Misir

  • Saqqara

Context of Misir

Misir (ərəb. مصر) və ya rəsmi adı Misir Ərəb Respublikası (ərəb. جمهوریة مصر العربیة) — Şimali Afrikada dövlət. Misirin şimal-şərq hissəsi Sinay yarımadasında yerləşir. Şimal-şərqdən İsrail və Qəzzə zolağı, cənubdan Sudan, qərbdən Liviya ilə həmsərhəddir. Şimaldan Aralıq dənizinə, şərqdən isə Aqaba körfəzinə və Qırmızı dənizə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Qahirə, ümumi sahəsi 1,010,408 kvadrat kilometr, əhalisinin sayı 100 milyon nəfərdən çoxdur. Ölkənin əsas yaşayış məntəqələri Nil çayı boyunca yerləşir.

Misir dünyanın ən qədim dövlətlərindən biri hesab olunur. Bu dövlətin tarixi e.ə. 10-cu minilliyə qədər gedib çıxır. Xristianlığın ilk mərkəzlərindən biri hesab olunur. Misirin islamlaşması isə 7-ci əsrdə ərəblərin bura yürüş etməsi ilə bağlıdır.

92 milyon nəfər əhalisi ilə Şimali Afrika və Ərəb dünyasında 1-ci, Afrika materikində 3-cü (Nigeriya və Efiopiyadan sonra), dünya ölkələri arasında isə 15-ci yerdədir. Əhalinin əksər h...Read more

Misir (ərəb. مصر) və ya rəsmi adı Misir Ərəb Respublikası (ərəb. جمهوریة مصر العربیة) — Şimali Afrikada dövlət. Misirin şimal-şərq hissəsi Sinay yarımadasında yerləşir. Şimal-şərqdən İsrail və Qəzzə zolağı, cənubdan Sudan, qərbdən Liviya ilə həmsərhəddir. Şimaldan Aralıq dənizinə, şərqdən isə Aqaba körfəzinə və Qırmızı dənizə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Qahirə, ümumi sahəsi 1,010,408 kvadrat kilometr, əhalisinin sayı 100 milyon nəfərdən çoxdur. Ölkənin əsas yaşayış məntəqələri Nil çayı boyunca yerləşir.

Misir dünyanın ən qədim dövlətlərindən biri hesab olunur. Bu dövlətin tarixi e.ə. 10-cu minilliyə qədər gedib çıxır. Xristianlığın ilk mərkəzlərindən biri hesab olunur. Misirin islamlaşması isə 7-ci əsrdə ərəblərin bura yürüş etməsi ilə bağlıdır.

92 milyon nəfər əhalisi ilə Şimali Afrika və Ərəb dünyasında 1-ci, Afrika materikində 3-cü (Nigeriya və Efiopiyadan sonra), dünya ölkələri arasında isə 15-ci yerdədir. Əhalinin əksər hissəsi 40,000 km² sahəni əhatə edən, yeganə əkin-biçin işləri üçün əlverişli olan Nil çayı boyunca yerləşir. Misir ərazisinin böyük hissəsini Sahara səhrası tutur ki, burda da demək olar ki, əhali yaşamır. Əhalinin təqribən yarısı şəhərlərdə yaşayır. Əhalinin çox hissəsi Qahirə, İsgəndəriyyə və Nil deltasında yerləşir.

Misir hazırda Şimali Afrika, Yaxın Şərq və Müsəlman dünyasında əsas güclərdən hesab olunur. Misir BMT, Qoşulmama hərəkatı, Ərəb Dövlətləri Liqası və İƏT kimi böyük təşkilatların üzvüdür.

Map