Context of Venesuela

Venesuela Bolivar Respublikası (isl. República Bolivariana de Venezuela) — Cənubi Amerika qitəsinin şimalında yerləşir. Qərb və cənub-qərbdən Kolumbiya, cənub və cənub-şərqdən Braziliya, şərqdən Qayana ilə həmsərhəddir. Şimal sahillərini Karib dənizi və Atlantik okeanı yuyur. Paytaxtı Karakas şəhəridir. Karib dənizindəki 70-ə yaxın ada Venesuelaya aiddir. Ən böyüyü keçmişdə mirvariləriylə məşhur olan Marqarita adasıdır. Materikdən 32 km aralı yerləşir. Ərazisi təxminən 916.000 km², əhalisi 28 milyon nəfərdir. Ən hündür zirvəsi Piko Bolivardır (5007 m). Təbii sərvətlərinə neft, qızıl, almaz daxildir. Ən böyük şəhərləri Marakaybo, Kumana, Valensiya, Barkisimeto, Maturin, Barselonadır. Əhalinin 91%-ni venesuelalılar, 3%-ni kolumbiyalılar, 2% italyanlar, ispanlar, hindular təşkil edir. Əhalinin 96%-i katoliklərdir. Rəsmi dili ispan dilidir. Bəzi yerlərdə Hindu dialektlərində danışılır. Pul vahidi Venesuela bolivarıdır. Ölkə subekvatorial iqlim qurşağında ye...Read more

Venesuela Bolivar Respublikası (isl. República Bolivariana de Venezuela) — Cənubi Amerika qitəsinin şimalında yerləşir. Qərb və cənub-qərbdən Kolumbiya, cənub və cənub-şərqdən Braziliya, şərqdən Qayana ilə həmsərhəddir. Şimal sahillərini Karib dənizi və Atlantik okeanı yuyur. Paytaxtı Karakas şəhəridir. Karib dənizindəki 70-ə yaxın ada Venesuelaya aiddir. Ən böyüyü keçmişdə mirvariləriylə məşhur olan Marqarita adasıdır. Materikdən 32 km aralı yerləşir. Ərazisi təxminən 916.000 km², əhalisi 28 milyon nəfərdir. Ən hündür zirvəsi Piko Bolivardır (5007 m). Təbii sərvətlərinə neft, qızıl, almaz daxildir. Ən böyük şəhərləri Marakaybo, Kumana, Valensiya, Barkisimeto, Maturin, Barselonadır. Əhalinin 91%-ni venesuelalılar, 3%-ni kolumbiyalılar, 2% italyanlar, ispanlar, hindular təşkil edir. Əhalinin 96%-i katoliklərdir. Rəsmi dili ispan dilidir. Bəzi yerlərdə Hindu dialektlərində danışılır. Pul vahidi Venesuela bolivarıdır. Ölkə subekvatorial iqlim qurşağında yerləşir. Orta illik temperatur +21–26 dərəcə arasında dəyişir. Orta illik yağıntının miqdarı şimal sahillərində 300 mm, dağlıq ərazilərdə 2000–3000 mm arası olur.

More about Venesuela

Basic information
  • Calling code +58
  • Internet domain .ve
  • Mains voltage 120V/60Hz
  • Democracy index 2.76
Population, Area & Driving side
  • Population 28515829
  • Area 912050
  • Driving side right
History
  •   Əsas məqalə: Venesuela siyasi böhranı (2019)

Where can you sleep near Venesuela ?

Booking.com
8.723.208 visits in total, 407.503 Points of interest, 405 Destinations, 9.346 visits today.