Bank-d'Arqen Milli Parkı

Bank-d'Arqen Milli Parkı (ərəb. حوض أركين‎) — Qərbi Afrikada, Mavritaniyanın qərb sahilindəki Nuakşot və Nuadibu şəhərləri arasında yerləşən milli park. UNESCO-nun Ümumdünya irsi olan park, köçəri quşlar, o cümlədən qızılqaz, qaraca qumluqca, qutan və susüpürənlər üçün əsas böyümə yeridir. Quşların yaşayış yerlərinin çox hissəsi qumlu sahillərdədir. Ətraf sular Afrikanın qərbindəki ən zəngin balıq ovu yeridir və bütün qərb bölgəsi üçün yuva yeri kimi xidmət edir.

Bank-d'Arqen Milli Parkı həm təbii sərvətləri, həm xalq təsərrüfatına əhəmiyyətli dərəcədə töhfə verən balıqçılığı qorumaq və elmi və estetik cəhətdən dəyərli geoloji ərazilər kimi, geniş ictimaiyyətin maraqları və istirahəti üçün 1976-cı ildə qurulmuş təbiət qoruğudur.

Parkın geniş vattaları, Avropanın şimalından, Sibirdən və Qrenlandiyadan gələn iki milyondan çox köçəri sahil quşunu ev ilə təmin edir. Bölgənin mülayim iqlimi və insan fəaliyyətinin olmaması parkı bu növlər...Read more

Bank-d'Arqen Milli Parkı (ərəb. حوض أركين‎) — Qərbi Afrikada, Mavritaniyanın qərb sahilindəki Nuakşot və Nuadibu şəhərləri arasında yerləşən milli park. UNESCO-nun Ümumdünya irsi olan park, köçəri quşlar, o cümlədən qızılqaz, qaraca qumluqca, qutan və susüpürənlər üçün əsas böyümə yeridir. Quşların yaşayış yerlərinin çox hissəsi qumlu sahillərdədir. Ətraf sular Afrikanın qərbindəki ən zəngin balıq ovu yeridir və bütün qərb bölgəsi üçün yuva yeri kimi xidmət edir.

Bank-d'Arqen Milli Parkı həm təbii sərvətləri, həm xalq təsərrüfatına əhəmiyyətli dərəcədə töhfə verən balıqçılığı qorumaq və elmi və estetik cəhətdən dəyərli geoloji ərazilər kimi, geniş ictimaiyyətin maraqları və istirahəti üçün 1976-cı ildə qurulmuş təbiət qoruğudur.

Parkın geniş vattaları, Avropanın şimalından, Sibirdən və Qrenlandiyadan gələn iki milyondan çox köçəri sahil quşunu ev ilə təmin edir. Bölgənin mülayim iqlimi və insan fəaliyyətinin olmaması parkı bu növlər üçün dünyanın ən vacib yerlərindən birinə çevirir. Parkda yuva quran quş populyasiyası da çox sayda olması və müxtəlifliyinə görə diqqət çəkir. Ərazidə yaşayan 15 növə aid 25.000 ilə 40.000 cüt arasındakı quş populyasiyası Qərbi Afrikadakı su quşlarının ən böyük koloniyasının təşkil edir.

Ərazi zəngin balıqçılıq və strateji mövqeyə malik olduğu üçün Portuqaliya, Fransa, İngiltərə, Brandenburq-Prussiya və Hollandiyanın Avropada müstəmləkə gücləri tərəfindən böyük maraq və mübahisəyə məruz qalmışdır.

1445 – 5 fevral 1633 Portuqal hakimiyyəti 5 fevral 1633 – 1678 Holland hakimiyyəti (1665-ci ildə qısa İngilis işğalı). 1 sentyabr 1678 – sentyabr 1678 Fransız işğalı Sentyabr 1678 Tərk edilmişdir. 5 oktyabr 1685 – 7 mart 1721 Brandenburq (1701-ci ildən Prussiya) hakimiyyəti. 7 mart 1721 – 11 yanvar 1722 Fransız hakimiyyəti 11 yanvar 1722 – 20 fevral 1724 Holland hakimiyyəti 20 fevral 1724 – mart 1728 Fransız hakimiyyəti
Photographies by:
Kokopelado - CC BY-SA 4.0
Statistics: Position
1273
Statistics: Rank
180717

Add new comment

CAPTCHA
Security
985374612Click/tap this sequence: 8381
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Bank-d'Arqen Milli Parkı ?

Booking.com

What can you do near Bank-d'Arqen Milli Parkı ?

8.843.673 visits in total, 407.503 Points of interest, 405 Destinations, 5.129 visits today.