
Statistics: Position
85
Statistics: Rank
541628

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
914326587Click/tap this sequence: 2498

Google street view

Where can you sleep near Dəşti-Lüt ?

Booking.com
489.865 visits in total, 9.197 Points of interest, 404 Destinations, 30 visits today.