Karhenc (ing. Carhenge) – ABŞ-ın Yüksək düzənliklər regionunda, Nebraska ştatının Allayans şəhərinin yaxınlığında yerləşən və Stounhencin təqlidi olan abidə. Orijinal Stounhencdən fərqli olaraq Karhenc ağır, böyük daşlardan deyil, boz spreylə rənglənmiş köhnə ABŞ avtomobillərindən tikilmişdir. Abidə Cim Reynders tərəfindən 1987-ci ilin iyulundakı gündönümü üçün tikilmişdir. 2006-cı ildə əraziyə xidmət verən turist mərkəzi açılmışdır.

Tarix
 
Maşın İncəsənət Qoruğunda The Four Seasons.

Karhenc 1987-ci ildə Cim Reynders tərəfindən tikilmişdir. O, Karhenci atasına həsr etmişdir. O, İngiltərədə yaşayarkən Stounhenci tədqiq etmiş, bu isə ona strukturun formasını, proporsiyalarını və ölçülərini oxşatmağa kömək etmişdir. Karhenc ərazisinə sonradan başqa avtomobil heykəlləri də əlavə edilmişdir. Hazırda ərazi Maşın İncəsənət Qoruğu kimi də tanınır.[1]

Reynders Karhencin dostlarına 10 ar ərazi bağışlamışdır. 2011-ci ildə Karhencin dostları ərazini 300.000 ABŞ dolları məbləğində satışa çıxarmışdır.[2] 2013-cü ildə Karhencin dostları ərazini Allayans vətəndaşlarına bağışlamışdır.[3]

Karhenc filmlərdə, musiqilərdə, televiziya verilişlərində və reklamlarda peyda olmuşdur.[4] 2005-ci ildə abidə haqqında "Karhenc: Dahilik yoxsa tullantı?" adlı sənədli film çəkilmişdir. 2007-ci ildə isə "Ölmədən öncə ABŞ və Kanadada görməli 1000 yer" adlı kitabda adı göstərilmişdir.

21 avqust 2017-ci ildəki günəş tutulması Karhencdə də müşahidə olunmuşdur. Nebraska qubernatoru Piter Riketts və 4000 nəfər günəş tutulmasını buradan müşahidə etmişdirlər. Reynders qeyd etmişdir ki, Karhenci yaradarkən 30 il sonra baş tutacaq günəş tutulmasından xəbəri yox idi.[5][6][7]

 
Karhencin görünüşü.
Sitat səhvi: Yanlış <ref> teqi; history adlı istinad üçün mətn göstərilməyib "Carhenge For Sale". Reuters. October 31, 2011. September 24, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 6, 2018. "History". Carhenge of Alliance, Nebraska. 2009-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2018. For example: Film - Omaha, The Movie (1995); Popular music - Steely Dan (album cover, Remastered, The Best of Steely Dan, 1993); P.O.D. (music video, "Youth of the Nation", 2002); Television - Biker Build-Off; Where in the World Is Carmen Sandiego? (episode: "The Great Train Slobbery"); Commercials - Nissan Pathfinder (2006), Nebraska Cornhuskers football (2007). "As Eclipse Madness Sweeps U.S., A Stonehenge Made Of Cars Prepares", Morning Edition, NPR, August 10, 2017, İstifadə tarixi: 7 fevral 2018 Hendee, David. "Gasps, cheers and tears as eclipse wows viewers at Carhenge". Omaha World-Herald. August 22, 2017. Retrieved November 6, 2017. Pluhacek, Zach. "Carhenge creator watches once-in-lifetime event near one-of-a-kind creation". Lincoln Journal Star August 21, 2017. Retrieved November 6, 2017.
Photographies by:
Brian W. Schaller - FAL
Statistics: Position
6414
Statistics: Rank
11231

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
549186327Click/tap this sequence: 5271

Google street view

Where can you sleep near Carhenge ?

Booking.com
490.020 visits in total, 9.198 Points of interest, 404 Destinations, 69 visits today.