Dezden qəsri və ya Kral sarayı (alm: Dresdner Residenzschloss və ya Dresdner Schloss) Drezden şəhərində yerləşən ən qədim binalardan biridir. Dörd yüz il ərzində bu qəsr Vettin sülaləsinin Albertinlər xəttindən olan Saksoniya seçiciləri (1547–1806) və krallarının (1806–1918) iqamətgahı olmuşdur. Qəsr həm də Barokkodan-Neointibah memarlığına kimi müxtəlif üslubların bir binadan cəmlənməsi ilə məşhurdur.
Bu gün qəsr binasından muzey kimi istifadə olunur və binada Tarixi və yeni Yaşıl otaq, Numizmatika kabineti, Estamp, Rəsm və Foto Kolleksiyası, Türk Ticarət Zalı ilə Cəbhəxana yerləşir. Həmçinin qəsrdə sənət kitabxansı və Drezden Dövlət Sənət Kolleksiyasının idarə ofisləri yerləşir.
Add new comment