Context of Yaponiya

Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 Nippon-koku və ya Nihon-koku, "Yaponiya dövləti") — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır.

Yaponiya 6.852 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə ...Read more

Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 Nippon-koku və ya Nihon-koku, "Yaponiya dövləti") — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır.

Yaponiya 6.852 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir.

Aparılmış arxeoloji qazıntı işləri Yaponiyanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Yaponiya haqqında məlumat verən ilk mənbə I əsrə aid olan Çin tarixi mətnləridir. Digər regionlardan, xüsusilə Çindən böyük təsir, həmçinin izolyasiya dövrü, daha sonra Qərbi Avropanın təsiri Yaponiya tarixini xarakterizə edir. XII əsrdən 1868-ci ilə qədər Yaponiya imperatorun naminə fəaliyyət göstərən feodal şoqunlar tərəfindən idarə olunmuşdur. Yaponiya XVII əsrin əvvəllərində uzun müddət davam izolyasiya dövrünə daxil olmuş, bu izolyasiya 1853-cü ildə ABŞ donanmasının Yaponiyaya Qərbi Avropaya açılması barədə təzyiq etməsinə qədər davam etmişdir. Təxminən 20 il davam edən daxili konfliktdən və üsyandan sonra 1868-ci ildə İmperator Meyci ölkənin hökmdarı olmuş və Yaponiya imperiya, imperator isə xalqın müqəddəs simvolu elan edilmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində — Yaponiyanın hərbi gücünün artdığı dövrdə Birinci Çin-yapon müharibəsi, Rus-yapon müharibəsi və Birinci Dünya Müharibəsində əldə olunmuş qələbələr Yaponiyaya imperiya ərazisini genişləndirməyə imkan yaratmışdır. 1937-ci ildə baş vermiş İkinci Çin-yapon müharibəsi 1941-ci ildə İkinci Dünya Müharibəsinin bir hissəsinə çevrilmiş, lakin Yaponiya İmperiyasının müharibəyə qatılması 1945-ci ildə Hiroşima və Naqasaki şəhərlərinə atom bombalarının atılması, sonda isə məğlub olması ilə nəticələnmişdir. 1947-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri Yaponiya imperator və seçkilərlə seçilmiş qanunverici orqan — Yaponiya parlamenti tərəfindən idarə olunan unitar, konstitusiyalı monarxiyaya malik ölkədir.

Yaponiya BMT, G7, G8 və G20-nin üzvüdür. Yaponiya böyük gücdür. Yaponiya nominal ÜDM-ya görə dünyanın ən güclü 4-cü, alıcılıq gücünün tarazlığına görə isə dünyanın ən güclü 3-cü iqtisadiyyatına malikdir. Dövlət həm də dünyanın ən böyük 5-ci ixracatçısı və dünyanın ən böyük 5-ci idxalçısıdır. Yaponiya rəsmi olaraq müharibə elan etməmək istədiyini konstitusiyasında göstərsə də, Yaponiya dünyanın ən böyük 8-ci hərbi büdcəsinə malikdir və silahlı qüvvələrindən ancaq özünü və sülhü qorumaqda istifadə etdiyini bildirir. Yaponiya yüksək yaşayış normasına və İnsan İnkişafı İndeksinə malik inkişaf etmiş ölkədir, əhali yüksək yaşayış imkanlarından yararlanır. Ölkə körpə ölümünün ən az müşahidə olunduğu 3-cü ölkədir. Yaponiya Ölkə Brend İndeksində 1-ci, Qlobal Sülh İndeksində isə Asiya ölkələri arasında 1-ci yerdədir.

More about Yaponiya

Basic information
  • Currency Yapon yeni
  • Native name 日本
  • Calling code +81
  • Internet domain .jp
  • Mains voltage 100V/60Hz
  • Democracy index 8.13
Population, Area & Driving side
  • Population 124631000
  • Area 377972
  • Driving side left
History
  • Gnome-searchtool.svg  Əsas məqalə: Yaponiya tarixi
    Tarix öncəsi və qədim tarix
     
    Əsas zalı və beşmərtəbəli paqodası dünyanın ən qədim taxta tikililərindən biri olan buddizm məbədi Horyu-ci (Yaponiyanın Milli Xəzinəsi və YUNESKO-nun Ümumdünya irsi siyahılarındadır).

    Paleolit mədəniyyəti Yaponiya arxipelağının təxminən e.ə. 30.000-cu illərdə məskunlaşıldığını göstərir. E.ə. 14.000-cü ilə qədər (Comon dövrünün başlanğıcı) Yaponiyada Mezolit dövrü davam etmişdir....Read more

    Gnome-searchtool.svg  Əsas məqalə: Yaponiya tarixi
    Tarix öncəsi və qədim tarix
     
    Əsas zalı və beşmərtəbəli paqodası dünyanın ən qədim taxta tikililərindən biri olan buddizm məbədi Horyu-ci (Yaponiyanın Milli Xəzinəsi və YUNESKO-nun Ümumdünya irsi siyahılarındadır).

    Paleolit mədəniyyəti Yaponiya arxipelağının təxminən e.ə. 30.000-cu illərdə məskunlaşıldığını göstərir. E.ə. 14.000-cü ilə qədər (Comon dövrünün başlanğıcı) Yaponiyada Mezolit dövrü davam etmişdir. Neolit dövründə yarımoturaq həyat tərzi həyat keçirən, ovçuluq və yığıcılıqla məşğul olan müasir yamatoların və aynuların əcdadları peyda olmuşdur.[1][2] Onlar pit-hauzlarla və ibtidai kənd təsərrüfatları ilə xarakterizə olunurlar.[3] Bu dövrə aid tapılmış bəzədilmiş gil qablar dünyada dulusçuluq sənətinin salamat qalmış ən qədim nümunələridir. Təxminən e.ə. 300-cü ildə yayoilər Yaponiya adalarına gəlmiş və comonlarla qaynayıb-qarışmışdırlar.[4] E.ə. 500-cü ildə başlayan Yayoi dövründə yerli əhali Çin və Koreya vasitəsilə çəltik yetişdirmək,[5] yeni tərz dulusçuluq,[6] metallurgiya kimi məşğuliyyətlərlə tanış olmuşdur.[7]

    Yaponiya yazılı tarixdə ilk dəfə Çin tarixi haqqında olan "Han kitabı"nda peyda olmuşdur.[8] "Üç krallığın qeydləri"nə görə Yaponiya adalarında ən güclü krallıq III əsrdə peyda olmuşdu və Yamataikoku adlanırdı. Yaponiya buddizm ilə ilk dəfə Koreyadakı Bekçe krallığı vasitəsilə tanış olmuşdur, amma bu dinin Yaponiyadakı sonrakı inkişafı əsasən Çin ilə əlaqədardır.[9] İlk vaxtlarda bu dinə qarşı müqavimət olsa da, hakim sinif buddizmi Yaponiyada yaya bilmişdir və Asuka dövrünün (592–710) əvvəllərində buddizm geniş şəkildə yayılmışdır.[10]

    Nara dövründə (710–784) Heyco sarayında (müasir Nara şəhəri) mərkəzləşdirilmiş güclü Yaponiya dövlətinin yaradılması qeyd edilir. Nara dövrü ədəbiyyatın peyda olması, eləcə də buddizm incəsənəti və memarlığın inkişafı ilə xarakterizə olunur.[11] 735–737-ci illərdə çiçək xəstəliyi səbəbindən Yaponiya əhalisinin 1/3 hissəsinin öldüyü güman olunur.[12] 784-cü ildə İmperator Kanmu Kiotonun 794-cü ildə paytaxt elan edilməsindən əvvəl paytaxtı Naradan Naqaoka-kyoya köçürmüşdür.

     
    Monqolların Yaponiya yürüşləri zamanı samuraylar monqollar ilə qarşılaşırlar. Kamikadze (baş vermiş iki tayfun) sayəsində Yaponiyanın monqol donanmasından xilas olduğu rəvayət olunur.

    Heyan dövrünün (794–1185) əvvəllərində — Yaponiyanın yerli mədəniyyətinin açıq-aşkar meydana çıxdığı dövrdə incəsənət, şeriyyət və nəsrin inkişafı ilə seçilir. Murasaki Şikibunun "Gencinin hekayəsi" romanı və müasir Yaponiyanın milli himni olan "Kimiqayo" bu dövrdə yazılmışdır.[13]

    Heyan dövründə buddizmin iki məzhəbi yayılırdı: Sayçonun yaydığı Tendai buddizmi və Kukainin yaydığı Şinqon buddizmi. XI əsrin ikinci yarısında Yaponiyada Təmiz torpağın buddizmi (Codo-şu, Codo Şinşu) geniş populyarlıq qazanmışdır.

    Feodalizm dövrü

    Yaponiyada feodalizm dövrü döyüşçü hakim sinifin — samurayların peyda olması və üstünlük təşkil etməsi ilə səciyyələnir. 1185-ci ildə Qenpey müharibəsində ("Heykenin hekayəsi"də adı çəkilir) Tayra klanın məğlub olmasından sonra samuray Minamoto no Yoritomo imperator Qo-Toba tərəfindən şoqun təyin olunmuş və Kamakurada güc bazası yaratmışdır. Onun ölümündən sonra Hoco klanı hakimiyyətə gəlmişdir. Kamakura dövründə (1185–1333) Yaponiya Çin vasitəsilə buddizmin Dzen cərəyanı ilə tanış olmuşdur və bu cərəyan samuray sinfi arasında geniş yayılmışdır.[14] Kamakura şoqunluğu 1274 və 1281-ci illərdə monqol işğallarını dəf etmişdir, amma sonda İmperator Qo-Dayqo tərəfindən devrilmişdir. Qo-Dayqo 1336-cı ildə Aşikaqa Takauci tərəfindən məğlubiyyətə uğradılmışdır.

     
    Samuray ən kiçik təhqirə görə adi insanı öldürə bilərdi. Edo dövrü, 1798.

    Aşikaqa Takauci Kiotoda — Muromaçidə yeni şoqunluq yaratmışdır. Bu, Muromaçi dövrünün (1336–1573) başlanğıcıdır. Aşikaqa Yoşimitsunun dövründə Aşikaqa şoqunatı böyük əzəmətə nail olmuşdur və Dzen buddizmi əsasında yaranmış mədəniyyət (Miyabi incəsənəti) müvəffəqiyyətə nail olmuşdur. Bu mədəniyyət daha sonra inkişaf edərək Hiqaşiyama mədəniyyətinə çevrilmişdir və XVI əsrə qədər çiçəklənməyə davam etmişdir. O biri tərəfdən, Aşikaqa şoqunatı feodal qoşun başçılarını (daimyo) nəzarətdə saxlaya bilməmişdir. Nəticədə, 1467-ci ildə bir əsr davam edəcək Senqoku dövrünün ("Döyüşən dövlətlər") başlanğıcı olan vətəndaş müharibəsi (Onin müharibəsi) başlamışdır.[15]

    XVI əsrdə portuqaliyalı tacirlər və Yezuit missionerləri ilk dəfə Yaponiyaya çatmış və Yaponiya ilə Qərb arasında ticarət və mədəniyyət mübadiləsinin əsasını qoymuşdurlar. Bu, Oda Nobunaqaya Qərb texnologiyası və silahları ilə tanış olmağa imkan yaratmış və onlardan digər daimyolara hücum etməkdə istifadə etmişdir. Onun güc birləşdirməsi Azuçi-Momoyama dövrünün (1573–1603) başlanğıcı oldu. 1582-ci ildə Odanın öldürülməsindən sonra varisi Toyotomi Hideyoşi 1590-cı ildə ölkəni birləşdirmiş, 1592 və 1597-ci illərdə Koreyaya iki uğursuz yürüş etmişdir.

     
    Yaponiyanın yenidən işlənmiş xəritəsi.

    Hideyoşinin oğlunun naibi olan Tokuqava İeyasu mövqeyindən istifadə edərək siyasi və hərbi dəstək əldə etmişdir. Açıq müharibə başladıqda Tokuqava İeyasu 1600-cü ildə Sekiqahara döyüşündə rəqib klanları məğlub etmişdir. Tokuqava İeyasu 1603-cü ildə şoqun elan edilmiş və Edoda (müasir Tokio) Tokuqava şoqunatının əsasını qoymuşdur.[16] Tokuqava şoqunluğu müstəqil daimyolara nəzarət etmək üçün buke şohatto kimi tədbirləri həyata keçirmişdir.[17] 1639-cu ildə izolyanist sakoku ("qapalı ölkə") siyasəti təxminən iki əsr yarım davam etmiş və bu dövr tarixə Edo dövrü (1603–1868) kimi düşmüşdür.[18] Ranqaku kimi tanınan Qərb elmlərinin öyrənilməsi Decima və Naqasakidəki holland anklavı vasitəsilə davam etmişdir. Edo dövründə həm də kokuqaku ("milli təhsil") inkişaf etmişdir.[19]

    Müasir dövr

    31 mart 1854-cü ildə kommodor Metyu Kelbreyt və ABŞ hərbi donanmasının "Qara gəmilər"i Kanaqava müqaviləsi əsasında Yaponiyanı xarici dünyaya açılmağa məcbur etmişdir. Bu hadisədən sonra Bakumatsu dövründə Qərb ölkələri bağlanan bənzər müqavilələr iqtisadi və siyasi böhranlara səbəb olmuşdur. Şoqunun hakimiyyətdən əl çəkməsi Boşin müharibəsini başlatmış və mərkəzləşdirilmiş dövlət formal olaraq imperatorun hakimiyyəti altında birləşdirilmişdir (Meyci islahatı).[20]

     
    Tokuqava şoqunatının sonlarında keçirilmiş Meyci islahatının adı ilə bağlı olan İmperator Meyci (1868–1912)

    Qərbin məhkəmə, siyasi və hərbi quruluşunu mənimsəyə bilən dövrdə Yaponiya Kabineti Gizli Şura təşkil etmiş, Meyci konstitusiyasını təqdim etmiş və Yaponiya parlamentini toplamışdır. Meyci islahatı Yaponiya imperiyasını sənayecə inkişaf edən dünya gücünə çevirmişdir və ölkəni qlobal təsirini artırmaq üçün hərbi gücdən istifadə etməsinə vadar etmişdir. Birinci Çin-yapon (1894–1895) və Rus-yapon (1904–1905) müharibələrində əldə edilmiş qələbələrdən sonra Yaponiya Tayvana, Koreyaya və Saxalin adasının cənub yarısına nəzarət etməyə başlamışdır.[21] Yaponiya əhalisinin sayı 1873-cü ildə 35 milyon nəfər olduğu halda, 1935-ci ildə bu göstərici 70 milyon nəfərə çatmışdır.[22]

     
    Çin generalları Birinci Çin-yapon müharibəsində (1894–1895) yaponlara təslim olarkən.

    XX əsrin əvvəllərində qısa müddət davam edən "Tayşo demokratiyası" dövründə ekspansionizm və militarizm daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Birinci Dünya Müharibəsi qələbə qazanan tərəfdə olan Yaponiyaya dünyaya təsirini və ərazisini artırmağa imkan yaratmışdır. Genişləndirmə siyasətinə davam edən Yaponiyanın 1931-ci ildə Mancuriyanı işğal etməsi beynəlxalq reaksiyaya və Yaponiyanın 1933-cü ildə Millətlər Liqasından ayrılmasına səbəb olmuşdur. 1936-cı ildə Yaponiya Nasist Almaniyası ilə Antikomintern paktını imzalamışdır və 1940-cı ildə Üçlər paktı Yaponiyanı Ox güclərindən birinə çevirmişdir.[23] 1941-ci ildə Yaponiya Sovet-yapon tərəfsizlik paktını qəbul etmişdir.[24]

    Yaponiya imperiyasının 1937-ci ildə Çinin digər ərazilərinin işğal etməsi ilə İkinci Çin-yapon müharibəsi (1937–1945) başlamışdır. İmperial Yaponiya ordusu tez Çinin paytaxtı Nankin şəhərini tutmuş və Nankin qətliamını törətmişdir.[25] 1940-cı ildə Yaponiyanın Fransız Çinhindisini işğal etməsindən sonra ABŞ Yaponiyaya neft embarqosu qoymuşdur.[26] 7-8 dekabr 1941-ci ildə Yaponiya gözlənilmədən ABŞ-a qarşı Pörl Harbor hücumunu təşkil etmiş, Böyük Britaniyanın mülkləri olan Honkonq, Sinqapur və Malayaya hücum etmiş və ABŞ-a müharibə elan etmişdir. Bu hadisələr ABŞ və Böyük Britaniyanı Sakit okean cəbhəsinə qoşulmağa məcbur etmişdir.[27][28] SSRİ-nin Mancuriyanı işğal etməsindən və ABŞ-ın 1945-ci ildə Hiroşima və Naqasaki şəhərlərinə atom bombaları atmasından sonra Yaponiya 15 avqust 1945-ci ildə qeyd-şərtsiz təslim olmuşdur.[29] Müharibə nəticəsində Yaponiya və Böyük Şərqi Asiya Ortaq Rifah Ərazisində milyonlarla insan ölmüş, sənaye və infrastruktur məhv olmuşdur. Müttəfiqlər (ABŞ-ın başçılığı altında) milyonlara etnik yaponu koloniyalardan vətəninə qaytarmış, Yaponiyanın Asiyadakı hərbi düşərgələrini ləğv etmiş və işğal olunmuş ərazilərin müstəqilliyini bərpa etmişdir.[30] Müttəfiqlər müharibə cinayətlərində imzaları olan Yaponiya liderlərini mühakimə etmək üçün 3 may 1946-cı ildə Uzaq Şərq beynəlxalq hərbi tribunalını təşkil etmişdir. Bakterial tədqiqatlarda iştirak edənlər və müharibəyə səbəb olmuş imperiya ailəsinin üzvlərinə tələblərə baxmayaraq Müttəfiq Qüvvələrin Ali Komandanı tərəfindən bəraət qazandırılmışdır.[31]

    1947-ci ildə Yaponiya liberal demokratiyanı vurğulayan yeni konstitusiya qəbul etmişdir. 1952-ci ildə imzalanmış San-Fransisko sülh müqaviləsi ilə müttəfiqlərin Yaponiya işğalı başa çatmışdır[32] və Yaponiya 1956-cı ildə BMT-nin üzvü olmuşdur. Yaponiya daha sonra tərəqqiyə nail olaraq 2010-cu ildə Çin tərəfindən geridə buraxılana qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olmuşdur. XXI əsrin əvvəllərində tədrici iqtisadi yenilənmə başlamışdır.[33] 11 mart 2011-ci ildə Yaponiyada tarixdə qeydə alınmış ən güclü zəlzələ baş vermişdir və bu fəlakət Fukuşima nüvə fəlakətinə səbəb olmuşdur.[34]

    Matsumara, Hirofumi; Dodo, Yukio; Dodo, Yukio. "Dental characteristics of Tohoku residents in Japan: implications for biological affinity with ancient Emishi". Anthropological Science. 117 (2). 2009: 95–105. doi:10.1537/ase.080325. Hammer, Michael F.; Karafet, TM; Park, H; Omoto, K; Harihara, S; Stoneking, M; Horai, S; və b. "Dual origins of the Japanese: common ground for hunter-gatherer and farmer Y chromosomes". Journal of Human Genetics. 51 (1). 2006: 47–58. doi:10.1007/s10038-005-0322-0. PMID 16328082. Travis, John. "Jomon Genes". University of Pittsburgh. İstifadə tarixi: 8 yanvar 2016. Denoon, Donald; Hudson, Mark. Multicultural Japan: palaeolithic to postmodern. Cambridge University Press. 2001. 22–23. ISBN 0-521-00362-8. "Road of rice plant". National Science Museum of Japan. 2011-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2016. "Kofun Period". Metropolitan Museum of Art. İstifadə tarixi: 8 yanvar 2016. "Yayoi Culture". Metropolitan Museum of Art. İstifadə tarixi: 8 yanvar 2016. Takashi, Okazaki; Goodwin, Janet. Japan and the continent // The Cambridge history of Japan, Volume 1: Ancient Japan. Cambridge: Cambridge University Press. 1993. səh. 275. ISBN 0-521-22352-0. Brown, Delmer M., ed.The Cambridge History of Japan. Cambridge University Press. 1993. 140–149. Beasley, William Gerald. The Japanese Experience: A Short History of Japan. University of California Press. 1999. səh. 42. ISBN 0-520-22560-0. Totman, Conrad. A History of Japan. Blackwell. 2002. 64–79. ISBN 978-1-4051-2359-4. Hays, J.N. Epidemics and pandemics: their impacts on human history. ABC-CLIO. 2005. səh. 31. ISBN 1-85109-658-2. Totman, Conrad. A History of Japan. Blackwell. 2002. 79–87, 122–123. ISBN 978-1-4051-2359-4. Totman, Conrad. A History of Japan (2nd ed.). Blackwell. 2005. 106–112. ISBN 1-4051-2359-1. Sansom, George. A History of Japan: 1334–1615. Stanford University Press. 1961. 42, 217. ISBN 0-8047-0525-9. Turnbull, Stephen. Toyotomi Hideyoshi. Osprey Publishing. 2010. səh. 61. ISBN 978-1-84603-960-7. Totman, Conrad. A History of Japan (2nd ed.). Blackwell. 2005. 142–143. ISBN 1-4051-2359-1. Toby, Ronald P. "Reopening the Question of Sakoku: Diplomacy in the Legitimation of the Tokugawa Bakufu". Journal of Japanese Studies. 3 (2). 1977: 323–363. doi:10.2307/132115. Ohtsu, M.; Ohtsu, Makoto. "Japanese National Values and Confucianism". Japanese Economy. 27 (2). 1999: 45–59. doi:10.2753/JES1097-203X270245. Totman, Conrad. A History of Japan (2nd ed.). Blackwell. 2005. 289–296. ISBN 1-4051-2359-1. Matsusaka, Y. Tak. The Japanese Empire // In Tsutsui, William M. (ed.). Companion to Japanese History. Blackwell. 2009. 224–241. ISBN 978-1-4051-1690-9. Hiroshi, Shimizu; Hitoshi, Hirakawa. Japan and Singapore in the world economy : Japan's economic advance into Singapore, 1870–1965. Routledge. 1999. səh. 17. ISBN 978-0-415-19236-1. "The Axis Alliance". iBiblio. İstifadə tarixi: 9 yanvar 2016. Totman, Conrad. A History of Japan (2nd ed.). Blackwell. 2005. səh. 442. ISBN 1-4051-2359-1. "Judgment International Military Tribunal for the Far East, Chapter VIII: Conventional War Crimes (Atrocities)". iBiblio. November 1948. Worth, Roland H., Jr. No Choice But War: the United States Embargo Against Japan and the Eruption of War in the Pacific. McFarland. 1995. 56, 86. ISBN 0-7864-0141-9. "インドネシア独立運動と日本とスカルノ(2)". 馬 樹禮. 産経新聞社. April 2005. 2011-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2016. "The Kingdom of the Netherlands Declares War with Japan". iBiblio. İstifadə tarixi: 9 yanvar 2016. Pape, Robert A. "Why Japan Surrendered". International Security. 18 (2). 1993: 154–201. doi:10.2307/2539100. Watt, Lori. When Empire Comes Home: Repatriation and Reintegration in Postwar Japan. Harvard University Press. 2010. 1–4. ISBN 978-0-674-05598-8. Thomas, J.E. Modern Japan. Longman. 1996. 284–287. ISBN 0-582-25962-2. Coleman, Joseph. "'52 coup plot bid to rearm Japan: CIA". The Japan Times. March 6, 2007. İstifadə tarixi: 9 yanvar 2016. "Japan scraps zero interest rates". BBC News. July 14, 2006. İstifadə tarixi: 9 yanvar 2016. Fackler, Martin; Drew, Kevin. "Devastation as Tsunami Crashes Into Japan". The New York Times. March 11, 2011. İstifadə tarixi: 9 yanvar 2016.
    Read less

Phrasebook

Salam
こんにちは
Dünya
世界
Salam dünya
こんにちは世界
Çox sağ ol
ありがとうございました
sağol
さようなら
Bəli
はい
Yox
いいえ
Necəsən?
元気ですか?
Yaxşı, təşəkkür edirəm
よし、ありがとう
Neçəyədir?
いくらですか?
Sıfır
ゼロ
bir
1

Where can you sleep near Yaponiya ?

Booking.com
487.355 visits in total, 9.187 Points of interest, 404 Destinations, 40 visits today.