Context of Münhen

Münhen (alm. München‎) — Bavariya (almanca: Bayern) Federal Torpağının paytaxtıdır. Almaniyanın Berlin və Hamburqdan sonra üçüncü ən böyük şəhəridir. Əhalisi 1,3 milyondur. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında yerləşir. Münhendə 1972-ci il Olimpiya Oyunları keçirilib. Münhen sözü qədim alman dilindəki Münichen sözündən yaranıb, mənası "rahiblərin yaşadığı yer" deməkdir. Belə ki, Münhen şəhərinin əsası Benedikt Orderinə aid olan rahiblər tərəfindən qoyulub, bu səbəbdən şəhərin gerbində rahib şəkli təsvir olunub. 2010-cu ildə Monokl dərgisi tərəfindən dərc olunmuş siyahıya əsasən Münhen dünyada yaşayış üçün ən münasib şəhər seçilib.

Where can you sleep near Münhen ?

Booking.com
8.827.735 visits in total, 407.503 Points of interest, 405 Destinations, 2.253 visits today.