Böyük Zimbabve

Böyük Zimbabve — Zimbabvenin cənub-şərq təpələrində yerləşən şəhər dağıntıları. Şəhər, son Dəmir dövründə ərazidə hakimiyyətdə olmuş Zimbabve Krallığının paytaxtı idi. Şəhərdə tikinti XI əsrdə başlamış və XV əsrdə tərk edilənə qədər davam etmişdir. Tikililər Şonaların əcdadları tərəfindən tikilmişdir. Daş şəhər, ən çoxu 18 min nəfərin yaşaya biləcəyi 7,22 kvadrat kilometr ərazini əhatə edir. Ərazi UNESCO tərəfindən Ümumdünya irsi olaraq tanınıb.

Böyük Zimbabvenin yerli monarx üçün kral sarayı olaraq xidmət etdiyi güman edilir. Belə olduqda, bura siyasi hakimiyyətin iqamətgahı kimi istifadə olunmuş ola bilər. Binanın ən görkəmli xüsusiyyətləri arasında bəziləri beş metr hündürlüyündə olan divarlar var. Divarlar aralarında heç bir maddədən istifadə etməklə quru daşlardan tikilmişdir. Sonda şəhər tərk edildi və sadəcə dağıntıları qaldı.

Böyük Zimbabve xarabalıqları haqqında ən erkən yazılı qeyd, müasir Mozambik sahillərindəki Sofala Portuqaliya qarnizonunun kapitan...Read more

Böyük Zimbabve — Zimbabvenin cənub-şərq təpələrində yerləşən şəhər dağıntıları. Şəhər, son Dəmir dövründə ərazidə hakimiyyətdə olmuş Zimbabve Krallığının paytaxtı idi. Şəhərdə tikinti XI əsrdə başlamış və XV əsrdə tərk edilənə qədər davam etmişdir. Tikililər Şonaların əcdadları tərəfindən tikilmişdir. Daş şəhər, ən çoxu 18 min nəfərin yaşaya biləcəyi 7,22 kvadrat kilometr ərazini əhatə edir. Ərazi UNESCO tərəfindən Ümumdünya irsi olaraq tanınıb.

Böyük Zimbabvenin yerli monarx üçün kral sarayı olaraq xidmət etdiyi güman edilir. Belə olduqda, bura siyasi hakimiyyətin iqamətgahı kimi istifadə olunmuş ola bilər. Binanın ən görkəmli xüsusiyyətləri arasında bəziləri beş metr hündürlüyündə olan divarlar var. Divarlar aralarında heç bir maddədən istifadə etməklə quru daşlardan tikilmişdir. Sonda şəhər tərk edildi və sadəcə dağıntıları qaldı.

Böyük Zimbabve xarabalıqları haqqında ən erkən yazılı qeyd, müasir Mozambik sahillərindəki Sofala Portuqaliya qarnizonunun kapitanı olan və şəhəri Symbaoe kimi qeyd edən Visente Piqadoya aiddir. Avropalıların əraziyə ilk təsdiq edilmiş ziyarətləri 19-cu əsrin sonlarında, ərazi üzərindəki araşdırmalar isə 1871-ci ildə başlamışdı. Sonralar Rodeziya hökuməti tərəfindən arxeoloqlara yerli Afrika xalqının inşa edilməsini inkar etmək üçün siyasi təzyiq göstərilçəsi ilə abidənin tədqiqatları arxeoloji dünyada mübahisəli oldu.

Böyük Zimbabve, Zimbabve hökuməti tərəfindən milli bir abidə olaraq qəbul edilmiş və müasir müstəqil dövlət bu adı daşımağa başlamışdır. Böyük sözü, ərazini indi "Zimbabve" adı ilə tanınan yüzlərlə kiçik dağıntıdan fərqləndirir. Afrikanın cənubunda monumental və quru daşdan tikilmiş divarları olan 200 belə abidə daha var. Böyük Zimbabve bunların ən böyüyüdür.

Photographies by:
Statistics: Position
1013
Statistics: Rank
111155

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
876153924Click/tap this sequence: 8658

Google street view

Where can you sleep near Böyük Zimbabve ?

Booking.com
489.173 visits in total, 9.196 Points of interest, 404 Destinations, 10 visits today.