Context of Alyaska

Alyaska — Şimali Amerikanın ucqar şimal-qərbində yerləşən Amerika Birləşmiş Ştatlarına məxsus ştat. Berinq boğazı vasitəsilə Asiya qitəsindən ayrılır. Mərkəzi Cuno şəhəridir. Şərq və şimal-şərqdən Kanadanın Britaniya Kolumbiyası əyaləti və Yukon ərazisi ilə həmsərhəddir. Ucqar qərb nöqtəsi Attu adasında yerləşir və qərb istiqamətində Berinq boğazı boyunca Rusiya (Çukotka muxtar dairəsi) ilə dəniz sərhədinə sahibdir. Şimaldan Şimal Buzlu okeanın cənub hissəsini təşkil edən Çukot və Bofort dənizləri ilə əhatə olunmuşdur. Cənub və cənub-qərb istiqamətləri boyunca Sakit okeanla əhatə olunmuşdur. Ərazisinin böyüklüyünə görə ABŞ ştatları arasında ilk pillədədir. Əraziyə görə dünyada 7-ci ən böyük ərazi vahididir. Əhalisinin sayına və hər kvadrat kilometrə düşən əhali sıxlığına görə ABŞ-nin 50 ştatı arasında son üç yerdən birində qərarlaşıb. Bununla belə, Şimali Amerikanın 60-cı şimal enliyində yerləşən ...Read more

Alyaska — Şimali Amerikanın ucqar şimal-qərbində yerləşən Amerika Birləşmiş Ştatlarına məxsus ştat. Berinq boğazı vasitəsilə Asiya qitəsindən ayrılır. Mərkəzi Cuno şəhəridir. Şərq və şimal-şərqdən Kanadanın Britaniya Kolumbiyası əyaləti və Yukon ərazisi ilə həmsərhəddir. Ucqar qərb nöqtəsi Attu adasında yerləşir və qərb istiqamətində Berinq boğazı boyunca Rusiya (Çukotka muxtar dairəsi) ilə dəniz sərhədinə sahibdir. Şimaldan Şimal Buzlu okeanın cənub hissəsini təşkil edən Çukot və Bofort dənizləri ilə əhatə olunmuşdur. Cənub və cənub-qərb istiqamətləri boyunca Sakit okeanla əhatə olunmuşdur. Ərazisinin böyüklüyünə görə ABŞ ştatları arasında ilk pillədədir. Əraziyə görə dünyada 7-ci ən böyük ərazi vahididir. Əhalisinin sayına və hər kvadrat kilometrə düşən əhali sıxlığına görə ABŞ-nin 50 ştatı arasında son üç yerdən birində qərarlaşıb. Bununla belə, Şimali Amerikanın 60-cı şimal enliyində yerləşən əraziləri içərisində ən çox əhaliyə sahib bölgə hesab olunur. 2015-ci ildə ABŞ Siyahıyaalma Bürosu tərəfindən təşkil olunmuş hesablamalara əsasən Alyaska əhalisi 738,432 nəfərdən ibarətdir ki, bu da Şimali Kanada və Qrenlandiyanın ümumi əhalisindən dörd dəfə çoxdur. Alyaska əhalisinin təqribən yarısı Ankoric metropolisi ərazisində məskunlaşmışdır. Bölgə iqtisadiyyatının əsas hissəsini balıqçılıq, neft və təbii qaz sənayeləri təşkil edir. Hərbi bazalar və turizm də iqtisadiyyatda mühüm yer tutur.

ABŞ Alyaskanı 30 mart 1867-ci il tarixində 7.2 milyon ABŞ dolları qarşılığında Rusiya imperiyasından satın almışdır. Bu bölgə ABŞ-nin tabeçiliyinə keçdikdən sonra bir neçə dəfə inzibati dəyişikliyə uğramış və 11 may 1912-ci ildə ABŞ daxilində ərazi statusu almışdır. Son olaraq, 3 yanvar 1959-cu ildə isə ABŞ-nin 49-cu ştatı kimi qəbul olunmuşdur.

More about Alyaska

Basic information
  • Native name Alaska
Population, Area & Driving side
  • Population 733391
  • Area 1717856
History
  • Alyaskada yaşayan yerlilərin 15–40 min il bundan əvvəl Berinq boğazıni keçərək Amerika qitəsinə yerləşən ilk mühacirlərin nəslindən olduqları ehtimal edilir. Eskimoslar və aleutlar isə, bir ehtimalla, Alyaskaya 3–8 min il əvvəl gələn, daha məskun Şimal Qütbü xalqlarının törəmələridir.

    Alyaskadakı ilk avropalılar, Kadyak adasında olan Three Saints (Üç Əzizlər) Qoyuna 1784 ilində yerləşən Rus kürk tacirləri idi. Bölgə, 1799-cü ildən 1867-ci ilə qədər bir rus-Amerikan şirkəti tərəfindən idarə olundu. ABŞ xarici işlər naziri William H. Seward, bölgənin ABŞ-yə satılmasını təsdiqləyən sənədi 1867-ci ildə imzaladı. Rusiya imperatoru II Aleksandr Alyaskanı lazımsız hesab edərək, cəmi 7,2 milyon dollar müqabilində ABŞ-yə satmışdır. Əhəmiyyətli qızıl qaynaqlarının kəşfi 1880-ci illərdə və 1890-cı illərdə çox sayda Amerikalının Alyaskaya yerləşməsinə səbəb oldu və ABŞ Konqresi 1912-ci ildə Alyaska Torpaqlarını qurdu. II Dünya savaşı əsnasında Yaponların bölgədəki fəaliyyəti Alyaskada müdafiə etmə təsisləri qurulmasını zəruri etdi. Alaska 3 Yanvar 1959-da 49. əyalət olaraq ABŞ-yə qatıldı. 1968-də Şimal Qütbü sahil düzənliyində neft və təbii qaz yataqları tapılmasıyla daha da inkişaf etdi.

    Alyaska dörd coğrafi bölgəyə ayrıla bilər:

    Cənubda Böyük Okean dağ sistemi bölgəsi, Ortadakı düzənliklər və yaylalar bölgəsi, Şimalda Brooks dağları bölgəsi (Qayalıq dağların şimal davamı), Şimal ucda sahil düzənliyi

Phrasebook

Salam
Hello
Dünya
World
Salam dünya
Hello world
Çox sağ ol
Thank you
sağol
Goodbye
Bəli
Yes
Yox
No
Necəsən?
How are you?
Yaxşı, təşəkkür edirəm
Fine, thank you
Neçəyədir?
How much is it?
Sıfır
Zero
bir
One

Where can you sleep near Alyaska ?

Booking.com
489.471 visits in total, 9.196 Points of interest, 404 Destinations, 109 visits today.