Context of Niderland

Niderland (nid. Koninkrijk der Nederlanden), köhnə qaynaqlarda Fələməng — Qərbi Avropada dövlət. Şimal dənizinin sahilində yerləşir (sahilin uzunluğu – 451 km). Almaniya və Belçika ilə həmsərhəddir (sərhəddin uzunluğu – 1027 km).

Paytaxtı – Amsterdam, hökumətin iqamətgahı – Haaqa şəhəridir.

Digər iri şəhərləri Rotterdam – dünyanın ən iri limanı, Utrext – ölkənin dəmir yolu sisteminin mərkəzi və Eyndhovendir.

Niderland xüsusi statusa malik olan Aruba adası və Niderland Antil adaları ilə birlikdə Niderland Krallığını təşkil edir. Bu ərazilər arasındakı münasibətlər 1954-cü ildə qəbul edilmiş "Niderland Krallığının Statusu" (Statuut voor het Koninkrijk der Nederlanden) adlı sənədlə tənzimlənir.

More about Niderland

Basic information
  • Currency Avro
  • Native name Nederland
  • Calling code +31
  • Internet domain .nl
  • Speed limit 130
  • Mains voltage 230V/50Hz
  • Democracy index 8.96
Population, Area & Driving side
  • Population 17590672
  • Area 41543
  • Driving side right
History
  • Niderland inqilabı gedişində Utrext Birliyinə bağlı Şimal Hollandiya əyalətləri (Cənub Hollandiya, Zeeland, Utrext, Gelderland, Overijssel, Groningen və Friesland) 26 İyul 1581-ci ildə İspaniya kralı II Filipdən müstəqilliklərini elan etdilər.

    Sürətlə inkişaf edən Hollandiya artıq 1600-cü ildə 10.000 gəmiyə malik idi və bütün XVII əsrdə onlar Şimali Avropa donanmasının böyük hissəsini təşkil edirdilər. Onlar İspaniya, Fransa, İngiltərə və Baltik dənizi arasında mal daşıyanlar idilər. Fransa limanları arasındakı yük daşımalarının çoxu hollandların əlində idi. Onlar şərab almaq üçün Bordoda məskən salmışdılar, üzümçülərə borc pul verirdilər və tezliklə Fransanın özündə çoxlu üzüm plantasiylarına sahib oldular. Hollandlar Şpitsbergen ətrafındakı suları tədqiq etmişdilər və demək olar ki, Arktika balina ovunu öz inhisarına almışdılar. Holland gəmiləri Cənubi Amerika yolu ilə Sakit okeana daxil olmuşdular, burada Buynuz körfəzini keçib onu holland dilində Hoorn adlandırmışdılar. 1602-ci ildə Ost-İndiya şirkətini yaradaraq onların tacirləri Hindistanda və uzaq şərqdə getdikcə daha artıq qaydada portuqaliyalıların yerini tutdular. 1619-cu ildə hollandlar Yava adasında Hollandiyanın latın adı olan Bataviya şəhərini saldılar. Ədviyyat adalarında tapdıqları ingilisləri əzab verərək öldürdükdən sonra hollandlar İndoneziyada qaldılar və buranı tədricən öz müstəmləkələrinə çevirdilər. 1600-cü ildən bir az sonra hollandlar Yaponiyaya gəlib çıxdılar. Lakin xristian nüfuzunun siyasi nəticələrindən qorxan yaponlar 1641-ci ildə hollandlardan başqa digər bütün avropalıları Yaponiyadan qovdular, hollandlara isə məhdud fəaliyyət üçün Naqasaki yaxınlığındakı adada qalmalarına icazə verdilər. Hollandiya iki əsrdən artıq bir müddət ərzində Avropanın Yaponiya ilə yeganə əlaqə həlqəsi olaraq qaldılar.

    1609-cu ildə hollandlar Amsterdam bankının əsasını qoydular. O vaxtlar Avropa maliyyəsi xaos vəizyyətində idi, sikkələr təkcə iri monarxlar tərəfindən deyil, Almaniyanın və İtalyanın kiçik dövlətləri və şəhərləri tərəfindən də buraxılırdı. Hətta özəl şəxslər də öz sikkələrini döydürürdü. Üstəlik, inflyasiya təzyiqləri altında krallar və digərləri adətən öz sikkələrinin dəyərini ona ərinti əlavə etməklə aşağı salırdılar. Tərk edilən köhnə sikkələr yenilərlə birlikdə dövriyyədə qalırdı. Amsterdam bankı bütün şəxslərdən və ölkələrdən belə qarışıq pul əmanətlərini qəbul edirdi, onların mübadilə dərəcələrini müəyyən edirdi, əmanətçilərə icazə verirdi ki, Amsterdam Bankının özünün buraxdığı qızıl florinlərdə bərabər qiymətdə olmaqla öz əmanətlərini götürsünlər. Amsterdam fransız inqilabına qədər Avropanın maliyyə mərkəzi olaraq qaldı.

    ...Read more

    Niderland inqilabı gedişində Utrext Birliyinə bağlı Şimal Hollandiya əyalətləri (Cənub Hollandiya, Zeeland, Utrext, Gelderland, Overijssel, Groningen və Friesland) 26 İyul 1581-ci ildə İspaniya kralı II Filipdən müstəqilliklərini elan etdilər.

    Sürətlə inkişaf edən Hollandiya artıq 1600-cü ildə 10.000 gəmiyə malik idi və bütün XVII əsrdə onlar Şimali Avropa donanmasının böyük hissəsini təşkil edirdilər. Onlar İspaniya, Fransa, İngiltərə və Baltik dənizi arasında mal daşıyanlar idilər. Fransa limanları arasındakı yük daşımalarının çoxu hollandların əlində idi. Onlar şərab almaq üçün Bordoda məskən salmışdılar, üzümçülərə borc pul verirdilər və tezliklə Fransanın özündə çoxlu üzüm plantasiylarına sahib oldular. Hollandlar Şpitsbergen ətrafındakı suları tədqiq etmişdilər və demək olar ki, Arktika balina ovunu öz inhisarına almışdılar. Holland gəmiləri Cənubi Amerika yolu ilə Sakit okeana daxil olmuşdular, burada Buynuz körfəzini keçib onu holland dilində Hoorn adlandırmışdılar. 1602-ci ildə Ost-İndiya şirkətini yaradaraq onların tacirləri Hindistanda və uzaq şərqdə getdikcə daha artıq qaydada portuqaliyalıların yerini tutdular. 1619-cu ildə hollandlar Yava adasında Hollandiyanın latın adı olan Bataviya şəhərini saldılar. Ədviyyat adalarında tapdıqları ingilisləri əzab verərək öldürdükdən sonra hollandlar İndoneziyada qaldılar və buranı tədricən öz müstəmləkələrinə çevirdilər. 1600-cü ildən bir az sonra hollandlar Yaponiyaya gəlib çıxdılar. Lakin xristian nüfuzunun siyasi nəticələrindən qorxan yaponlar 1641-ci ildə hollandlardan başqa digər bütün avropalıları Yaponiyadan qovdular, hollandlara isə məhdud fəaliyyət üçün Naqasaki yaxınlığındakı adada qalmalarına icazə verdilər. Hollandiya iki əsrdən artıq bir müddət ərzində Avropanın Yaponiya ilə yeganə əlaqə həlqəsi olaraq qaldılar.

    1609-cu ildə hollandlar Amsterdam bankının əsasını qoydular. O vaxtlar Avropa maliyyəsi xaos vəizyyətində idi, sikkələr təkcə iri monarxlar tərəfindən deyil, Almaniyanın və İtalyanın kiçik dövlətləri və şəhərləri tərəfindən də buraxılırdı. Hətta özəl şəxslər də öz sikkələrini döydürürdü. Üstəlik, inflyasiya təzyiqləri altında krallar və digərləri adətən öz sikkələrinin dəyərini ona ərinti əlavə etməklə aşağı salırdılar. Tərk edilən köhnə sikkələr yenilərlə birlikdə dövriyyədə qalırdı. Amsterdam bankı bütün şəxslərdən və ölkələrdən belə qarışıq pul əmanətlərini qəbul edirdi, onların mübadilə dərəcələrini müəyyən edirdi, əmanətçilərə icazə verirdi ki, Amsterdam Bankının özünün buraxdığı qızıl florinlərdə bərabər qiymətdə olmaqla öz əmanətlərini götürsünlər. Amsterdam fransız inqilabına qədər Avropanın maliyyə mərkəzi olaraq qaldı.

    1648-ci ildə imzalanan Vestfalya Andlaşmasında Hollandiya vilayətlərinin müstəqilliyi İspaniya tərəfindən tanındı. Bu təxminən olaraq, daha sonra qurulacaq olan Hollandiyanın yerləşdiyi bölgə idi. Buna qarşı, bu bölgənin cənubunda qalan bölgələr, Flanderler daxil olmaq üzrə, krallıqda qaldı; daha sonra buradan Belçika meydana gəldi. Bu tarixdən sonra Şimal Hollandiyalılar və Cənub Hollandiyalılar üzrə iki cəmiyyətdən bəhs edilməyə başlandı.

    Read less

Phrasebook

Salam
Hallo
Dünya
Wereld
Salam dünya
Hallo Wereld
Çox sağ ol
Dank je
sağol
Tot ziens
Bəli
Ja
Yox
Nee
Necəsən?
Hoe gaat het met je?
Yaxşı, təşəkkür edirəm
Fijn, bedankt
Neçəyədir?
Hoeveel is het?
Sıfır
Nul
bir
Een

Where can you sleep near Niderland ?

Booking.com
489.944 visits in total, 9.198 Points of interest, 404 Destinations, 3 visits today.