Context of Lüksemburq



Lüksemburq (lüksemb. Lëtzebuerg; fr. Luxembourg; alm. Luxemburg) və ya rəsmi adı ilə Böyük Lüksemburq Hersoqluğu (lüksemb. Groussherzogtum Lëtzebuerg; fr. Grand-Duché de Luxembourg​; alm. Großherzogtum Luxemburg) — Qərbi Avropada dövlət. Lüksemburq ərazisi kiçik və dənizə çıxışı olmayan ölkədir. Şimal və qərbdə Belçika, cənubda Fransa, şərqdə isə Almaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Lüksemburq şəhəri, ümumi sahəsi 2,586.4 kvadrat kilometrdir. Lüksemburq şəhəri Brüssel və Strasburqla yanaşı Avropa İttifaqının üç paytaxtından biridir. Belə ki, Avropa İttifaqının ən yüksək ədliyyə hakimiyyəti olan Avropa Ədalət Məhkəməsi bu şəhərdə yerləşir. Hersoqluğun milləti, mədəniyyəti və dilləri qonşu ölkələrlə sıx əlaqədədir və buna görə də Lüksemburq mədəniyyətini fransız və alman mədəniyyətlərinin qarışığı adlandırmaq olar. Ölkənin üç rəsmi dili var — lüksemburq, fransız və alman dilləri. Bu dövlət həmçin...Read more



Lüksemburq (lüksemb. Lëtzebuerg; fr. Luxembourg; alm. Luxemburg) və ya rəsmi adı ilə Böyük Lüksemburq Hersoqluğu (lüksemb. Groussherzogtum Lëtzebuerg; fr. Grand-Duché de Luxembourg​; alm. Großherzogtum Luxemburg) — Qərbi Avropada dövlət. Lüksemburq ərazisi kiçik və dənizə çıxışı olmayan ölkədir. Şimal və qərbdə Belçika, cənubda Fransa, şərqdə isə Almaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Lüksemburq şəhəri, ümumi sahəsi 2,586.4 kvadrat kilometrdir. Lüksemburq şəhəri Brüssel və Strasburqla yanaşı Avropa İttifaqının üç paytaxtından biridir. Belə ki, Avropa İttifaqının ən yüksək ədliyyə hakimiyyəti olan Avropa Ədalət Məhkəməsi bu şəhərdə yerləşir. Hersoqluğun milləti, mədəniyyəti və dilləri qonşu ölkələrlə sıx əlaqədədir və buna görə də Lüksemburq mədəniyyətini fransız və alman mədəniyyətlərinin qarışığı adlandırmaq olar. Ölkənin üç rəsmi dili var — lüksemburq, fransız və alman dilləri. Bu dövlət həmçinin "Polad Hersoqluğu" kimi də tanınır.

Where can you sleep near Lüksemburq ?

Booking.com
489.298 visits in total, 9.196 Points of interest, 404 Destinations, 125 visits today.