Himalay
Context of Himalay
Himalay dağları (sanskr. हिमालय, himālayaIAST, hind हिमालय, nep. हिमालय, çin. 喜馬拉雅山脈) — Yer kürəsinin ən hündür sıra dağları. Dünyanın ən yüksək zirvəsi olan Everest zirvəsi də bu dağda — Nepalın sərhədlərində yerləşir. Himalay dağları indiyədək davam edən Hindistan platforması və Asiya platformasının toqquşması nəticəsində meydana gəlmişdir.
Pakistan, Hindistan, Çin, Nepal və Butandan keçən 2400 km uzunluğundakı Himalay dağlarının buzlaqları Asiyanın ən böyük 9 çayını qidalandırır. 1,3 milyard insan bu su yollarından asılı olaraq yaşayır. Göstəricilərə görə isə Himalay dağlarında havanın istiliyi son 30 ildə 10 ildən bir 0.06–0.15 dərəcə arası artır və istilərin bu şəkildə artmağa davam etməsi nəticəsində 50 ilə qədər buzlaqların yox olması gözlənilir.
More about Himalay
- Area 600000