Context of Norveç

Norveç (bukmol Norge; nyunorsk Noreg; şimal saam Norgga gonagasriika; cənub saam Nøørjen gånkarijhke; lule saam Vuona gånågisrijkka) və ya Norveç Krallığı – Şimali Avropada ,Skandinaviya yarımadasının qərb hissəsində və ona yaxın adalarda yerləşən dövlət. Ölkənin adı qədim skandinav dillərində Norðrvegr — "şimala yol" deməkdir.

Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır.

Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır. Bu saziş Yan Mayen adasına şamil edilmir. Cənubi Atlantik Okeanında yerləşən Buve və I Pyotr adaları da Nor...Read more

Norveç (bukmol Norge; nyunorsk Noreg; şimal saam Norgga gonagasriika; cənub saam Nøørjen gånkarijhke; lule saam Vuona gånågisrijkka) və ya Norveç Krallığı – Şimali Avropada ,Skandinaviya yarımadasının qərb hissəsində və ona yaxın adalarda yerləşən dövlət. Ölkənin adı qədim skandinav dillərində Norðrvegr — "şimala yol" deməkdir.

Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır.

Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır. Bu saziş Yan Mayen adasına şamil edilmir. Cənubi Atlantik Okeanında yerləşən Buve və I Pyotr adaları da Norveçin tabeliyindədir. Bununla belə bu adalar krallığa məxsus deyildir. Norveçin Antraktidadakı "Şahzadə Mod Torpaqları"na da ərazi iddiları vardır. Həmin adada Norveçin "Troll" tədqiqat stansiyası yerləşir.

Norveç 2001-ci ildən etibarən hər il insan inkişafı göstəricisinə görə birinci yeri tutur. Rəy sorğularına görə ölkə həmçinin dünyanın ən sakit və sülhsevər ölkəsi hesab edilmişdir.

More about Norveç

Basic information
  • Currency Norveç kronu
  • Native name Norge
  • Calling code +47
  • Internet domain .no
  • Mains voltage 230V/50Hz
  • Democracy index 9.81
Population, Area & Driving side
  • Population 5550203
  • Area 385207
  • Driving side right
History
  • Gnome-searchtool.svg  Əsas məqalə: Norveç tarixi
     
    Norveç qışda peykdən görüntü
     
    Trondheimsfjordyaxınlığında
    Read more
    Gnome-searchtool.svg  Əsas məqalə: Norveç tarixi
     
    Norveç qışda peykdən görüntü
     
    Trondheimsfjordyaxınlığında
     
    Şimali Norveç
     
    Rondeslottetgölü Rondane Milli parkında, Şərqi Norveç
     
    , Sogn og Fjordane
     
    Muskok Dovrefjellda
     
    Toten

    VIII–XI əsrlər arasında Norveçdə Vikinqlər olaraq bilinən bir dövlət höküm sürmüşdür. Davakar bir xalq olaraq tanınan Vikinqlər cənubda Britaniya, İrlandiya,İslandiya, Qrenlandiya ve hətta Şimali Amerikaya qədər çataraq koloniyalar qurdular. 1000-ci illərdə Xristian missionerlər Norveçdə Xristiyanlığı yaymağa başladılar. Norveç kralı I. Haakon Xristiyanlığı qəbul etdi. 1030-cu ildə Danimarkalılar Norveçi ələ keçirdilər. Norveç Danimarka kralı Knudun qurduğu Şimal Dənizi İmperatorluğunun'nun bir parçası halına gəldi. 1363-cı ildə Norveç kralı VI. Håkon Danimarka kralı IV. Valdemar'ın qızı I. Margrete'lə evlənərək iki ölkəni bir bayraq altında birləşdirdi. Ayrıca Håkon İsveç krallığı ailəsiylə də əqraba idi. Cütlüyün evliliyindən doğulan Olaf'ın 1387-cı ildə erkən yaşda ölməsi üzərinə I. Margrete taxta çıxdı (1387–1412). Margrete'nin başçılığı altında 1397 ildə İsveç, Norveç, Danimarka və koloniyaları (Farer adaları, İslandiya, Qrenlandiya və Finlandiya) birləşərək Kalmar Birliyi adı altında böyük bir Skandinaviya İmperatorluğu halına gəldilər.

    1521-ci ildə İsveç Kalmar Birliyindən ayrıldı. Bu zamanda Skandinav ölkələri Martin Lüter tərəfindən Almaniyada başladılan Protestant Reformasiyası ilə sarsıldı. Danimarka və Norveç 1821-ci ilə qədər Danimarka-Norveç adı altında birlikdə hərəkət etməyə davam etdilər. Kralları bir idi, amma konstitusiyaları, dövlət qurumları və orduları ayrı-ayrı olmağa davam etdi. 19-cu əsrin başlanğıcında Norveç Napolyon döyüşləriylə təməlindən sarsıldı. Fransa müharibədə məğlub olanda Danimarka 1814-cü ildə imzaladığı Kil müqaviləsi şərtləri əsasında döyüşü qazanan tərəfin iştirakşısı olan İsveçə Norveçi vermək məcburiyyətində qaldı. Norveçlilər İsveç idarəçiliyindən məmnun qalmadılar. Üsyanlar baş qaldırdı. Nəhayət 1905 tarixində İsveç Norveçin müstəqilliyini tanıdı. Danimarka şahzadəsi VII. Haakon Norveç kralı elan edildi. Bu gün Birliyin Dağılması Günü adı ilə bayram edilməkdədir.

    Norveç Birinci dünya müharibəsində bitərəf qaldı. İkinci dünya müharibəsində də bitərəf qalma niyyətində olmasına rəğmən 9 Aprel 1940 tarixində Nasist Almaniyası tərəfindən işğal edildi. 9 May 1945-ci il tarixində Almaniyanın təslim olmasına qədər Norveç işğal altında qaldı. 1949-cu ildə Norveç NATO'ya daxil oldu. 1960'ların sonlarında Norveç sularında kəşfedilən neft və qaz Norveçə böyük bir rifah qazandırdı. 1972 və 1994'də edilən referendumlarda Norveç xalqı Avropa Birliyi'nə daxil olmamasına qərar verdi. Norveç Avropa Birliyi ilə olan əlaqələrini iştirakçısı olduğu EFTA qurumu vasitəsiylə sürdürməkdədir. Günümüzdə Norveç Birləşmiş Millətlər Təşkilatının məlumatına görə yaşama standartları baxımından dünyanın ən irəlidə olan ölkələrindən biridir.

    Read less

Phrasebook

Salam
Hello
Dünya
World
Salam dünya
Hello world
Çox sağ ol
Thank you
sağol
Goodbye
Bəli
Yes
Yox
No
Necəsən?
How are you?
Yaxşı, təşəkkür edirəm
Fine, thank you
Neçəyədir?
How much is it?
Sıfır
Zero
bir
One

Where can you sleep near Norveç ?

Booking.com
489.906 visits in total, 9.197 Points of interest, 404 Destinations, 71 visits today.