Context of Slovakiya

Slovakiya (slovak. Slovensko) və ya rəsmi adı ilə Slovak Respublikası (slovak. Slovenská republika) — Mərkəzi Avropada dövlət. Slovakiya dənizə çıxışı olmayan ölkələrdəndir. Şimalda Polşa, şərqdə Ukrayna, cənubda Macarıstan, cənub-qərbdə Avstriya, şimal-qərbdə Çexiya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bratislava, ümumi sahəsi 49,035 kvadrat kilometr, əhalisinin sayı 5,460,000 nəfərdən çoxdur. Dövlət dili slovak dili olan ölkə ərazisinə görə dünyada 127-ci, əhalisinə görə isə 117-ci yeri tutur.


Unitar dövlət, parlament respublikası. 2020-ci ilin aprel ayından etibarən Zuzana Çaputova başçılıq edir, Eduard Heger isə baş nazirdir. 8 diyara bölünür.


Dindarların əksəriyyəti (əhalinin təxminən 70% -i) katolikliyi qəbul edirlər.

Slovakiya NATO və AB-nin üzvüdür. Dinamik inkişaf edən iqtisadiyyatı olan bir sənaye ölkəsidir. 2011-ci ildə ÜDM-nin həcmi 127.111 milyard ABŞ dolları (adambaşına ...Read more

Slovakiya (slovak. Slovensko) və ya rəsmi adı ilə Slovak Respublikası (slovak. Slovenská republika) — Mərkəzi Avropada dövlət. Slovakiya dənizə çıxışı olmayan ölkələrdəndir. Şimalda Polşa, şərqdə Ukrayna, cənubda Macarıstan, cənub-qərbdə Avstriya, şimal-qərbdə Çexiya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bratislava, ümumi sahəsi 49,035 kvadrat kilometr, əhalisinin sayı 5,460,000 nəfərdən çoxdur. Dövlət dili slovak dili olan ölkə ərazisinə görə dünyada 127-ci, əhalisinə görə isə 117-ci yeri tutur.


Unitar dövlət, parlament respublikası. 2020-ci ilin aprel ayından etibarən Zuzana Çaputova başçılıq edir, Eduard Heger isə baş nazirdir. 8 diyara bölünür.


Dindarların əksəriyyəti (əhalinin təxminən 70% -i) katolikliyi qəbul edirlər.

Slovakiya NATO və AB-nin üzvüdür. Dinamik inkişaf edən iqtisadiyyatı olan bir sənaye ölkəsidir. 2011-ci ildə ÜDM-nin həcmi 127.111 milyard ABŞ dolları (adambaşına təxminən 23 384 dollar) təşkil etmişdir. Pul vahidi — avrodur.

Ölkənin müstəqilliyi 1 yanvar 1993-cü ildə elan edildi. Tarix boyu ölkə ərazisi VII əsrdə Samo dövlətindən XX əsrdə Çexoslovakiyaya qədər bir çox güc və dövlət birləşmələrinin bir hissəsi idi. İkinci Dünya Müharibəsi zamanı Üçüncü Reyxdən asılı bir Slovakiya dövləti var idi, 1945-ci ildə yenidən Çexoslovakiyanın tərkibinə daxil oldu.

More about Slovakiya

Basic information
  • Native name Slovensko
  • Calling code +421
  • Internet domain .sk
  • Mains voltage 230V/50Hz
  • Democracy index 6.97
Population, Area & Driving side
  • Population 5449270
  • Area 49035
  • Driving side right
History
  • Slovaklar 4-cü əsrdən etibarən Kiçik Karpatlara və Pannoniya Düzənliyinə yerləşirlər. Doqquzuncu əsrdə slovaklar, Böyük Moraviya hakimiyyətinə girdilər. Bu sırada xristianlığı qəbul etdilər. Böyük Moraviya Krallığının yıxılmasının ardından slovak torpaqları Macar Krallığının hakimiyyətinə girdi. 1526-cı ildə Macar taxtını ələ keçərən Habsburqlar, Slovak torpaqlarına 1918 ilinə qədər hakim oldular. Bu vaxt Mohaç Zəfərinin ardından Slovak torpaqlarına Osmanlı türkləri müxtəlif zamanlarda axınlar təşkil etdi.

    XVIII əsrin sonlarında inkişafa başlayan Slovak milliyyətçiliyi, 1848–49-cu illərdə Macar inqilabından sonra, Macar olmayan xalqların tərəfini tutan Habsburq Krallığından kömək gördüsə də 1867-ci ildə Avstriya-Macarıstan andlaşmasından sonra Macar hökuməti Slovakyanı yenidən hakimiyyəti altına aldı. Bu dövrdə Macar hökumətinin izlədiyi macarlaşdırma siyasəti üzündən bir çox Slovak başda ABŞ olmaq üzrə xarici ölkələrə köç etdi. Birinci Dünya Müharibəsindən sonra Macarıstandan ayrılan Slovaklar, Çexlərlə birlikdə 1918-ci ildə yeni Çexoslovakiya dövlətini qurdular. Lakin çexlərin tətbiq etdiyi qatı mərkəziyyətçi rejim üzündən slovaklar arasında muxtariyyət istəyi sürətlə yayıldı. Almaniyaya, Çexoslovakiyanın Sudet bölgəsinə hakim olma səlahiyyətini verən Münhen Andlaşmasının qüvvəyə girməsindən qısa bir müddət əvvəl slovaklar, Slovakiyanı Çekoslovakya içində muxtar ərazi kimi elan etdilər (1938).

    ...Read more

    Slovaklar 4-cü əsrdən etibarən Kiçik Karpatlara və Pannoniya Düzənliyinə yerləşirlər. Doqquzuncu əsrdə slovaklar, Böyük Moraviya hakimiyyətinə girdilər. Bu sırada xristianlığı qəbul etdilər. Böyük Moraviya Krallığının yıxılmasının ardından slovak torpaqları Macar Krallığının hakimiyyətinə girdi. 1526-cı ildə Macar taxtını ələ keçərən Habsburqlar, Slovak torpaqlarına 1918 ilinə qədər hakim oldular. Bu vaxt Mohaç Zəfərinin ardından Slovak torpaqlarına Osmanlı türkləri müxtəlif zamanlarda axınlar təşkil etdi.

    XVIII əsrin sonlarında inkişafa başlayan Slovak milliyyətçiliyi, 1848–49-cu illərdə Macar inqilabından sonra, Macar olmayan xalqların tərəfini tutan Habsburq Krallığından kömək gördüsə də 1867-ci ildə Avstriya-Macarıstan andlaşmasından sonra Macar hökuməti Slovakyanı yenidən hakimiyyəti altına aldı. Bu dövrdə Macar hökumətinin izlədiyi macarlaşdırma siyasəti üzündən bir çox Slovak başda ABŞ olmaq üzrə xarici ölkələrə köç etdi. Birinci Dünya Müharibəsindən sonra Macarıstandan ayrılan Slovaklar, Çexlərlə birlikdə 1918-ci ildə yeni Çexoslovakiya dövlətini qurdular. Lakin çexlərin tətbiq etdiyi qatı mərkəziyyətçi rejim üzündən slovaklar arasında muxtariyyət istəyi sürətlə yayıldı. Almaniyaya, Çexoslovakiyanın Sudet bölgəsinə hakim olma səlahiyyətini verən Münhen Andlaşmasının qüvvəyə girməsindən qısa bir müddət əvvəl slovaklar, Slovakiyanı Çekoslovakya içində muxtar ərazi kimi elan etdilər (1938).

     Bratislava

    İkinci Dünya Müharibəsinin əsnasında Alman ordularının Çexoslovakiyanın paytaxtı Praqanı işğal etmələri üzərinə Slovak Milli Məclisinin aldığı qərarla Slovakiya kağız üzərində də olsa müstəqil hala gəldi. Rus və Çexoslovak ordularının ölkə torpaqlarını Alman işğalından qurtarmaq üçün hərəkətə keçdiyi sırada slovaklar iki xalqın tam bərabər olacağı yenidən qurulacaq olan Çexoslovakiya dövlətinə qatılma mövzusunda Çexlərlə razılaşdılar. Kommunistlərin iqtidara gəldiyi Fevral 1948-ci ildən sonra ölkədə Çexlərin yoxlamasında, qatı bir mərkəziyyətçilik təkrar tətbiq olunmağa başlandı. 11 İyul 1960-cı ildə qüvvəyə girən konstitusiyayla Slovaklar Çexlərlə eyni haqlara sahib oldular. 1969-cu ilin başında Çexoslovakiya Sosialist Respublikasının qanunuma orqanı olan Federal Məclisdə Çex Sosialist Respublikasıyla bərabər şəkildə təmsil edilən Slovak Sosialist Respublikası quruldu.

    1989-cu ildə bütün Şərq Bloku ölkələrində olduğu kimi, Çexoslovakiyada da yumşalma siyasəti başladı. Çoxpartiyalı sistemə keçildi və 1990-cı ildə ilk sərbəst seçki edildi. Seçkini qazanan milliyyətçilər iqtidar oldu. 1992 İyununda Çexoslovakiyanı meydana gətirən Çex və Slovakiya Respublikalarında ayrı-ayrı edilən seçkilərdən sonra iki respublikanın bir-birindən ayrılması ön plana çıxdı. Edilən görüşmələr nəticəsində 25 Noyabr 1992 günü edilən razılaşma ilə 31 dekabr 1992 tarixində iki respublika bir-birindən ayrıldı. Buna baxmayaraq hər iki ölkə yaxın dost və müttəfiq olaraq əməkdaşlıq etməyə davam etdilər. Slovakiya 2004-cü ildən Avropa Birliyi və NATOnun üzvüdür.

    Read less

Phrasebook

Salam
Ahoj
Dünya
Svet
Salam dünya
Ahoj svet
Çox sağ ol
Ďakujem
sağol
Zbohom
Bəli
Áno
Yox
Nie
Necəsən?
Ako sa máš?
Yaxşı, təşəkkür edirəm
Dobre, ďakujem
Neçəyədir?
Koľko to stojí?
Sıfır
nula
bir
Jeden

Where can you sleep near Slovakiya ?

Booking.com
489.334 visits in total, 9.196 Points of interest, 404 Destinations, 161 visits today.