Alcazaba y Murallas del Cerro de San Cristóbal

( Almeriya qalası )

Almeriya qalası (isp. Alcazaba de Almeria)  - 955-ci ildə Əndəlusun ilk xəlifəsi III Abd ər-Rəhman tərəfindən Almeriya şəhərində müdafiə qalası kimi əsası qoyulmuşdur.. Tikilinin ərazisi 35 000 m²-dir.. 1931-ci ildən İspaniyanın milli abidəsidir.

İspaniyanın cənubunda yerləşən və tarixi liman şəhəri olan Almeriya ticarət cəhətdən vacib strateji obyekt hesab edilirdi. Müxtəlif vaxtlarda şəhəri romalılar, finikiyalılar, karfagenlilər idarə etmişdir. Lakin müsəlmanlar şəhərin qurulmasına çox böyük töhfə vermişdilər..

955-ci ildə Alksaba de Almeriya qalasının tikintisinə başlanılmışdır. İlk əvvəl müşahidə qüllələri və qala divarları ucaldılmış, sonradan isə qala Xəlifəliyin iqamətgahına çevrilmişdi. Bu qala özünün daha çox çiçəklənməsini XI əsrdə yaşamış xəlifə Əl-Cayranın hakimiyyəti dövründə tapmış və bütün Əndəlüsün ticarət mərkəzi olmuşdur.

Qala bir neçə səviyyəyə malikdir.. Aşağı hisə hərbi düşərgə (indi orada bağ salın...Read more

Almeriya qalası (isp. Alcazaba de Almeria)  - 955-ci ildə Əndəlusun ilk xəlifəsi III Abd ər-Rəhman tərəfindən Almeriya şəhərində müdafiə qalası kimi əsası qoyulmuşdur.. Tikilinin ərazisi 35 000 m²-dir.. 1931-ci ildən İspaniyanın milli abidəsidir.

İspaniyanın cənubunda yerləşən və tarixi liman şəhəri olan Almeriya ticarət cəhətdən vacib strateji obyekt hesab edilirdi. Müxtəlif vaxtlarda şəhəri romalılar, finikiyalılar, karfagenlilər idarə etmişdir. Lakin müsəlmanlar şəhərin qurulmasına çox böyük töhfə vermişdilər..

955-ci ildə Alksaba de Almeriya qalasının tikintisinə başlanılmışdır. İlk əvvəl müşahidə qüllələri və qala divarları ucaldılmış, sonradan isə qala Xəlifəliyin iqamətgahına çevrilmişdi. Bu qala özünün daha çox çiçəklənməsini XI əsrdə yaşamış xəlifə Əl-Cayranın hakimiyyəti dövründə tapmış və bütün Əndəlüsün ticarət mərkəzi olmuşdur.

Qala bir neçə səviyyəyə malikdir.. Aşağı hisə hərbi düşərgə (indi orada bağ salınmışdır), orta hissə xəlifə hökumətinin idi. Hissələr bir-birilə hərbi qüvvələrlə gücləndirilmiş müşahidə pilləkanları ilə birləşirdi.. Qala seysmoloji cəhətdən aktiv zonada yerləşir və bir neçə dəfə zəlzələyə məruz qalmışdır. Bu da infrastrukturun obyektlərinin neqativ hala düşməsinə səbəb olmuşdur. İndi bizə həmin qaladan yaxşı vəziyyətdə ancaq xəlifənin quyuları qalmış, qalan abidələr xarabalığa çevrilmişdir.

1489-cu ildə buranı müsəlmanların əlindən alan katoliklər qalanın yuxarı səviyyəsini ucaltmış, burada hərbi ehtiyaclar üçün artilleriyalarını yerləşdirmişdilər.. 1524-1562-ci illərdə qotik üslubda Kafedral sobor tikilmişdir. Məbədin əsasını tamamilə yenilənmiş islam məscidi təşkil etmişdir. Həmin soborun memarı Dieqo de Siloe olmuşdur..

Müxtəlif vaxtlarda bu qalanın ərazisində “Barbar Konan (film, 1982)”, “İndiana Cons və son səlib yürüşü (film, 1989)”, “Heç vaxt “heç vaxt” demə” kimi məşhur filmlər çəkilmişdir..

Photographies by:
ANE - CC BY 3.0
Dodo Dodo - CC BY 2.0
Statistics: Position
2736
Statistics: Rank
43903

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
869237541Click/tap this sequence: 3958

Google street view

Where can you sleep near Almeriya qalası ?

Booking.com
489.963 visits in total, 9.198 Points of interest, 404 Destinations, 12 visits today.