Chester

( Çester )


Çester (ing. Chester) — Böyük Britaniyanın qərbində şəhər. Çeşir qraflığının inzibati mərkəzi. Əhalisi 118,2 min nəfərdir (2011). Liverpuldan 25 km. cənubda, Di çayı sahilindədir.

Çester romalıların dövründə Kastra Devana adlı Roma Britaniyasının mühüm mərkəzi idi. Erkən orta əsrlərdə tərk edilmişdir (ehtimal ki, dağıdılmışdır). Anqlsaks dövründə "Legaseaster" adlandırılmışdır (Çester adı da sonralar buradan alınmışdır). XIII əsrin ikinci yarısında İngiltərə krallarının Şimali Uelsi zəbt etmək uğrunda apardıqları mübarizənin mühüm dayaq məntəqəssi olmuşdur. Orta əsrlərdə iri çay portu (XIII əsr - XIV əsrin birinci yarısında daha mühüm rol oynamışdır) olmuş, sonralar tədricən əvvəlki əhəmiyyətini itirmiş, XVIII-XIX əsrlərdə isə port kimi qəti olaraq Liverpul tərəfindən sıxışdırılmışdır.

Çester qədim ticarət mərkəzidir. Suvenir istehsal edilir. Orta əsrlərin faxverkli tikililəri qorunub saxlanılmışdır. Qrovner muzeyi (yerli asari-...Read more


Çester (ing. Chester) — Böyük Britaniyanın qərbində şəhər. Çeşir qraflığının inzibati mərkəzi. Əhalisi 118,2 min nəfərdir (2011). Liverpuldan 25 km. cənubda, Di çayı sahilindədir.

Çester romalıların dövründə Kastra Devana adlı Roma Britaniyasının mühüm mərkəzi idi. Erkən orta əsrlərdə tərk edilmişdir (ehtimal ki, dağıdılmışdır). Anqlsaks dövründə "Legaseaster" adlandırılmışdır (Çester adı da sonralar buradan alınmışdır). XIII əsrin ikinci yarısında İngiltərə krallarının Şimali Uelsi zəbt etmək uğrunda apardıqları mübarizənin mühüm dayaq məntəqəssi olmuşdur. Orta əsrlərdə iri çay portu (XIII əsr - XIV əsrin birinci yarısında daha mühüm rol oynamışdır) olmuş, sonralar tədricən əvvəlki əhəmiyyətini itirmiş, XVIII-XIX əsrlərdə isə port kimi qəti olaraq Liverpul tərəfindən sıxışdırılmışdır.

Çester qədim ticarət mərkəzidir. Suvenir istehsal edilir. Orta əsrlərin faxverkli tikililəri qorunub saxlanılmışdır. Qrovner muzeyi (yerli asari-ətiqə) var. Turizm mərkəzidir.

Photographies by:
Statistics: Position
4660
Statistics: Rank
79638

Add new comment

CAPTCHA
Security
413579682Click/tap this sequence: 3171
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Çester ?

Booking.com

What can you do near Çester ?

9.002.752 visits in total, 407.503 Points of interest, 405 Destinations, 91 visits today.